Məhkəmə qərarları › İş №3(001)-1611/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1611/2022

04.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1611/2022 04.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X8 iclas katibliyi, X1 iştirakı ilə X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokol əsasında qəbul edilmiş 21 may 2022-ci il tarixli qərarından verdiyi şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: X2 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokol əsasında tərtib edilmiş qərara əsasən 200 manat məbləğində cərimə olunması barədə qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, 16 may 2022-ci ildə yaşadığı evin yaxınlığında sahibləndiyi iti ilə gəzərkən polis əməkdaşları ona yaxınlaşıb itə buruntaq taxmadığı üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 290.1.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyi ilə barədə MN ******* saylı İnzibati xəta haqqında protokol tərtib etmişdirlər. 21 may 2022-ci ildə DİN-nin müvafiq vəzifəli şəxsi onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 290.1.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilərək 200 (iki yüz) cərimə olunması barədə qərar qəbul etmişdir.Ona hər hansı qərar təqdim edilməyib, o bu cərimə barədə elektron sistem vasitəsi 21 may 2022-ci ildə məlumat almışdır.O, bildirmişdir ki, həm MN ******* saylı protokol, həm də ki qərar AR İXM-nin 115.1-ci maddəsinin tələblərinə riayət edilmədən qüsurlu tərtib edilmişdir. Barəsində tərtib edilmiş protokolda onun hansı əməli törətdiyinə görə cərimə olunması qeyd edilməmişdir. Hərəkətindəki xəta nədən ibarətdir və bu əməl harda və nə vaxt baş verib prokotolda göstərilməmişdir. Həmçinin, belə bir qərar əsaslandırılmış qərar hesab edilə bilməz. Onun məsuliyyətə cəlb edildiyi AR İXM-nın 290.1.4-cü maddəsində inzibati xəta kimi nəzərdə tutulan əməl aşağıdakılardan ibarətdir: Belə ki, İXM-nin 290.1-ci maddəsinə əsasən it, pişik və digər ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına, İXM-nin 290.1.4-cü maddəsinə əsasən itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Şikayətçi göstərmişdir ki, onun iti cur itdir (yəni cinsi olmayan), boyu 53 sm, çəkisi 25 kq-dır.Azərbaycan qanunvericiliyində ölçü göstəricilərinə görə iri itlərin təsnifatı verilməyib. Lakin, Beynəlxalq standartlara (Beynəlxalq Kinoloqlar Federasiyası tərəfindən təsdiq edilmiş) əsasən kiçik itlər - çəkisi 12 kq, boyu 28 sm-ə qədər olan itlərdir, orta ölçülü itlərçəkisi 12-15-dan 25-30 kq-a kimi, boyu 28-dən 60 sm-ə kimi olan itlərdir, iri itlər-çəkisi 25- 30 kqdan, boyu 60 sm-dən çox olan itlərdir. Şikayətçi göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli, 38 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Republikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydalarındaki” 2.5-ci bəndinə (“Heyvanların saxlanması şərtləri”) əsasən iri cins itlərin (senbcrnar, ovcarka, doq, boksvor, endelteryer, doberman-pinçer və s.) və digər heyvanların sahibləri mənzillərin, təşkilatların qapılarına it, yaxud vəhşi heyvan şəkilləri və "Təhlükəlidir" sözü yazılmış lövhələr vurmağa borcludurlar. Həmin qaydaların 3.1.1-ci bəndinə əsasən heyvan sahibi ev heyvanlarının saxlanması ilə bağlı insanların sağlamlığının qorunması məqsədi ilə itləri ancaq kiçik cilovda, iri cins itləri isə cilovda və buruntaqda olmaqla ümumi məhəllələrdə və yaxud küçələrdə gəzdirmək hüququna malikdirlər. Şikayətçi göstərmişdir ki, onun iti cins it deyil, belə itlər küçələrdə yüzlərlədir, belə itlərin buruntaqlı olmaması cəmiyyət üçün təhlükə yaratmır. İkincisi Azərbaycan qanunvericilik aktlarında itlərin ölçülərə görə təsnifatı verilməsə də, yuxarıda göstərdiyi qaydalar iri cins itlərin buruntaq taxmalı olduğunu qeyd edir və həmin sinifə aid olan itlərin cinslərini sadalayır.Onun iti isə sadalanan iri cins itlərin heç birinə aid deyil.Qaydalarda iri cins itlərin siyahısı tam deyildir, “və sairə” ifadəsi ilə uzadılır.O, hesab edir ki, hüquq norması qeyrimüəyyən olmamalı, vətəndaşın qeyri müəyyən normaya əməl etmək kimi vəzifəsi olmamalı və dövlət qeyri-müəyyən norma əsasında vətəndaşın hüquqlarına müdaxilə etməməlidir. Şikayətçi göstərmişdir ki, Normativ hüquqi X3 25.5-ci maddəsinə əsasən normativ hüquqi aktın mətnində istifadə edilən termin və anlayışlar aydın və birmənalı olmalıdır. Həmin Qanunun 54.1-ci maddəsinə görə normativ hüquqi aktın terminologiyası aydın anlaşılan sözlərdən və söz birləşmələrindən istifadə etməklə formalaşdırılmalıdır.AİHM dəfələrlə təsdiq edib ki, fərdin şəxsi həyatına və yazışmalarının toxunulmazlığına hörmət edilməsi hüququna dövlət orqanı tərəfindən edilən hər hansı müdaxilə qanunla nəzərdə tutulmuş olmalıdır.Bu ifadə təkcə daxili qanunvericiliyə riayət edilməsini tələb etmir, həm də qanunun keyfiyyətini nəzərdə tutur və sonuncunun qanunun aliliyi prinsipinə uyğun olmasını tələb edir (X5rşı, 49-cu bənd). Şikayətçi göstərmişdir ki, milli qanunvericilik aydın olmalı, öncəgörülənlik tələbinə cavab verməli və yetərincə əlçatan olmalıdır(Silver və başqaları Birləşmiş Krallığa qarşı, 87-ci bənd).Belə ki, qanunvericilik fərdlərin qanuna uyğun şəkildə hərəkət edib-etmədiklərini yetərincə dəqiq şəkildə öncədən görə bilmələrinə imkan verməli və dövlət hakimiyyəti orqanlarının diskresion səlahiyyətinin hüdudlarını dəqiq müəyyən etməlidir.“Azərbaycan Republikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydalarındaki” 2.5-ci bəndinə “və s.” ifadəsi genişləndirici şərh edilə bilməz.Burdan irəli gələrək şikayətçi qeyd etmişdir ki, o itini buruntaqla gəzdirməli deyildir.Belə olan təqdirdə onun barəsində İXM-nin 290-ı maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Şikayətçi göstərmişdir ki, İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bundan başqa, şikayətçi göstərmişdir ki, barəsində tərtib edilən inzibati tənbeh vermə haqqında protokol və qərar ona verilməmişdir.Halbuki protokol tərtib olunan vaxt, onun bir surəti ona verilməli idi.Həmçinin, o, hesab etmişdir ki, hadisə ilə bağlı lazımi qaydada araşdırma aparılmamışdır, qanunsuz olaraq barəsində inzibati tənbeh tətbiq edilmişdir. Şikayətçi yuxarıda göstərilənəlri nəzərə alaraq Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokol əsasında tərtib edilmiş 21 may 2022-ci il tarixli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X2 şikayət ərizəsində göstərilənləri müdafiə edərək Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokol əsasında qəbul edilmiş 21 may 2022-ci il tarixli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İnzibati orqan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirəsalınması haqqında vəsatət verməmişdir.Buna görə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən İdarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət rədd edilməlidir. Belə ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokola əsasən məlum olur ki, X7 Azərbaycan Respublikası İXMnin 290.1.4-cü maddəsinə əsasən 200 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.4-cü maddəsinə əsasən itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzürlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd edilməlidir.Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokoluna əsasən qəbul edilmiş qərar əsasında araşdırma zamanı X7 tərəfindən qanunun qeyd edilən tələblərinə tam əməl olunmadığı müəyyən olunmuş, Azərbaycan Respublikası İXM-nin 290.1.4-cü maddəsininin tələbləri pozulmuş, qəbul edilmiş qərar düzgün olmuşdur. Belə ki, şikayətçi öz şikayətində və məhkəmə iclası zamanı verdiyi izahatında da həqiqətən də itinə buruntaq taxmadığını etiraf etmişdir.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.4-cü maddəsinə əsasən itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. Həmçinin, şikayətçi həmin inzibati qərarın qanunsuz olması barədə heç bir tutarlı səbəb göstərməmiş, yalnız məsuliyyətdən yayınmaq üçün ona məxsus itə buruntaq taxılmalı olmadığını iddia etmiş və bunu itinin boyu ilə əlaqələndirmişdir.Lakin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının qanunvericiliyində bununla bağlı xüsusi qayda müəyyən edilməmişdir, həmçinin, şikayətə əlavə olunmuş itin şəkillərinə əsasən də aydın olur ki, həmin itin boyu və çəkisi kifayət qədər böyükdür və həmin itin buruntaqsız gəzdirilməsi ətrafdakı insanlar üçün (xüsusən də uşaqlar üçün) təhlükə törədir.Həmçinin, nəzərə alınmalıdır ki, qanunun bu tələbi digər vətəndaşların, xüsusilə uşaqların təhlükəsizliyi ilə bağlıdır. Belə ki, son zamanlar Bakı şəhərində itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız gəzdirilməsi nəticəsində digər vətəndaşların və xüsusən də uşaqların itlər tərəfindən hücuma məruz qalması və yaralanması halları artmışdır ki, bu da həmin sahədə qanunvericiliyin tələblərinə daha ciddi şəkildə riayət edilməsini zəruri edir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 290.1.4-cü maddəsinə əsasən itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. Buna görə də, məhkəmə hesab edir ki, X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokol əsasında qəbul edilmiş 21 may 2022-ci il tarixli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayət əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 128 və 130-cu maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı protokol əsasında qəbul edilmiş 21 may 2022-ci il tarixli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayət rədd edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar