Məhkəmə qərarları › İş №3(001)-1548/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1548/2022

20.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1548/2022 20.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X7 iclas katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı PB-nin sahə inspektoru X11, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Naxçıvan MR, Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində fərdi ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 20.05.2022-ci il tarixdə saat 12.00 radələrində - zərərçəkmiş şəxs - anası X4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yaşadığı evdən ümumi dəyəri 80 manat olan 7 ədəd avtomobil mühərriki şamı və 1 ədəd qayışı oğurlamaqla talamışdır. Bu əməli ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir.Həmin hadisə ilə əlaqədar 20.05.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı PB-nin sahə inspektoru X16 bildirdi ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 20.05.2022-ci il tarixdə saat 12.00 radələrində - zərərçəkmiş şəxs - anası X4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yaşadığı evdən ümumi dəyəri 80 manat olan 7 ədəd avtomobil mühərriki şamı və 1 ədəd qayışı oğurlamaqla talamışdır.Qeyd edilən faktlar Şəxs öz izahatı ilə təsdiq edilir.Bununla əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq, Şəxs barəsində İXM-nin 227-ci maddədə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir.Hal-hazırda, o, həmin protokolu müdafiə edir və Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs X8 oğlu Şəxs narkotik istifadəçisi olduğunu və narkotika almaq üçün yaşadığı evdən bəzi əşyalar oğurlayaraq satdığını bildirdi, buna görə də, oğlunun barəsində ciddi inzibati tənbeh görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etdiyini, əməlindən səmimi peşman olmasını və il ərzində ilk dəfə inzibati xəta törətməsini və gənc olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi X9 təmsil etdiyi şəxs Şəxs törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılığını il ərzində ilk dəfə inzibati xəta törətməsini və gənc olmasını nəzərə alaraq onun barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, onun müdafiəçisinin çıxışını dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı PBnin təhqiqatçısı, polis baş leytenantı İlkin İsmayılov tərəfindən qəbul edilmiş 20.05.2022-ci il tarixli qərara əsasən məlum olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaş X2 ərizəsi üzrə cinayət işinin başlanılması rədd edilmişdir.Belə ki, həmin qərara əsasən məlum olur ki, 20.05.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi fərdi yaşayış evində yaşayan X1 RPİ-nin 40-cı PB-nə ərizə ilə mürcaciət edərək bildirmişdir ki, 19.05.2022-ci il tarixdə saat 12 radələrində narkotik istifadəçisi olan doğma övladı xx.xx.1999-cu il təvəllüdlü Şəxs onun yaşadığı evdə olmadığı müddət ərzində evdən yataq otağında çarpayının altında olan ümumi dəyəri 80 manat olan 7 ədəd avtomobil mühərriki şamı və 1 ədəd qayışı oğurlamışdır. Oğlu Şəxs cinayət məsuliyyətinə cəlb olunmasını və narkomaniyadan əziyyət çəkdiyi üçün onu məcburi müalicəyə göndərməsini xahiş etmişdir.Araşdırma zamanı X10 vermiş olduğu izahatında göstərmişdir ki, Şəxs onun birinci ailəsindən dünyaya gələn oğludur.Nicatın atası ilə boşandıqdan sonra ikinci dəfə X12 ilə ailə qurmuşdur və onunla birlikdə Bakı şəhəri Binəqədi rayonu Xocəsən qəsəbəsində yaşamışlar.İkinci ailəliyindən bir oğlan övladları dünyaya gəlmişdir.Nicat əvvəllər onunla birlikdə yaşamışdır Lakin sonradan Nicat narkotik vasitə istifadə etdiyinə görə Vəli onun evində yaşamasına narazılıq etmişdir.Buna baxmayaraq Vəli evdə olmayanda Nicat evə gəlib ondan pul alıb getmişdir.19.05.2022-ci il tarixdə Nicat evə gəlib və uzanıb ki, yatsın. Sücayət digər oğlu Talehi məktəbə götürməyə gedib və həmin vaxt Nicat evdə yatdığı üçün evin qapısını bağlayıb getmişdir.Talehi götürüb geri evə qayıdan zaman evin giriş qapısının üst tərəfində olan kiçik pəncərənin yerindən çıxarıldığını görüb və qapını açıb evə daxil olan zaman yataq otağında çarpayının altında olan avtomobil mühərrikinin 7 ədəd şamının və 1 ədəd qayışının olmadığını görmüşdür və əmin olmuşdur ki, həmin maşın ehtiyyat hissələrini oğğlu Nicat oğurlayıb.Bundan başqa onu da qeyd etmişdir ki, Nicatın bu cür hərəkətləri onun ikinci ailəsinin də dağılmasına səbəb olduğundan qorxur.Çünki, həyat yoldaşı Vəli Nicatın evə gəlməsindən narkotik istifadə etməsinə görə narazıdır.Nicatın artıq dünyanı dərk etdiyi və bilə bilə ki onun bu cür hərəkəti onun ailəsinin dağılmasına səbəb olacaq.Bu kimi səbəblərə görə də Nicatın cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etdi.Bundan əlavə isə onu da qeyd etmişdir ki, oğlu Nicat narkomaniyadan əziyyət çəkdiyi üçün onu müalicə etməyə maddi vəziyyəti yol vermədiyindən və həyat yoldaşı buna imkan vermədiyi üçün onun barəsində məcburi müalicə təyin olunmasını xahiş edir.Araşdırma zamanı Şəxs vermiş olduğu izahatında göstərmişdir ki, narkomaniyadan əziyyət çəkdiyi üçün anasının evindən oğurluq edib və satıb narkotik vasitə alaraq istifadə etmişdir. Bununla da vətəndaş X3 ərizəsində göstərmiş olduğu xüsusatlarla bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, hadisə nəticəsində ona 80 manat maddi ziyan dəymiş, bu da Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin tərkib hissəsini yaratmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hallar kimi - il ərzində ilk dəfə inzibati xəta törətməsini, onun təqsirini etiraf etməsini, səmimi peşmançılığı və gənc olmasını nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin səxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, vurulmuş ziyanın ödənilmədiyini nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməli, barəsində minimum həddə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 21, 30, 31.2, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və 25 (iyirmi beş) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati qaydada tutulmasının əvvəli, Şəxs inzibati qaydada tutulduğu tarixdən, yəni 20 may 2022-ci il tarixdən hesablansın. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar