Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1560/2021 02.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X2 katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin sahə inspektoru, polis baş leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, Cantəpə yaşayış massivində yaşayan, xxxxxxx fərdi identifikasiya mömrəsinə malik olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində xırda talamaya görə Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB tərəfindən İXM-in 227-ci maddəsi ilə toplanmış inzibati xəta haqqında material baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin sahə inspektoru, polis baş leytenantı X6 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi, döngə 5 – ünvanında yaşayan X5 məxsus olan dizüstü kompüteri oğurlamışdır. Buna görə də, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, uzun zamanlardır işsiz olduğuna görə, təxminən, noyabr ayının 20-də gecə saatlarında Biləcəri qəsəbəsinə getmişdir. Orada kafedə bir qədər spirtli içki içmiş və tanımadığı məhəlləyə getmişdir. Məhəllədə bir evin işıqlarının sönülü və qapının bağlı olduğunu görmüşdür. Daha sonra həyətə daxil olub ön tərəfdəki pəncərədən evə daxil olmuşdur. Otağın birində mebelin üstündə olan noutbuku oğurlamışdır. Həmin noutbuku tanımadığı şəxsə 50 manata satmışdır. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, maddi imkanı pis olduğu üçün zərərçəkmiş şəxsə dəymiş ziyan onun tərəfindən ödənilməmiş və zərərçəkmiş şəxslə barışıq əldə etməmişdir. Məhkəmədən səmimi peşmançılığının nəzərə alınmaqla barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi, döngə 5 - ünvanında yaşayan X1 RPİ-nin 6-cı PB-nə ərizə ilə müraciət edərək xx.xx.2020-ci il tarixdə evinə gələn zaman 7 il bundan əvvəl həyat yoldaşı tərəfindən alınan “Hp 4530 s” markalı dizüstü kompüterin oğurlandığını bildirmişdir. Araşdırma zamanı X8 vermiş olduğu izahatında göstərmişdir ki, yaşadıqları evdə istilik sisteminin quraşdırılmaması səbəbindən ev soyuq olduğu üçün xx.xx.2020-ci il il tarixdə qonşuluqda yaşayan atasıgilə gedərək orada qalmışdır. xx.xx.2021-ci il tarixdə, saat 15:30 radələrində evə baş çəkmək üçün qayıtdıqda evin ön tərəfində olan dəmir barmaqlığı olmayan pəncərənin açıq olduğunu görərək içəri keçdikdə qonaq və yataq otağında olan əşyaların yerə səpələndiyini, yataq otağındakı qabların yığıldığı mebelin üzərinə qoyduğu, həyat yoldaşı tərəfindən 6-7 il bundan əvvəl 500 (beş yüz) manata aldığı “Hp 4530 s” markalı dizüstü kompyüterin (noutbukun) oğurlandığını aşkar etmişdir. Nilufər Tağıyeva sonuncu dəfə evdə xx.xx.2020-ci il tarixdə olduğunu, hadisəni törətməkdə şübhələndiyi şəxsin olmadığını, hadisəni pəncərədən evə daxil olmaqla törədildiyini, oğurlanmış “Hp 4530 s” markalı dizüstü kompüterin hal-hazırki orta bazar dəyərinin təxminən 100(bir yüz) manat olduğunu bildirmişdir. O, oğurlanmış “Hp 4530 s” markalı dizüstü kompyüterdən başqa evdən heç bir qızıl ziynət əşyasının, pulun və digər maddi qiymətli əşyaların oğurlanmadığını, ona 100 (bir yüz) manat miqdarında maddi ziyan dəydiyini bildirmişdir. Həmin faktla əlaqədar hadisə yerinə baxış keçirilərək protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək materiala əlavə edilmişdir. Daha sonra X4 müraciəti əsasında araşdırılma aparılmış, araşdırma nəticəsində cinayət işinin başlanılması rədd edilmişdir. xx.xx.2021-ci il tarixli qərardaddan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi. Sumqayıt şossesı döngə 5-də yaşayan vətəndaş X1 RPİ-nin 6-cı PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə evindən "HP 4530s” markalı dizüstü kompyuteri oğurlanmışdır. Faktla bağlı Binəqədi RPİ-nin 6-cı PB-də araşdırılma aparılmış və Azərbaycan Respublikası CPM-nin 39.1.2, 86, 207.5.2 və 212-ci maddələrinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qərarda naməlum şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib hissəsi yarandığından onun müəyyən olunaraq barəsində inzibati tədbirin görülməsi tövsiyyə olunmuşdur. xx.xx.2021-ci il tarixli MN 1095534-2828 saylı inzibati xətalar haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi, döngə 5 – ünvanında yaşayan X5 məxsus olan dizüstü kompyuteri oğurlamışdır. Buna görə də, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. xx.xx.2021-ci il tarixli AZA 009607 saylı inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə, saat 22:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Şəxs ərizəsindən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müdafiəçinin ödənişsiz hüquqi yardımdan istifadə etmək barədə müddəası ona izah edilmiş və bu hüquqdan istifadə etməkdən imtina etmişdir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hal hesab edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam sübuta yetirilir. Ona görə də, Şəxs Azərbaycan Respubliaksı İXM-nin 227-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. İnzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi və əmlak vəziyyəti nəzərə alınmaqla, eləcə də inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm onun, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə Şəxs ictimai iş növündə tənbehin təyin edilməsi inzibati tənbehin məqsədlərinə uyğundur. İnzibati Xətalar Məcəlləsinin 28.3-1-ci maddəsinə müvafiq olaraq məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Odur ki, Şəxs 160 (yüz altmış) saat müddətində ictimai iş növündə inzibati tənbeh təyin edilməli, ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalı, eyni zamanda o, məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-115, 117, 128-131-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 160 (yüz altmış) saat müddətində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Qərarın icrası Şəxs həbsdən azad edilməsi hissəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə həvalə edilsin. İnzibati tənbeh tədbirinin əvvəli Şəxs ictimai işlərə cəlb olunduğu vaxtdan saatla hesablansın. Qərarın icrası Şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-1560/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1560/2021
02.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver