Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1594/2020 14.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədirliyi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X5, Barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs direktoru X2 və həmin Cəmiyyətin nümayəndəsi X3 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli, MN №0411098 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(001)-776/2020 saylı qərarı ilə hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.7-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Daha sonra Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 3(001)-776/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(103)-834/2020 saylı qərarı ilə Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X11 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(001)-776/2020 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxs X16 iş və xidmətlərə cəlb olunmuşdur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qeyd edilənlərə əsasən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli, MN №0411098 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X8 inzibati xəta haqqında protokola uyğun izahat verərək qeyd etmişdir ki, yoxlama zamanı Şəxs MMC tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu, X10 Şəxs MMC-nin rəhbərliyi tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçinin (xidmətinin) yerinə yetirilməsinə cəlb edildiyi, nəticədə Şəxs MMC tərəfindən Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)-776/2020 saylı qərarının ləğv edilib Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X6 və həmin Cəmiyyətin nümayəndəsi X7 Şəxs direktoru X2 eyni fakt üzrə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 4 000 manat məbləğində cərimə edildiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında səlahiyyətli orqanın qərarı olduğu halda Dövlət Əmək Müfəttişliyi Xidmətinin yenidən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərməsinin qanunsuz olduğunu qeyd etmişdir. O, izahatında bundan başqa qeyd etmişdir ki, X16 ilə Şəxs arasında xx xxxxxx 2019-cu il tarixdə EX- 2019-346 №-li xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında Z.Atayev şirkətə sürücülük xidməti göstərmişdir və bunun müqabilində ona ödənişlər aparılmışdır. Z.Atayevlə xidmət müqaviləsi bağlandığı üçün və vergi ödəyicisi olduğundan bütün ödəmələr ona aid edilir. Xidmət müqaviləsi tərəfimizdən Dövlət Əmək Müfəttişliyi Xidmətinə təqdim edilsə də müqavilə kserosurət olduğu üçün nəzərə alınmamış və qanunsuz olaraq müəssisə cərimələnmişdir. Həmin xidmət müqaviləsinə əsasən Z.Atayevə dəfələrlə ödənişlər edilmişdir. Qeyd olunan haları nəzərə alaraq iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, MN №0411098 saylı inzibati xəta haqqında protokoldan görünür ki, X14 Şəxs MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin İ bəndinin tələbləri pozularaq işləmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan vətəndaş X10 xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, o, Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edərək, Şəxs MMC-də işə cəlb olunduğunu, lakin əmək haqqının verilmədiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X11 tərəfindən qəbul edilmiş MN №0461914 saylı xx.xx.2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat miqdarında inzibati cərimə edilmişdir. Qərarda həmçinin qeyd edilmişdir ki, X16 Şəxs MMC-nin direktoru X6 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iş və xidmətlərə cəlb edilmişdir. İş materiallarında olan sifarişçi Şəxs MMC ilə icraçı X16 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, EX-2019-346 saylı xidmət müqaviləsindən görünür ki, icraçı, sifarişçiyə yüklərin daşımasında sürücülülük xidməti göstərməyi, sifarişçi isə göstərilmiş xidmətə görə İcraçıya müəyyən olunmuş qaydada və müddətdə razılaşdırılmış xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2017-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli əmək haqqı almaq barədə tabeldən görünür ki, həmin tarixlərdə X16 imza edərək xidmət haqqını almışdır. İş materiallarında olan ödəniş üzrə hesabatdan görünür ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək xidmət müqaviləsi əsasında X12 xidmət haqqı ödənilmişdir. Məhkəmə hesab edir ki, hazırkı məqamda MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Maddənin məzmunundan aydın olur ki, şəxs o zaman inzibati məsuliyyətə cəlb edilir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş olsun. İş materiallarından aydın olur ki, Şəxs MMC tərəfindən X10 əmək müqaviləsi olmadan və ya hüquqi qüvvəyə minmədən işə cəlb edilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, sifarişçi Şəxs MMC ilə icraçı X16 ilə bağlanmış xx.xx.2019-cu il tarixli, EX-2019-346 saylı xidmət müqaviləsinə əsasən “İcraçı” “Sifarişçi”yə yüklərin daşınmasında sürücülük xidməti göstərmiş və bunun müqavilində icraçıya xidmət haqqı ödənişləri olunmuşdur. Qeyd olunan hallar Şəxs MMC-nin əməlində İXM-nin 192.1-ci maddəsi üzrə tərkibin olmamasına dəlalət edir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 53, 109, 110, 114-117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığı üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, MN №0411098 saylı inzibati xəta haqqında protokol üzrə başlanmış icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-1594/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1594/2020
14.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver