Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1596/2025 13.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru X3, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Fatmayi bağları massivi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən Şəxs İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X5 izahatında bildirmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4297/2024 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə əmrinə əsasən, borclu Şəxs kreditor X2 ilə bağlanmış kredit müqaviləsi üzrə 13000 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. xx.xx.2024-cü il tarixdə məhkəmə əmrinə əsasən icraata başlanılmış və həmin tarixdə borcluya tələbin könüllü qaydada icrası haqqında bildiriş göndərilmişdir. Lakin hal-hazırda icra sənədi üzrə ödənilməmiş borc 11250 manat təşkil edir. Borclu icra sənədini qərəzli olaraq icra etmədiyinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-5659/2024 saylı qərarı ilə 8 gün inzibati həbs edilmişdir. Həmin tənbeh tədbirindən sonra borclu cəmi 1250 manat ödəniş etmişdir. Həmin qərarın qüvvəyə minməsindən 1 il keçmədiyi halda, yenidən Şəxs eyni icra sənədini qərəzli olaraq icra etməmişdir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, maddi imkanı olmadığı üçün icra sənədi üzrə ödəniş edə bilmir. Mümkün olduğu qədər borcundan ödəniş edir. Himayəsində övladı da vardır, həmin uşağı onunla birgə yaşamasa da, uşağın anasına ödəniş edir. İnzibati tənbeh edildikdən sonra 500 manat, 500 manat və 250 manat olmaqla ümumilikdə 1250 manat ödəniş etmişdir. Əvvəllər özünün şəxsi şirkəti olmuş, qazancı çox olmuş, lakin hazırda vəziyyət dəyişmişdir. O, rəsmi heç bir yerdə işləmir, aylıq qazancı 700 manat təşkil edir. Buna rəğmən mümkün olduğu qədər ödəniş edir. Hazırda üzərində 240 manat pul vardır. Yalnız həmin məbləği ödəyə bilər, başqa pulu isə yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 bildirmişdir ki, o, borcunun tam olaraq ödənilməsini tələb edir. Ona inzibati tənbeh edildikdən sonra borclu şəxs 1250 manat ödəniş etmişdir. O, borcluya müddətdə xeyli güzəşt etmiş, vaxt vermiş, lakin Şəxs nəticə çıxarmamışdır. Hər ay belə az məbləğlərdə ödəniş etməklə ondan alınmış pul uzun müddət ərzində ödənilib qutaracaqdır. Hesab edir ki, bu hal özlüyündə ədalətsizlikdir. 200- 300 manat pul miqdarında ödəniş 13000 manat borcun qarşılığında çox kiçik məbləğlərdir. O, Şəxs inzibati həbs edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4297/2024 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə əmrindən görünür ki, borclu Şəxs kreditor X2 ilə bağlanmış kredit müqaviləsi üzrə 13000 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Binəqədi Rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4297/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)- 5659/2024 saylı qərarından görünür ki, Şəxs İXM 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 gün həbs edilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Şəxs məhkəmə iclas zalında icra sənədi üzrə ödəniş edərək 240 manat məbləğində vəsaiti icra məmuruna tətbiq etmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata əməldə inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, İXM-nin 528.1-1-ci maddəsində inzibati xəta tərkibi həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə müəyyən edilmişdir. İXM-in 528.1-ci maddəsində isə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Eyni icra sənədinə münasibətdə xx.xx.2024-cü il tarixdə Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsə də, hazırki protokol Şəxs həmin icra sənədindəki tələbi qərəzli olaraq icra etməməsi müəyyən edilməməkdədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4297/2024 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə əmrinə əsasən, borclu Şəxs kreditor X2 ilə bağlanmış kredit müqaviləsi üzrə 13000 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Həmin icra sənədinə münasibətdə Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-5659/2024 saylı qərarı ilə İXM 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 gün həbs edilmişdir. Lakin həmin inzibati tənbeh vermə haqqında qərarla inzibat tənbeh edildikdən sonra məhkəmə iclasında ödəmiş olduğu 240 manat ödəniş də daxil olmaqla, Şəxs icra sənədi üzrə ümumilikdə 1490 manat ödəniş etmişdir. 5 ay ərzində borclunun göstərilən məbləğdə ödəniş etməsi onun təqribən aya 300 manat miqdarında ödəniş etdiyini göstərir. Odur ki, icra sənədi üzrə Şəxs tələbi qərəzli yerinə yetirmədiyi sübuta yetirilməmişdir. Belə ki, sonuncunun heç bir rəsmi işi olmadığı barəsində inzibati həbs tənbeh edildiyi xx.xx.2024-cü il tarixdən etibarən ümumilikdə 1490 manat miqdarında ödəniş etməsi onun icra sənədini qərəzli olaraq icra etməməsini istisna edir. Göründüyü kimi, Şəxs icra vərəqəsi üzrə müəyyən edilmiş məbləğinin ödənilməsindən yayınmamış, rəsmi olaraq işləmədiyi halda icra vərəqəsi üzrə müəyyən edilmiş məbləğdən ödənişlər etmişdir. Belə olan halda şəxsin üzrsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsindən söhbət gedə bilməz. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı sübuta yetirilməmiş, əksinə onun icra vərəqəsi üzrə inzibati tənbeh edildiyi vaxtdan ödəməli məbləğdən mütəmadi olaraq ödənişlər etməsi öz təsdiqini tapmışdır. Qanunvericiliyin tələblərinə əsasən İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyət eyni icra sənədinə əsasən bir il ərzində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın təkrar törədilməsi ilə yarandığından və hazırki halda Şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4297/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə münasibətdə Şəxs icra sənədində göstərilən tələbi qərəzli olaraq icra etmədiyi müəyyən edilmədiyindən sonuncunun əməlində İXM-nin 528.1-1-ci maddəsinin tərkib əlamətləri mövcud deyildir. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlir. Belə ki, İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bütün bunlarla yanaşı qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə qeyd edir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Habelə, İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, yuxarıda sadalanan halları nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-1596/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1596/2025
13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver