Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1611/2023 26.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Rzayev Abbas Əhəd oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (şikayətçi) X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin № EQ11315982 saylı inzibati tənbeh vermə haqqında elektron qaydada qəbul olunmuş qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətini və iş materiallarını Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (şikayətçi) X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin № EQ11315982 saylı inzibati tənbeh vermə haqqında elektron qaydada qəbul olunmuş qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, inzibati xəta haqqında qərardan şikayət vermə müddəti keçdiyindən və şikayət vermək üçün prosessual müddətin bərpası barədə vəsatət şikayətə əlavə olunmadığından şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, şikayətin surətinə və şikayətə əlavə edilmiş №-li EQ11315982 elektron qaydada qəbul olunmuş qərara əsasən məlum olur ki, həmin qərar xx.xx.2022-ci il tarixdə qəbul olunmuşdur, şikayətçi X3 isə həmin qərardan 7 ay 15 gün sonra şikayət ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.Həmçinin, şikayətçi həmin qərarı rəsmi qaydada gec almasına dair sübutu (poçt sənədini və ya digər sənədi) şikayətinə əlavə etməmiş, həmçinin, inzibati xəta haqqında qərardan şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatəti şikayətinə əlavə etməmişdir.Belə olan halda hesab edirəm ki, şikayət vermək üçün prosessual müddət ötürülmüşdür və həmin şikayətə baxıla bilməz, buna görə də, şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 127- 6.1-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış fiziki şəxs və ya vəzifəli şəxs qərarla razılaşmadığı hallarda həmin qərar ona bu Məcəllənin 57-ci maddəsi ilə müəyyən olunmuş rəsmi qaydada verildiyi vaxtdan iyirmi gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər.Şikayət müvafiq icra hakimiyyəti orqanın (AR Prezidenti) müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (AR Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Ağentliyinin) «ASAN ödəniş» sistemi vasitəsilə və ya şəxsən verilə, yaxud poçt vasitəsilə göndərilə bilər. İXM-nin 57.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir.Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir.Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. İXM-nin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1; 127-6.1-ci və 130-137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (şikayətçi) X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin № EQ11315982 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsi geri qaytarılsın. Şikayətçiyə izah olunsun ki, qeyd olunan qusurları aradan qaldırdıqdan sonra ümumi qaydada müvafiq məhkəməyə müraciət edə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-1611/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1611/2023
26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver