Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1555/2021 01.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X1 katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Lerik rayonu, Şingədulan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, xxxxxxx fərdi identifikasiya nömrəsinə malik olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2021-ci il tarixdə Şəxs barəsində narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrinin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə zamanı onun sidiyində narkotik vasitələr olan OPİ, THL, AMP və MET aşkar edilmişdir. Ona görə də, Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X3 tərəfindən xx xxxxx 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün materiallarla birlikdə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X3 izahat verərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 18:00-da inzibati ərazidə xidmətdə olan zaman Binəqədi rayonu, 8-ci mkr, C.Xəndan küçəsində yerləşən Şərur MTK-nın yaxınlığında bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb ona yaxınlaşıb özünü təqdim etdiktən sonra şəxsiyyətini təsdiq edən sənədi təqdim etmədiyi üçün həmin şəxs saxlanılaraq PB-nə gətirilmişdir. PB-də portal sistemi üzrə yoxlama aparılan zaman həmin şəxsin xx.xx.1983cü il təvəllüdlü, Şəxs olduğu müəyyən edilmişdir. Daha sonra müayinədən keçirərək sidiyində narkotik maddələr aşkar olunmuşdur. Ona görə də, Şəxs barəsində İXM-in 206cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 18:00 radələrində ünvan 2 ünvanında həyətdən çıxan zaman polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb, 5-ci PB-nə dəvət edilmişdir. Bölmədə müayinə zamanı sidiyində narkotik maddələr aşkar olunmuşdur. O, izahatında qeyd etmişdir ki, narkotik vasitələrin daimi istifadəçisi deyil, təxmini 3-4 ay əvvəl narkotik maddə qəbul etmişdir. O, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirir, həmçinin narkotik vasitədən bir daha istifadə etməyəcəyinə söz vermişdir. Bundan əlavə himayəsində yaşlı anası, əlil qardaşı, ailəsi və üç yetkinlik yaşına çatmayan övladı olduğunu bildirmişdir. Həmçinin qeyd etmişdir ki, övladlarının 13, 9 və 2 yaşları vardır. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2021-ci il tarixli, 935 nömrəli narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında aktdan görünür ki, Şəxs müayinəsi zamanı onun sidiyindən narkotik vasitələr olan OPİ, THL, AMP və MET aşkar edilmişdir. xx xxxx 2005-ci il tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Milli Məclisinin qərarından görünür ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədləri 0,15 qram narkotik vasitə olan heroin qrupuna aid olan şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur və şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən sübut növü hesab edilir. Göründüyü kimi, Şəxs müayinə zamanı sidiyindən aşkar edilmiş narkotik vasitələr olan OPİ, THL, AMP və MET istehlak miqdarı müəyyən olunmadığından, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx xxxx 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxx 2021-ci il tarixdə, saat 18:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Şəxs ərizəsindən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.5-ci maddəsinin – müdafiəçinin ödənişsiz hüquqi yardımdan istifadə etmək barədə müddəası ona izah edilmiş və bu hüquqdan istifadə etməkdən imtina etmişdir. Beləliklə, Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və iş materialları ilə tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını, himayəsində yaşlı anasının, əlil qardaşının və üç yetkinlik yaşına çatmayan üşaqlarının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə hesab edir ki, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunması nəzərə alınmaqla ona inzibati cərimə növündə inzibati tənbehin təyin edilməsini və məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsini məqsədə müvafiq hesab edir. İXM-in 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. Lakin inzibati xəta törətmiş şəxs Şəxs məhkəməyə ərizə ilə müraciət edərək bu hüquqdan imtina etmişdir. Hesab edirəm ki, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyəti, eləcə də onun məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq Şəxs inzibati cərimə növündə tənbehin təyin edilməsi inzibati tənbehin məqsədlərinə uyğundur. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 61, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs oğlu məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-1555/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1555/2021
01.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver