Məhkəmə qərarları › İş №3(001)-1602/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1602/2023

26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1602/2023 26.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlu, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli, EQ2417532 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərardan verdiyi şikayətə baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Məhkəmənin icraatına X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli, EQ2417532 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərardan verdiyi şikayət daxil olmuşdur. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, X2 tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən və müddətin bərpası üçün vəsatət təqdim olunmadığından geri qaytarılmalıdır. Belə ki, X1 ünvanlandığı şikayətdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli, EQ2417532 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərarı nə vaxt alınmasını təsdiq edən heç bir sənəd iş materiallarına əlavə edilmədiyi üçün sonuncu tərəfindən sözügedən qərarın konkret olaraq nə vaxt alınmasını müəyyən etmək mümkün deyildir. Bundan başqa şikayətə əlavə edilmiş X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X2 adına tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarların ləğv edilməsini xahiş etmişdir. Göründüyü kimi, X2 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğvi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə 29 mart 2023-cü il tarixdə müraciət etmiş, lakin məhkəməyə mübahisələndirilən qərarın ləğv edilməsi ilə bağlı ərizə 26 aprel 2023-cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Beləliklə, qeyd olunanlara əsasən hesab edirəm ki, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli, EQ2417532 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərardan verdiyi şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən və müddətin bərpası üçün vəsatət təqdim olunmadığından geri qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X4 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli, EQ2417532 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar