Məhkəmə qərarları › İş №3(001)-1559/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1559/2021

14.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1559/2021 14.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Abbas Əhəd oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi ilə xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 329.1 və 333.1-ci maddələri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-nin X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində İXP ******* saylı, 13.03.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan İXP ******* saylı, 13.03.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 27.06.2020-ci il tarixdə saat 22:20-da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozaraq idarə etdiyi Mercedes Benz c 180 minik” markalı, 10ON522 dövlət qeydiyyat nişanlı avtomobili təhlükəsizlik kəmərini bağlamadan idarə etmiş, həmçinin hərəkətdə olan zaman müvafiq sənədlərin təqdim olunması üçün saxlanılmış və bu zaman sürücünün avtomaşını sərxoş halda idarə etdiyi müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon polis İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqındda iş üzrə icraat aparılan şəxs və inzibati orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir.İXM-nin 112.1.4-cü maddəsinə əsasən məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə olunmuş İXP ******* saylı, 13.03.2021-ci il tarixli sərxoşluq vəziyyətinin müəyyən etmək üçün xususi texniki vasitədən istifadə edilməsi haqqında alkotesterin nəticəsindən görünür ki, sürücü Şəxs 13.03.2021-ci il tarixdə, 09:30-da sərxoşluq yoxlamasından keçirilmiş və spirtli içki qəbul etdiyi müəyyən olunmuşdur. İXM-nin 329.1-ci maddəsinə görə təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə təqsirli şəxs 40 (qırx) manat məbləğində cərimə edilir. İXM-nin 333.1-ci madddəsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-nin 34.3-cü madddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir.Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsinin, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun daha ağır məsuliyyət nəzərdə tutan İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu, 333.1 və 329.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə təqsirli bilinsin və 400 (dörd yüz) manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar