Məhkəmə qərarları › İş №3(001)-1611/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1611/2021

07.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1611/2021 07.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X3, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1974-cü ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, Füzuli rayonunda qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22.04.2019-cu il tarixli, 2(005)- 1262/2019 nömrəli icra vərəqəsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs və X2 qarşı “pul” tələbinə dair mülki iş üzrə iddiası təmin edilmiş, cavabdeh Şəxs 14000 (on dörd min) manat və X1 12000 (on iki min) manat pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. 22.04.2019-cu il tarixli, 2(005)-1262/2019 nömrəli iş üzrə Şəxs icra vərəqəsi üzrə üzərinə düşən öhdəliyi icra etmədiyi üçün barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.04.2021-ci il tarixli, 3(001)- 1611/2021 nömrəli qərarı ilə Şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-1262/2019 nömrəli, 22 aprel 2019-cu il tarixli icra vərəqəsinin icra edilməməsi ilə bağlı İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 07 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında başlanmış icraata xitam verilmişdir. Zərərçəkmiş şəxs 15.04.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.04.2021-ci il tarixli, 3(001)-1611/2021 nömrəli qərarından apelyasiya şikayəti vermiş və 3(001)-1611/2021 nömrəli iş materialı 19.04.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 28.04.2021-ci il tarixli, 3(103)-935/2021 nömrəli qərarı ilə Zərərçəkmiş şəxs şikayəti qismən təmin olunaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.04.2021-ci il tarixli, 3(001)-1611/2021 nömrəli qərarı ləğv olunmuş və inzibati xətaya dair iş yenidən baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən böyük icra məmuru X4 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22.04.2019-cu il tarixli, 2(005)-1262/2019 nömrəli icra vərəqəsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs və X2 qarşı “pul” tələbinə dair mülki iş üzrə iddiası təmin edilmiş, cavabdeh Şəxs 14000 (on dörd min) manat və X1 12000 (on iki min) manat pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Şəxs icra sənədinin icrası ilə əlaqədar tələbin könüllü icrası barədə bildiriş göndərilməsinə və məcburi icra tədbirləri görməsinə baxmayaraq o, müxtəlif bəhanələrlə icra sənədinin icrasından yayınmışdır. Ona görə də Şəxs icra vərəqəsi üzrə üzərinə düşən öhdəliyi icra etmədiyi üçün barəsində İXMin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. 07 iyun 2021-ci il tarixdə tələbkar Zərərçəkmiş şəxs ərizə ilə icra şöbəsinə müraciət edərək Şəxs tərəfindən borc tam şəkildə ödənildiyini bildirib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ona görə də, tərəfindən 07 iyun 2021-ci il tarixli qərar qəbul edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22.04.2019-cu il tarixli, 2(005)-1262/2019 nömrəli icra sənədinə əsasən başlanılmış icraata xitam verilmişdir. Odur ki, məhkəmədən Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədən, Şəxs barəsində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22.04.2019-cu il tarixli, 2(005)-1262/2019 nömrəli icra sənədinə əsasən başlanılmış icraata icra məmuru tərəfindən xitam verildiyi üçün barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22.04.2019-cu il tarixli, 2(005)- 1262/2019 nömrəli qətnaməsi ilə Şəxs 14000 (on dörd min) manat və X1 12000 (on iki min) manat pul tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X3 21.06.2019-cu il tarixli qərarının surətindən görünür ki, borclu Şəxs barəsində iş üzrə icraata başlanmışdır. 21.06.2019-cu il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs tələbi 10 (on) gün müddətində könüllü icra etməsi barədə rəsmi bildiriş göndərilmişdir. 07.04.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs icra sənədi üzrə olan borcunu icra etmədiyi üçün barəsində İXM-in 528.1ci maddəsi ilə protokol tərtib edilmişdir. 07.06.2021-ci il tarixli ərizədən görünür ki, tələbkar Zərərçəkmiş şəxs ərizə ilə Binəqədi rayon İcra şöbəsinə müraciət edərək Şəxs tərəfindən borc tam şəkildə ödənildiyini bildirib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. 07 iyun 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22.04.2019-cu il tarixli, 2(005)-1262/2019 nömrəli icra sənədinə əsasən başlanılmış icraata xitam verilmişdir. Məhkəmə icra məmurunun izahatını, müdafiəçinin çıxışını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İXM-in 528.1-ci maddəsinin dispozisiyasında məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22.04.2019-cu il tarixli, 2(005)-1262/2019 nömrəli icra sənədi üzrə borc Şəxs tərəfindən tam icra edilmiş və icra məmurunun 07 iyun 2021-ci il tarixli qərarı ilə icra işi üzrə icraata xitam verilmişdir. Belə olan halda Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Ona görə də, məhkəmə Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. Bütün bunlarla yanaşı qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə qeyd edir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Göründüyü kimi, bütün bu hallar Şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22.04.2019-cu il tarixli, 2(005)-1262/2019 nömrəli icra sənədinin icrasından boyun qaçırmadığını bir daha təsdiqləyir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş 07.04.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 53, 105.1, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş 07.04.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar