Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-155/2021 27.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X7 iclas katibliyi, Zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan – Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə İXM-nin) 333.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nin baş inspektoru, polis mayoru Fuad Məmmədov tərəfindən xx.xx.2020-ci il tarixli, AP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir.Həmin protokola əsasən müəyyən edilir ki, Gəncə şəhəri Nizami rayonu M.Bürcəliyev küçəsi dalan 2 ev 3 qeydiyyatda olan Şəxs xx.xx.2020-ci il tarixdə saat 23:00-da Bakı şəhəri Binəqədi rayonu Binəqədi Şossesində idarə etdiyi Khazar Lada markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolun hərəkət hissəsisinin soldan 1-ci hərəkət zolağı ilə hərəkətdə olarkən qarşısında hərəkətdə olan X2 idarə etdiyi BMV 528 markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobillə ara məsafəsini pozaraq qabaq tərəfi ilə avtomobilin arxa tərəfinə çırpılması, daha sonra BMV 528 markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə qarşısında dayanmış X3 idarə etdiyi BMV 525 markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfinə toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs X4 ifadəsində bildirdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 23:00-da Bakı şəhəri Binəqədi rayonu Binəqədi Şossesində idarə etdiyi Khazar Lada markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolun hərəkət hissəsisinin soldan 1-ci hərəkət zolağı ilə hərəkətdə olarkən qarşısında hərəkətdə olan X2 idarə etdiyi BMV 528 markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobillə ara məsafəsini pozaraq qabaq tərəfi ilə avtomobilin arxa tərəfinə çırpılması, daha sonra BMV 528 markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə qarşısında dayanmış X3 idarə etdiyi BMV 525 markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfinə toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir.Bununla əlaqədar olaraq qanunvericiliyin tələblərinə uyğun olaraq, X8 barəsində İXM-nin 333.3-cü maddədə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir.Hal-hazırda o, şikayətçidir və ona dəymiş ziyan ödənilməmişdir və Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikası DİN-nin Binəqədi Rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Şəxs və Azərbaycan Respublikası DİN-nin Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmişlər, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarına əlavə olunmuş Binəqədi RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı polis kapitanı İlkin Almazovun xx.xx.2020-ci il tarixli qərarına əsasən məlum olur ki, xx.xx.2020-ci il tarixdə saat 23:00 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar araşdırma aparılaraq toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxsnın barəsində İXM-nin müvafiq maddəsinə əsasən inzibati tədbir görülməsi qərara alınmışdır. Zərərçəkmiş şəxsi dinləyib, protokola və ona əlavə edilmiş materialları araşdıraraq hesab edirəm ki, Şəxs İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şəxs izahat verərək göstərmişdir ki, Khazar Lada markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyat şəhadətnaməsinə əsasən Azərmaş MMC-yə məxsusdur.Həmin avtomobili 2019-cu ilin yanvar ayından Azərmaş MMC-dən lizinq müqaviləsi əsasında icarəyə götürmüşdür.Ona 1 aylıq etibarnamə verilmişdir.Həmin avtomobili isə adına olan AB kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etmişdir.xx.xx.2020-ci il tarixdə saat 23:00-da Bakı şəhəri Binəqədi rayonu, Binəqədi Şossesində idarə etdiyi Khazar Lada markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolun hərəkət hissəsisinin soldan 1-ci hərəkət zolağı ilə hərəkətdə olarkən qarşısında hərəkətdə olan X2 idarə etdiyi BMV 528 markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobillə ara məsafəsini pozaraq qabaq tərəfi ilə avtomobilin arxa tərəfinə çırpılması, daha sonra BMV 528 markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə qarşısında dayanmış X3 idarə etdiyi BMV 525 markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfinə toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir.Hadisənin baş verməsinə səbəb alkoqol sərxoşluğu vəziyyətində sükan arxasında yuxulamağı və nəticədə qarşısında dayanmış vəziyyətdə olan avtomobillə ara məsafəsini gözləməməyi olmuşdur.Hadisə zamanı xəsarət almamışdır. Araşdırma zamanı izahatı alınmış X5 göstərmişdir ki, BMV 525 markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyat şəhadətnaməsinə əsasən həyat yoldaşı X1 məxsusdur.Həmin avtomobili idarə etmək hüquq verilən etibarnamə verilmişdir.Avtomobili isə adına olan B kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etmişdir.Şəxs xx.xx.2020ci il tarixdə saat 23:00-da Bakı şəhəri Binəqədi rayonu binəqədi Şossesində idarə etdiyi Khazar Lada markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolun hərəkət hissəsisinin soldan 1-ci hərəkət zolağı ilə hərəkətdə olarkən qarşısında hərəkətdə olan X2 idarə etdiyi BMV 528 markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobillə ara məsafəsini pozaraq qabaq tərəfi ilə avtomobilin arxa tərəfinə çırpılması, daha sonra BMV 528 markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə qarşısında dayanmış onun idarə etdiyi BMV 525 markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfinə toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir.Hadisənin baş verməsinə səbəb alkoqol sərxoşluğu vəziyyətində sükan arxasında yuxulamağı və nəticədə qarşısında dayanmış vəziyyətdə olan avtomobillə ara məsafəsini gözləməməyi olmuşdur.Hadisə zamanı xəsarət almamışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 51-ci maddəsinin İ bəndinə görə, ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaqdır. Göründüyü kimi, təqdim olunmuş materialları təhlil edərək belə nəticəyə gəlmək olar ki, Şəxs, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosessində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 51-ci maddəsinin 1-ci bəndinin tələblərini pozaraq idarə etdiyi Khazar Lada markalı **-PS-*** dövlət nömrə nişanlı avtomaşınla, BMV 528 markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobillə ara məsafəsini pozaraq qabaq tərəfi ilə avtomobilin arxa tərəfinə çırpılmış, daha sonra BMV 528 markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil isə qarşısında dayanmış BMV 525 markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfinə toqquşmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh olaraq 2 (iki) il müddətində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmaqla, inzibati cərimə növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edirəm. Həmçinin, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia qaldırmaq hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130 və 333.3-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati tənbeh olaraq 2 (iki) il müddətində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmaqla, 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilsin. Zərərçəkmiş şəxsə mülki qaydada iddia qaldırmaq hüquqi izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-155/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-155/2021
27.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver