Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1542/2022 20.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızı, Şikayət vermiş şəxs X1 MN ******* nömrəli, 22.03.2022-ci il tarixli inzibati xəta haqqında protokolun qanunsuz hesab edilməsi, MN ******* və 181***-******* nömrəli, 22.03.2022-ci il tarixli qərarların etibarsız hesab edilməklə ləğv edilməsi barədə verdiyi şikayətə baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Məhkəmənin icraatına X1 MN ******* nömrəli, 22.03.2022-ci il tarixli inzibati xəta haqqında protokolun qanunsuz hesab edilməsi, MN ******* və 181***-******* nömrəli, 22.03.2022-ci il tarixli qərarların etibarsız hesab edilməklə ləğv edilməsi barədə verdiyi şikayət daxil olmuşdur. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti nəzərdən keçirərək hesab edirəm ki, X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, X2 barəsində tənbeh vermə haqqında qərarın qəbul edilib-edilməməsinin müəyyən edilməsi mümkün deyildir və sonuncu barəsində tənbeh tətbiq edilməsinə dair qərar varsa belə, həmin qərar iş materiallarına əlavə olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd edilməlidir ki, mübahisələndirilən məsələ ilə bağlı ilk növbədə qərarın şikayətə əlavə olunması zəruridir, çünki məhkəmədə baxılan işin predmeti məhz mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərardır. Belə ki, qanunvericilik tərəfindən inzibati xəta haqqında iş üzrə yalnız inzibati tənbeh vermə haqqında qərardan şikayətin verilməsi müəyyən edilmişdir. Odur ki, qeyd olunanlara əsasən hesab edirəm ki, X1 MN ******* nömrəli, 22.03.2022-ci il tarixli inzibati xəta haqqında protokolun qanunsuz hesab edilməsi, MN ******* və 181***-******* nömrəli, 22.03.2022-ci il tarixli qərarların etibarsız hesab edilməklə ləğv edilməsi barədə şikayəti geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X1 MN ******* nömrəli, 22.03.2022-ci il tarixli inzibati xəta haqqında protokolun qanunsuz hesab edilməsi, MN ******* və 181***-******* nömrəli, 22.03.2022-ci il tarixli qərarların etibarsız hesab edilməklə ləğv edilməsi barədə verdiyi şikayət geri qaytarılsın. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-1542/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1542/2022
20.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver