Məhkəmə qərarları › İş №3(001)-1593/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1593/2020

20.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1593/2020 20.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədirliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi ilə, “Şəxs ” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdim: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi RPİ-dən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün “Şəxs ” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair AP № ******* saylı, xx xxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin (hakim A.Rzayev) xx.xx.2020-ci il tarixli 3(001)-182/2020 saylı qərarı ilə inzibati xəta törətmiş hüquqi şəxs “Şəxs ” MMC Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Daha sonra “Şəxs ” MMC Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(001)-182/2020 saylı qərarından apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli 3(103)-813/2020 saylı qərarı ilə “Şəxs ” MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, “Şəxs ” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati tənbeh tədbitinin tətbiq edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 3(001)-182/2020 saylı qərarı ləğv edilərək iş materialları hərtərəfli araşdırma aparılıb qərarın təsviri hissəsində göstərilənlərə hüquqi qiymət verilməklə inzibati xəta haqqında işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında material xx.xx.2020-ci il tarixində yenidən Binəqədi Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, “Şəxs ” MMC tərəfindən xx.xx.2019-cu il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsinə (“Mercedes Benz E 200” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı) dair inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumatı sorğu göndərmiş Binəqədi RPİnin YPŞ-nə göndərməmişdir. Bununla da “Şəxs ” MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tələbləri pozulmuşdur. Ona görə də xx.xx.2020-ci il tarixdə idarə barəsində AP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi RPİ-yə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin “Şəxs ” MMC-nin və İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə, inzibati xəta haqqında işlər üzrə icraatın iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci tarixli, AP № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, “Şəxs ” MMC nəqliyyat vasitəsini (mülkiyyətində və ya istifadəsində olan) inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli 3(103)-813/2020 saylı qərarından görünür ki, işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi qeyd edilən halları araşdırmamış, sorğunun Şəxs MMC-yə göndərilməsi barədə məlumatlar iş materiallarında mövcud olsa da, həmin sorğunun qəbul edilməsini təsdiq edən mötəbər sübutlar iş materiallarında aşkar edilmədiyinə görə Bakı şəhər Binəqədi rayon Məhkəməsinin qərarı ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi DYPİ tərəfindən SS634968832AZ saylı məktubla “Şəxs ” MMC-yə **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı göndərilən sorğu xx xxxxxx 2019-cu il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilməklə (sorğuya kim tərəfindən imza edilməsi məlum deyil) qəbul edilmişdir. Həmin sorğunun göndərilməsinə dair reyestrdən görünür ki, sorğu ünvan 1 mənzil 13 ünvanına göndərilmişdir. İş materiallarında olan “Şəxs ” MMC –şikayətində bildirmişdir ki, MMC-nin hüquqi ünvanı ünvan 1 mənzil 13 olsa da, şirkət faktiki olaraq ünvan 2 A ünvanında fəaliyyət göstərir. Şirkətin hüquqi ünvanında heç kim yaşamır və məktubu heç kim qəbul edə bilməz. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi DYP-nin xx xxxxxx 2020-ci il tarixli 3(001)- 1593/2020 saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İş materiallarına əlavə olunmuş poçt sənədinin çatdırılmasına dair xəbərnamədən məlum olur ki, xx.xx.2019-cu il tarixdə BİS.SH MMC-nin Xankişiyev adlı işçisi DYP –dən daxil olmuş xəbərnaməni xəbul etmişdir. İş materiallarına əlavə olunmuş BİS SO MMC-nin məhkəməyə təqdim etdiyi xx.xx.2019-cu il tarixdən qeydiyyatda olan işçilərin siyahısından görünür ki, müəsimssədə Xankişiyev adlı ihçi əalışmayab. Hesab edirəm ki, xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən “Şəxs ” MMC–nin rəsmi qeydiyyatda olan ünvanıa göndərilmiş sorğu müəssisədə işləməyən Xakişiey soyadlı şəxs tərəfindən qəbul edildiyindən və həmin şəxsin müəsissəyə heç bir adiyyəti olmadığından “Şəxs ” MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48, 53, 110-112, 552-ci maddələrini rəhbər tutaraq, qərara aldım: “Şəxs ” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi RPİ-dən daxil olmuş xx xxxxxx 2019-ci il tarixli AP ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar