Məhkəmə qərarları › İş №3(001)-1587/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1587/2022

20.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1587/2022 20.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 iştirakları ilə, X2 Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X8 məhkəməyə müraciət edərək, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X8 şikayətini onunla əsaslandırmışdır ki, 21 iyun 2021-ci il tarixdə Binəqədi rayonu, Novxanı qəsəbəsində fəaliyyət göstərən “Katamaran” X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi əməkdaşları daxil olmuş və həmən idarənin məsləhətçisi X10 tərəfindən onun barəsində MN № ******* saylı, 21 iyun 2021-ci il tarixli protokol tərtib olunmuşdur. Protokola əsasən “Katamaran” X3 fəaliyyəti zamanı ətrafa yayılan səs küyün analiz ölçmə işləri zamanı normadan artıq olduğu müəyyən edilərək o vəzifəli şəxs qismində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İnzibati xətaya dair işə 09 iyul 2021-ci il tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində baxılsa da, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinin tələblərini pozmaqla vəzifəli şəxs kimi 2500 manat məbləğində cərimə edilməyi ilə bağlı qərar çıxarılmışdır. Barəsində protokol tərtib edilən zaman o qeyd edilən məkanda olmamış və protokoldan sonradan məlumatı olmuşdur. Restoranda fəaliyyət göstərən musiqiçilər var və səsin normasına onlar nəzarət edirlər. Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları yoxlanışa gəldikləri zaman musiqiçilər qeyd edilən məkanda olmuşlar, amma nə onlar barəsində, nə də restoranda olan adminstrator barəsində fiziki şəxs kimi protokol tərtib edilməmiş və onun orda olmamağı nəzərə alınmadan onun barəsində vəzifəli şəxs kimi protokol tərtib edilərək guya o protokolu imzalamaqdan imtina etmiş kimi göstərilərək 2500 manat məbləğində cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinə əsasən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə inzibati tənbeh nəzərdə tutulmuşdur. Burada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalar dedikdə Azərbaycan Respublikası Prezidentinin 2008ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları başa düşülür. Yuxanda qeyd edilən fərmanla təsdiq edilmiş normaların birinci cədvəlində, “Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları” başlığı altında 10-cu qrafada kafe, restoran və yeməkxanaların zalları üçün nəzərdə tutulmuş orta həndəsi tezlikli (Hs) oktava zolaqlarında səs təzyiqinin səviyyələri öz əksini tapmışdır. “Katamaran” Ailəvi İstirahət mərkəzi Novxanı qəsəbəsində, dəniz kənarında fəaliyyət göstərir. Restoranın ətrafı digər istirahət mərkəzləri ilə əhatə olunub və yaxın 300 metr məsafədə heç bir yaşayış məntəqəsi yoxdur. Ən əsas isə onu nəzərə çatdırmaq istəyir ki, qeyd olunan istirahət mərkəzində musiqi ancaq açıq havada olur. Protokol tərtib edilən zaman da musiqi açıq havada idi. Bütün bunlara baxmayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi əməkdaşları tərəfindən kafe, restoran və yeməkxanaların zalları üçün nəzərdə tutulmuş səs normalarının ancaq açıq havada musiqisi olan restoranın fəaliyyətinə aid edilməyi başa düşülməzdir. İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinin dispozisiyasına görə ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs- küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə məsuliyyət müəyyən olunmuşdur. Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən amillər dedikdə bunlara fiziki, kimyəvi, bioloji, psixogen və.s amilləri göstərmək olar. “Katamaran” Ailəvi İstirahət mərkəzi Novxanı qəsəbəsində, dəniz kənarında fəaliyyət göstərir, ətrafında yalnız istirahət məkanları yerləşir və musiqi yalnız açıq havada olur. Belə olan halda açıq havada olan musiqinin insan sağlamlığına və yaxud ətraf mühitə hər hansı mənfi təsirindən söhbət gedə bilməz. Bundan əlavə onun barəsində tərtib edilmiş nə protokolda, nə də ki qərarda səs səviyyəsinin maksimal həddləri və inzibati xəta aşkar olunduğu zaman səs təzyiqinin normanı hansı həddə keçməsi barədə heçbir məlumat öz əksini tapmamışdır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normalarının 3-cü maddəsinin qeyd hissəsinə əsasən səs-küyün səs təzyiqi, səsin ekvivalent enerjisi və maksimal səviyyələri X9 və Tələbləri (DÜST) 17187 və beynəlxalq praktikada qəbul edilmiş metodikalardan istifadə etməklə müəyyən edilir. Ekologiya və Təbii Sərvətlər İdarəsi əməkdaşları tərəfindən inzibati xəta aşkar edilərkən səs təzyiqinin ölçülməsi zamanı hansı üsul və metoddan istifadə etdikləri, ölçü cihazının adı, cihazın qeydiyyatda olub-olmaması ilə bağlı heç bir məlumat protokol və qərarda öz əksini tapmamışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamalar plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) əsaslarla aparılır. Plandankənar yoxlamalar insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda aparılır. Bu əsasların heç biri olmadan səbəbsiz yerə Ekologiya və Təbii Sərvətlər İdarəsi əməkdaşları tərəfindən bu yoxlamaların nəyə əsaslandığı məlum deyil. Göründüyü kimi Ekologiya və Təbii Sərvətlər İdarəsi əməkdaşları tərəfindən əsassız yoxlamalar aparılmış, istinad edilən maddə düzgün tövsif edilməmiş, insan sağlamlığına və ətraf mühitə mənfi təsir göstərən amillər anlayışı düzgün başa düşülməmiş, inzibati xətanın hansı normaları və hansı həddə aşmaqla törədilməsi barədə heç bir sübut olmadan onun barəsində əsassız qanunsuz və ədalətsiz protokol tərtib edilmişdir. 13 iyun 2022-ci il tarixli məhkəmə iclasında şikayət vermiş şəxs X2 müdafiəçisi A.İ.M vəkil bürosunun vəkili Vəkil şikayətin məzmununa uyğun çıxış etmiş və əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN №1118902 nömrəli 09 iyul 2021-ci il tarixli qərarını tamamilə qanunsuz və əsassızdır. Belə ki, X8 barəsində tərtib edilən protokol Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunun 1-ci maddəsinin tələblərini kobud formada pozmaqla tərtib edilmişdir. X6 Mərkəzində aparılan yoxlama növbədənkənar formada keçirilmişdir. Bu yoxlamanın nəyə əsaslandığı, hər hansı şəxsin şikayətinin olub olmaması və yaxud kütləvi informasiya vasitələrində pozuntu ilə bağlı heç bir məlumat öz əksini tapmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsinin növbədənkənar yoxlamanın keçirilməsi üçün əsas gətirdiyi Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayətin daxil olması və daha sonra şikayətin Daxili İşlər Nazirliyindən aidiyyət üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə yönləndirilməsi barədə heç bir sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmçinin nəzərə çatdırmaq istəyir ki, X8 inzibati məsuliyyətə cəlb edilərkən təqsirli bildindiyi İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinin pozuntusunun aşkara çıxarılması zamanı istifadə edilən cihaz barədə məlumatlar, cihazın adı, qeydiyyatda olubolmaması, sertifikatının olub-olmaması barədə subutlar təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq növbədənkənar yoxlamanın keçirilməsi üçün heç bir əsas olmamasını, cavabdeh tərəfindən sübut təqdim edilmədiyini, və ölçü cihazının Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanının tələblərinə uyğun gəlmədiyini nəzərə alaraq X8 barəsində tərtib edilmiş MN1118902 nömrəli 09 iyul 2021-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi-X11 bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən Sumqayıt-Novxanı yolunun Xəzər dənizi sahilində yerləşən “Katamaran 2019” X3 icarədarı X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Protokol əsasında İdarənin 09 iyul 2021 -ci il tarixli, MN ******* saylı qərarı ilə X8 vəzifəli şəxs qismində 2500 (iki min beş yüz) manat məbləğində cərimə olunmuşdur. Belə ki, inzibati işin materiallarından görünür ki, xx.xx.2021-ci il tarixində 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik Şöbəsinin polis nəfərləri ilə birlikdə polisə ünvanlanmış vətəndaş şikayətinin araşdırılması üçün “Katamaran 2019’’ ailəvi istirahət mərkəzində yol verilən səs - küyün araşdırılmasını aparmışlar. Araşdırılma zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Xidmətinə təhkim olunmuş “SOUND LEVEL METER PCE 322 A” cihazı vasitəsi ilə ölçmə işləri aparılmışdır. Ölçmə zamanı səs-küyün ətraf mühit üçün yol verilən həddən artıq olması müəyyən edilmiş, həmin tarixdə müvafiq akt, monitoring aktı və protokol tərtib edilmişdir. Növbəti mərhələdə “Katamaran 2019" X3 icarədarı X8 qərar qəbul olunması üçün 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati binasına rəsmi qaydada dəvət olunmuşdur, iş materialları və işin digər faktiki hallarından müəyyən olunur ki, həmin inzibati xəta törədilmişdir. Buna görə də verilmiş şikayətin əssasız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 21 iyun 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, “Katamaran 2019’’ ailəvi istirahət mərkəzində yol verilən səs-küy səviyyəsinin normadan artıq olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarından görünür ki, X1 Xətalar Məcəlləsinin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 2500 manat cərimə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-2707/2022 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən, X2 Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayəti təmin olunmuş, qərar ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1071/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə və X2 Azərbaycan Respublikası İXM-in 275.2-ci maddəsi ilə təqsirli bilinib 2500 manat məbləğində cərimə edilməsi ilə bağlı iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-2707/2022 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. 21 iyun 2021-ci il tarixli 70863 nömrəli aktdan, xx.xx.2021-ci il tarixli, 0237 saylı monitorinq aktı və fotoşəkillərdən görünür ki, “Katamaran-2019” ailəvi istirahət mərkəzində “SOUND LEVEL METER PCE 322 A” cihazı vasitəsi ilə ölçmə işləri aparılmışdır. Ölçmə zamanı səs-küyün ətraf mühit üçün yol verilən həddən artıq, yəni 67.9 DBA olması müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixıli bildirişdən və xəbərnamədən görünür ki, X8 inzibati xəta ilə bağlı işə xx.xx.2021-ci il tarixdə baxılacağı haqqında məlumatlandırılmışdır. Kalibrləmə sertifikatından görünür ki, “SOUND LEVEL METER PCE 322 A” cihazına "xxxx" MMC tərəfindən sertifat verilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq belə nəticəyə gəlir ki, X2 Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarından və məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, “Katamaran-2019” ailəvi istirahət mərkəzində xx.xx.2021-ci il tarixli, 0237 saylı monitorinq aktına əsasən səs-küy səviyyəsinin normadan artıq, yəni 67.9 DBA səviyyəsində olmuşdur. “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri” Normalarının 1.1-ci bəndinə əsasən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa, “Sanitariya və epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır. Həmin Normaların 1.2-ci bəndinə əsasən bu normalar yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisi, habelə insanların cəmləşdiyi digər yerlərdə səs-küyün yolverilən səviyyələrini və vibrasiyaya olan tələbləri müəyyənləşdirir. Bu normalar xüsusi təyinatlı yerlərə (radio-, tele-, kinostudiyalara, konsert və teatr zallarına, idman saraylarına) şamil edilmir. Həmin Normaların 1.3-cü bəndinə əsasən bu normalara mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslər tərəfindən riayət edilməlidir. “Ekoloji Təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsinin 1.7-ci bəndinə əsasən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi səviyyələrinin nizama salınması insanın, cəmiyyətin və dövlətin təhlükəsizliyinin tərkib hissəsi olaraq ekoloji təhlükəsizlik sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Həmin Qanunun 5-ci maddəsinin 2.6-cı bəndinə əsasən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi normalarının müəyyən etmək ekoloji təhlükəsizlik sahəsində dövlətin vəzifələrindən biri hesab olunur. Həmin Qanunun 13-cü maddəsinin 3-cü bəndinə əsasən bu Qanunun və ekoloji təhlükəsizlik sahəsində digər normativ hüquqi aktların pozulmasına görə məsuliyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. İXM-in 275.2-ci maddəsinə əsasən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə-fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan qanunvericiliyin tələblərindən müəyyən edilmişdir ki, nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları üzrə mikrorayonlar və yaşayış binaları qrupları, istirahət evləri, pansionatlar, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin istirahət meydançaları, məktəbəqədər, ümumi və digər təhsil müəssisələrinin meydançalarında səs çirklənməsinin maksimal səviyyəsi 60 DBA səviyyəsindən yuxarı olmamalıdır. Qeyd olunan hal üzrə çirklənmənin səviyyəsinin 60 DBA ölçüdən artıq olması ətraf mühitə mənfi təsir göstərir və qanunvericiliyin tələblərinə əsasən inzibati məsuliyyətə səbəb olur. Məhkəmə şikayət verən şəxs X8 istinad edilən inzibati xətaya münasibətdə hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. İXM-nin 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar