Məhkəmə qərarları › İş №3(001)-1590/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1590/2022

06.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1590/2022 06.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X4 iclas katibliyi, X1 iştirakı ilə X1 Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci PB tərəfindən qəbul edilmiş EPQ ******* saylı, xx.xx.2021-ci il tarixli qərardan verdiyi şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iclasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: X2 Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci PB tərəfindən qəbul edilmiş EPQ ******* saylı, xx.xx.2021-ci il tarixli qərara əsasən 100 manat məbləğində cərimə olunması barədə qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, тefonuna E-GOV.az mobil tətbiqin yüklənməsi nəticəsində ona inzibati protokol tərtib edildiyini bilдирилmişdir. Qeyd edilən tarixdə və bu tarixə yaxın günlərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara aldığı hallarda və maskasız giriş qadağandır işarəsi olduğu ərazilərdə ona inzibati protokol tərtib olunmayıb və fikrini bildirib imza üçün təqdim edilməyib.Sistemdə olan protokoldan narazı olduğu üçün DİN 102 xidməti ilə əlaqə saxlayaraq protokolun araşdırılması üçün kömək istəsə də, onunla əlaqə saxlayan polis nəfəri protokolun kimin tərəfindən yazaldığına va hara müraciət etməli olduğuna aydınlıq gətirə bilməмишдир. DİN-нин 102 xidməti və əlaqə saxlayan polis bu protokolla bağlı şikayətini ancaq мəhkəməyə bildirməli olduğunu она билдирмишдирляр.Daxili İşlər Nazirliyinə protokoldan şikayət ilə müraciət edib protokolun ləğv edilməsini xahiş etмишдир.Şikayətinə baxmayaraq protokola qərar verilib və dəfələrlə müxtəlif tarixlərdə yönləndirildiyi Polis İdarələri və bölmələrdən cavab ala bilмямишдир.Vətəndaşların müraciətlərinə baxılma qaydası pozulduğuna görə hətta prokurorluq orqanlarına da müraciət etməli olмушдур.Şikayətinə nəhayət 15-ci polis bölməsindən 2022-05-09 tarixdə cavab gəlмишдир.Cavabda inzibatı xətanın törədilməsinə dair sübut эюстярилмямишдир.Ъаваб мяктубунда она пrotokolун əsaslı tərtib edilдийи və narazı olduğu halda мəhkəməyə müraciət etməли олдуьу тювсиййя едилмишдир.09 may 2022-ci il tarixində elektron ünvanına protokolun və qərarın surətini göndərилмишдир.Tərtib edilmiş protokoldan görünür ki, "бarəsində inzibati xəta haqqında iş üzrə icraat aparılanın izahatı" qrafası və imza yeri boşdur.Polis tərəfindən verilən hec bir yazılı cavabda izahat verməkdən, yerində razılıq və ya etiraz etdiyi barədə xüsusilə imza atmaqdan imtina etdiyi barədə qeydlər yoxdur.Yəni protokol Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına uyğun olaraq tərtib edilməмишдир. Шикайятчи эюстярмишдир ки, о, Bakı şəhərində anadan olub - böyüsə də, Sabunçu rayonu ərazisində bəlkə də uşaqlıq dövründə bir ya iki dəfə olmuş, sonuncu dəfə bu rayon ərazisində olduğu yadına gəlmir.Şikayəti və araşdırmalar ilə bağlı Bakı şəhəri Sabunçu Polis İdarəsində olmuş və bu idarələrdə heç bir rəis və zabitin maska taxdığını görməmişdir.İdarəyə girişdə telefonunu əlindən alıb мəhkəməyə şəkillərini-sübutları təqdim etməyə mane olмушдурлар.Шикайятчи эюстярмишдир ки, Konstitusiyaya kimliyindən asılı olmayaraq гanun qarşısında hamının bərabər olduğu yazılsa da, bunu təminatını icra edən Polis İdarələrи özləri qəbul edilmiş гərarlara əməl etmir və Nazirlər Kabinetiнин Qərarынda göstərilən yerlərdə qayda pozmadığı halda она protokol tərtib edилир.Təbii ki, onun bu idarədə olduğu vaxtı bu idarələrin təhlükəsizlik kameraları qeydlərində polislər təqdim edəsi deyillər. Мящкямя иъласында чыхыш едян шikayətçi X5 шикайятиндя эюстярилянляри нязяря алараг Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci PB tərəfindən qəbul edilmiş EPQ ******* saylı, xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati orqan Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci PB-nə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirəsalınması haqqında vəsatət verməmişdir.Buna görə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən İdarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət rədd edilməlidir. Belə ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci PB tərəfindən qəbul edilmiş EPQ ******* saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən məlum olur ki, X5 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən 100 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə görə epidemya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsinə əsasən bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzürlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci PB tərəfindən qəbul edilmiş EPQ ******* saylı, xx.xx.2021-ci il tarixli qərarı əsasında araşdırma zamanı X5 tərəfindən qanunun qeyd edilən tələblərinə tam əməl olunmamış, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsininin tələbləri pozulmuş, qəbul edilmiş qərar ясаслы олмушдур. Şikayətçi həmin inzibati qərarın qanunsuz olması barədə heç bir tutarlı səbəb göstərməmişdir.Belə ki, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir.Qaydalara əsasən məlum olur ki, tibbi maskadan düzgün istifadə edilməməsi də (məsələn: üz nahiyyəsinin, yəni-ağız və burun nahiyyəsinin natamam örtülməsi, maskanın aşağı çəkilməsi, çənədə saxlanılması və sair) İXM-nin 211-ci maddəsinin tərkibini yaradır. Buna görə də, məhkəmə hesab edir ki, X1 Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15ci PB tərəfindən qəbul edilmiş EPQ ******* saylı, xx.xx.2021-ci il tarixli qərarından verdiyi şikayət rədd edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 128 və 130-cu maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci PB tərəfindən qəbul edilmiş EPQ ******* saylı, xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayət rədd edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar