Məhkəmə qərarları › İş №3(001)-1536/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1536/2023

25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1536/2023 25.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızı, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materialı məhkəmə iclasında baxılmağa hazırlayarkən müəyyən etdim: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İş materialları təhlil olunarkən müəyyən etdim ki, işə mahiyyəti üzrə baxılması üçün işdə olan sənədlər tam şəkildə toplanmamışdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4433/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən X4 və X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment Şəxs tutularaq X2 ödənilməsi göstərilmişdir. İnzibati xəta haqqında iş materialları nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, iş materiallarında olan icra işinin surətindən də göründüyü kimi Şəxs “kərpic və ya daş qalaqlarını bağlayan fəhlə” işləyir və aylıq 350 (üç yüz əlli) manat əmək haqqı alır. Buna baxmayaraq, icra məmuru tərəfindən icra sənədinin icra olunmamağı ilə bağlı digər hər hansı məcburi icra tədbiri həyata keçirilməmiş, borclunun rəsmi iş yeri olmasına baxmayaraq, aliement borcunun ödənilməsi onun əmək haqqına yönəldilməmiş və barəsində birbaşa olaraq inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzinin surətindən görünür ki, zərərçəkmiş şəxs X1 bank hesabına Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə 250 manat ödəniş ödənilmişdir. Bundan əlavə zərərçəkmiş şəxs X1 Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsinə dair yazılı ərizəsi iş materiallarında mövcud deyildir. Göründüyü kimi, Şəxs aliment borcundan mütəmadi olaraq müəyyən məbləğdə ödəniş etmiş, həmçinin, zərərçəkmiş şəxsin borclunun inzibati məsuliyyətə cəlb edilməsinə dair yazılı ərizəsi olmamış və borclunun rəsmi iş yeri olduğu halda aliment borcunun ödənilməsi onun əmək haqqına yönəldilməmiş, icra məmuru tərəfindən borclu barəsində əsassız olaraq AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-in 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. İXM-in 109.1.7-ci maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, hesab edirəm ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinə geri qaytarılsın. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar