Məhkəmə qərarları › İş №3(001)-155/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-155/2023

17.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-155/2023 17.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Barəsində X4 protokol tərtib edilmiş Şəxs iştirakı ilə, xx xxxxxx 1991-ci ildə Füzuli rayonu Qacar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, köşkdə satıcı işləyən, Füzuli rayonu Qacar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu Dərnəgül qəsəbəsi Məcburi köçkünlər yataqxanasında məskunlaşmış Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə Binəqədi RPİ-in 5-ci PB-dən daxil olmuş X4 protokola və olan əlavə edilmiş materiallara baxaraq, MÜƏYYƏN ETDİM: Binəqədi RPİ-in 5-ci PB-in sahə rəisi polis mayoru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmələrinə dair 30 dekabr 2022-ci il tarixli MN № ******* saylı X4 Protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi rayon məhkəməsinə göndərilmişdir. X4 Protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Binəqədi rayonu Dərnəgül qəsəbəsi S.Bəhlulzadə küçəsində tütün məhsulları satılan köşkdə satılması qadağan olunmuş malların (pirotexniki vasitələrin) satışı ilə məşğul olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Binəqədi RPİ-in 5-ci PB nümayəndəsinin iştirakını məhkəmədə təmin etməmişdir. Məhkəmə İnzibati Xəta X2 RPİ-in 5-ci PB-in nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində X4 protokol tərtib edilmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, bir daha bu xarakterli inzibati xəta törətməyəcəyini bildirmişdir. Məhkəmə X4 işin materiallarını yoxlayıb, X4 protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində X4 icraat aparılan şəxs Şəxs tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən o, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi RPİ-in 5-ci PB-in kiçik əməliyyat müvəkkili Elçin Paşayev tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Raportdan görünür ki, həmin tarixdə xidmətdə olarkən bir nəfər şəxsin Binəqədi rayonu Dərnəgül qəsəbəsi S.Bəhlulzadə küçəsində tütün məhsulları satılan köşkdə satılması qadağan olunmuş pirotexniki vasitələrin satışı ilə məşğul olduğunu müəyyən edib, onu Binəqədi RPİ-in 5-ci PB-yə dəvət etmişlər. Orada həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Binəqədi RPİ-in 5-ci PB-in kiçik əməliyyat müvəkkili Elçin Paşayev və Binəqədi RPİin 5-ci PB-in sahə rəisi polis mayoru X1 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, həmin tarixdə Binəqədi rayonu Dərnəgül qəsəbəsi S.Bəhlulzadə küçəsində tütün məhsulları satılan köşkdən satılması qadağan olunmuş– 10 ədəd yaşıl qutularda kiçik ölçülü pirotexniki vasitələr, 15 ədəd qara rəngli partlayıcılar, 11 ədəd böyük ölçülü qırmızı rəngli partlayıcılar, 3 ədəd mavi rəngli partlayıcılar, 1 ədəd sarı-bozuntul rəngli böyük ölçülü partlayıcılar, 1 ədəd yaşıl və 2 ədəd sarı rəngli iri ölçülü partlayıcılar aşkar edilərək götürülmüşdür. Şəxs xx.xx.2022-ci il tarixli izahatından görünür ki, o həmin tarixdə Binəqədi rayonu Dərnəgül qəsəbəsi S.Bəhlulzadə küçəsində tütün məhsulları satılan köşkdə satılması qadağan olunmuş pirotexniki vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib əməlindən peşman olduğunu bildirmişdir. 30 dekabr 2022-ci il tarixli MN № ******* saylı X4 Protokoldan görünür ki, Şəxs barəsində Binəqədi RPİ-in 5-ci PB-in sahə rəisi polis mayoru X1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş protokol tərtib edilmiş və həmin tarixli MN № ******* saylı Qərardad əsasında baxılması üçün Binəqədi rayon məhkəməsinə göndərilmişdir. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanuna əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı aşağıdakı kimi müəyyən edilsin:..9. Partlayıcı maddələr və qurğular, tez alışan maddələr və pirotexniki məmulatlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 136.3-cü maddəsinə görə Yalnız dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və ya dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyalar (mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar) qanunla müəyyənləşdirilmiş qaydada təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinə görə İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə - inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində X4 protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi X4 protokol, özünün izahatı, habelə digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 442-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Həmçinin məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası İXM-in 26.1-ci maddəsinə görə İnzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə görə İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini və onun törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə inzibati cərimə tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən X4 işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə pirotexniki məmulatlar (10 ədəd yaşıl qutularda kiçik ölçülü partlayıcılar, 15 ədəd qara rəngli partlayıcılar, 11 ədəd böyük ölçülü qırmızı rəngli partlayıcılar, 3 ədəd mavi rəngli partlayıcılar, 1 ədəd sarı-bozuntul rəngli böyük ölçülü partlayıcılar, 1 ədəd yaşıl və 2 ədəd sarı rəngli iri ölçülü partlayıcılar) müsadirə edilməklə 350 (üç yüz əlli) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar