Məhkəmə qərarları › İş №3(001)-1596/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1596/2020

20.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1596/2020 20.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət X7 EQ ******* saylı, xx xxxxxxxx 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarından X3 şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X6 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət X12 tərəfindən qəbul edilmiş EQ ******* saylı, xx xxxxxxxx 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. A.R.Məmmədov həmçinin ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə müraciət edərək şikayət etmək müddətinin ötürülməsini üzürlü hesab edərək müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan AZ21063 minik markalı **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə ilə X1. Baş etibarnamənin müddəti bitdikdən sonra o, X5 ilə görüşüb ona etibarnamənin müddətinin bitdiyini, maşını öz adına sənədləşdirməsini bildirmişdir ki, gələcəkdə onun üçün problem yaranmasın. X5 ona söz versə də lakin avtomobili öz adına sənədləşdirməkdən yayınmışdır. Onunla bir daha əlaqə saxlaya bilməmişdir. Məcburiyyət qarşısında qalıb DİN Baş Dövlət X10 bu barədə məlumat vermişdir. DİN Baş Dövlət X7 xx xxxxxx 2019-cu il tarixli məktubu ilə ona bildirilmişdir ki, avtomobilin Ağdaş rayonu, Maşad kənd sakini X2 olduğu üçün müraciəti baxılması üçün Ağdaş rayon Polis şöbəsinə göndərilmişdir. Ona məlum olmuş ki, VAZ21063 minik markalı **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilini qanunsuz olaraq idarə edən şəxsin inzibati xəta törətməsi səbəbindən DİN Baş Dövlət X7 EQ ******* saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən ona cərimə yazılıb və bu səbəbdən də sürücülük hüququ xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi məhdudlaşdırılıb. Həmin cəriməyə görə o, məsuliyyət daşımır. Çünki, o, vaxtında DİN Baş Dövlət X8 müraciət etmiş, X5 onun avtomobilini qanunsuz olaraq idarə etdiyini bildirmişdir. Ə.Əsədova verdiyi etibarnamənin müddəti bitmişdir. Ə.Əsədov da ondan gizlənir. Onu tapa bilmir. Avtomobilin tapılmasında, istifadəsinə qadağa qoyulmasında ona köməklik edilməsini xahiş etmişdir. Lakin müraciətlərinin heç bir nəticəsi olmamışdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası DİN Baş Dövlət X12 tərəfindən qəbul edilmiş EQ ******* saylı xx xxxxxxxx 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət X10 və şikayət vermiş şəxs inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Azərbaycan Respublikası DİN Baş Dövlət X7 nümayəndəsi və şikayətçi məhkəməyə gəlməmişlər və işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası DİN Baş Dövlət X7 nümayəndəsinin və şikayətçinin iştirakları olmadan işə baxılmanı mümkün hesab edir. Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir.. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət X12 tərəfindən qəbul edilmiş EQ ******* saylı, xx xxxxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 50.0 manat cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq inzibati xətanın törədilməsini inkar edər hər hansı bir sübut müəyyən etmədiyindən, Azərbaycan Respublikası DİN Baş Dövlət X7 EQ ******* saylı, xx xxxxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında protokolunu haqlı olaraq qəbul edir. Belə ki, iş materiallarında olan fotoşəkillərdən görünür ki, X3 adına olan “VAZ 2106” minik markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətə texniki baxışdan keçirilmədən Bakı şəhəri, Ə.Vəliyev küçəsi ilə Q.Qarayev küçəsinin kəsişməsində idarə edildiyi müəyyən olunmuş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 339.1-1ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə müəyyən olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında qərardan şikayət vermə müddəti üzrlü səbəbdən buraxıldığından şikayət məhkəmənin icraatına qəbul edilərək baxılmalıdır. Beləliklə, X3 Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini və Azərbaycan Respublikası DİN Baş Dövlət X12 tərəfindən qəbul edilmiş EQ ******* saylı, xx xxxxxxxx 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi üçün hər hansı əsas olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X3 Azərbaycan Respublikası DİN Baş Dövlət X7 EQ ******* saylı, xx xxxxxxxx 2019cu il tarixli qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar