Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1529/2023 20.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, X3 inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* saylı qərardan verdiyi şikayətin icraata qəbulu məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin icraatına X1 inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* saylı qərardan verdiyi şikayət daxil olmuşdur. İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* saylı qərardan görünür ki, inzibati xətanın törədildiyi yer Bakı şəhəri Yasamal rayonu ərazisidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Şikayətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, inzibati xətanın törədildiyi yer Bakı şəhəri Yasamal rayonu ərazisidir, digər tərəfdən isə X5 şikayətə yaşayış yeri üzrə baxılmasına dair vəsatət verməmişdir. Belə olan halda aydın olur ki, X2 şikayətlə inzibati xətanın törədildiyi yer üzrə məhkəməyə müraciət etməli idi. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, X1 inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* saylı qərardan verdiyi şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0 və 106.0.1-ci maddələrinin tələbinə görə hakim inzibati xəta haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığı məsələsini həll etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D I M: X1 inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* saylı qərardan verdiyi şikayət geri qaytarılsın. X4 izah edilsin ki, nöqsanları aradan qaldırıb şikayətlə inzibati xətanın törədildiyi və yaxud vəsatətinə əsasən yaşadığı yer üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-1529/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1529/2023
20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver