Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1613/2023 10.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlu sədrliyi X2 iclas katibliyi ilə, xx.xx.1990-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə İXMnin) 327.2 və 327.8-ci maddələri ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası DİN-nin Binəqədi Rayon Polis İdarəsindən xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən məlum olur ki, Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozaraq xx.xx.2023-cü il tarixdə, təxminən saat 23:00 radələrində idarə etdiyi “Chevrolet Malibu” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin mərkəzindən üzü Xırdalan dairəsi istiqamətində “Ravon” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur.Toqquşma zamanı X3 və X4 yüngül zərər vurmaya aid bədən xəsarətləri almışdır. Zərərçəkmiş şəxslər X3, X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir.Buna görə də, İXM-nin 112.1.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb, sübutları məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs inzibati qaydada təqsirli hesab edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Binəqədi RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Fərid Şirinov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən məlum olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 327.2 və 327.8-ci maddələrinə əsasən inzibati tədbir görülməsi üçün Binəqədi RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Belə ki, həmin qərardan görünür ki, Şəxs məhkəməyədək icraat zamanı izahat verərək göstərmişdir ki, təxminən 15 gündür ki, lizinq müqaviləsi ilə aldığı "xxxx" MMC-ə məxsus, “Chevrolet-Malibu” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobili etibarnamə ilə adına olan «B C» kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. Avtomobili idarə etməyə başladığı vaxtdan etibarən texniki cəhətdən saz vəziyyətdə olmuş və hər hansı bir texniki nasazlığı olmamışdır. 14 yanvar 2023-cü il tarixdə saat 23:00 radələrində o və dostu Əliyev Məmmədhüseynlə birlikdə Bakı şəhəri Binəqədi qəsəbəsinin mərkəzindən çıxıb Xırdalan şəhərinə getmək üçün Xırdalan-Binəqədi yolu ilə hərəkət etməyə başlamışdır.Həmin vaxt avtomobildə Məmmədhüseyndən başqa sərnişin və ya yük olmamışdır, sonuncu qabaq sərnişin oturacağında əyləşmişdir.Hərəkətdə olduqları Xırdalan-Binəqədi yolunda nəqliyyat vasitələrinin hərəkəti iki istiqamətli idi.Təxminən 179 saylı orta məktəbə çatmamış qəfildən əks istiqamətli zolaqla hərəkət edən “Renault” markalı avtomobil ötmə əməliyyatı keçirtdiyindən hərəkətdə olduğu zolağa çıxmışdır, aralarında ki, məsəfə az olduğundan sükanı sağ tərəfə burmağına baxmayaraq toqquşmanın qarşısını ala bilmədiyi üçün idarə etdiyi avtomobilin qabaq sol hissəsi hərəkətdə olduğu zolağda “Renault- Megane” markalı avtomobilin sol hissəsi ilə toqquşmuşdur, zərbənin təsirindən təhlülkəsizlik yastıqları açılmışdır və o, baş, bel, ayaq, eləcədə bədəninin digər nahiyələrindən xəsarətlər aldığından özünü evə çatdıraraq orada ev şəraitində tibbi yardım almışdır, lakin hər hansı bir tibb məntəqəsinə müraciət etməmişdir. Sonradan ona məlum olmuş ki, “Renault-Megane” markalı avtomobildə olan sərnişin və sürücü xəsarətlər aldığından tibbi yardım üçün X7 Xəstəxanasına müraciət etmişlər.Hadisə anında hava yağmurlu, yol örtüyü isə asfalt-betondan idi. Toqquşma baş verməmişdən əvvəl “Renault-Megane” markalı avtomobili idarə etdiyi “Chevrolet-Malibu” markalı avtomobilə münasibətdə təxminən 5-10 metr məsəfədə qarşısında gördüyünü, 14 yanvar 2023-cü il tarixdə heç bir spirtli içki və ya digər vasitə qəbul etmədiyini, avtomobilini texniki pasport, sürücülük vəsiqəsi və etibarnamə ilə idarə etdiyini, baş, hər iki ayaq, bel və digər nahiyələrindən xəsarətlər aldığını, idarə etdiyi avtomobildə olan sərnişin Məmmədhüseyn Əliyevin baş vermiş hadisə zamanı heç bir xəsarət almadığını və tibb məntəqəsinə müraciət etmədiyini, avtomobilini təxminən 40-50 km/saat surətlə idarə etdiyini qeyd etmişdir. Belə ki, həmin qərardan görünür ki, X4 bildirmişdir ki, X3 onun qohumudur, sonuncu təxminən 2 ay bundan əvvəl aldığı “Renault-Megane” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı gümüşü metallik rəngli avtomobili idarə edir. 14 yanvar 2023-cü il tarixdə saat 23 radələrində Rövşənlə birlikdə ona məxsus avtomobillə Abşeron rayonu, Xırdalan şəhərindən çıxıb yaşadığları ünvan 2 ünvana gəlmək üçün Xırdalan-Binəqədi yolu ilə hərəkət etməyə başlamışlar. Həmin vaxt o qabaq sərnişin oturacağında əyləşmişdir, avtomobili isə Rövşən idarə edirdi, onlardan başqa avtomobildə sərnişin və ya yük olmamışdır. Hərəkətdə olduqları Xırdalan-Binəqədi yolunda nəqliyyat vasitələrinin hərəkəti iki istiqamətli idi. Təxminən 179 saylı orta məktəbi keçib və 100 metr məsafəni qət edəndən sonra qəfildən əks istiqamətli zolaqla hərəkət edən “Chevrolet-Malibu” markalı ağ rəngli avtomobilin hərəkətdə olduğları zolağa çıxıb üstlərinə gəldiyini görüb Rövşən sərəti azaltmağına baxmayaraq həmin avtomobil gəldiyi surətlə avtomobili qabağdan vurmuşdur. Zərbənin təsirindən o və Rövşən çoxsaylı bədən xəsarətləri aldıqlarından hadisə yerinə çağırılmış təcili tibbi yardım maşını onları X7 Xəstəxanasına çatdırmış və orada onlara lazımı tibbi yardım göstəriləndən Rövşən evə buraxılmış, o, isə bir gün əlavə xəstəxanada qalaraq növbəti gün evə yazılmışdır. Bundan əlavə qəza zamanı özünə məxsus “Samsung J5” markalı mobil telefonun ekranı çatladığından ona maddi ziyan dəymişdir.Hadisəni törətmiş “Chevrolet-Malibu” markalı avtomobilin sürücüsünün xəsarət alıb-almadığını və qəzadan sonra hara getdiyini görməmişdir. Hadisə anında hava yağmurlu, yol örtüyü isə asfalt-betondan idi. Hadisə zamanı sol qabırğalar, döş qəfəsi, qarın boşluğu, baş nahiyyəsi, sol əl və digər nahiyələrindən çoxsaylı xəsarətlər almışdır. Qərardan görünür ki, X3 bildirmişdir ki, təxminən 2 aydır ki, özünə məxsus X1 adına olan “Renault-Megane” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı gümüşü metallik rəngli avtomobili etibarnamə ilə adma olan «B C D» kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. Avtomobili idarə etməyə başladığım vaxtdan etibarən texniki cəhətdən saz vəziyyətdə olmuş və hər hansı bir texniki nasazlığı olmamışdır. 14 yanvar 2023-cü il tarixdə saat 23 radələrində qohumu X4 ilə birlikdə Xırdalan şəhərindən çıxıb yaşadıqları ünvan 2 ünvana gəlmək üçün Xırdalan-Binəqədi yolu ilə hərəkət etməyə başlamışlar. Həmin vaxt avtomobildə Namiqdən başqa sərnişin və ya yük olmamışdır, sonuncu qabaq sərnişin oturacağında əyləşmişdir. Hərəkətdə olduqları Xırdalan-Binəqədi yolunda nəqliyyat vasitələrinin hərəkəti iki istiqamətli idi. Təxminən 179 saylı orta məktəbi keçib təxminən 100 metr məsafəni qət edəndən sonra qəfildən “Chevrolet-Malibu” markalı ağ rəngli avtomobilin hərəkətdə olduğu zolağla üstünə gəldiyinə görüb sürətini azaltmağına baxmayaraq həmin avtomobil gəldiyi surətlə idarə etdiyi avtomobili qabaqdan vurmuşdur. Zərbənin təsirindən o və Namiq çoxsaylı bədən xəsarətləri aldıqlarından hadisə yerinə çağırılmış təcili tibbi yardım maşını onları X7 Xəstəxanasına çatdırmış və orada onlara lazımı tibbi yardım göstəriləndən sonra evə buraxılmışlar, Namiq isə bir gün əlavə xəstəxanada qalaraq növğəti gün evə buraxılmışdır. Hadisəni törətmiş “Chevrolet-Malibu” markalı avtomobilin sürücüsünün xəsarət alıb-almaması və qəzadan sonra hara getdiyini görməmişdir. Hadisə anında hava yağmurlu, yol örtüyü isə asfalt-betondan idi. Toqquşma baş verməmişdən əvvəl “Chevrolet-Malibu” markalı avtomobili idarə etdiyi “Renault- Megane” avtomobilə münasibətdə təxminən 20-30 metr məsəfədə qarşısında gördüyünü, hadisə baş verən günü 14 yanvar 2023-cü il tarixdə heç bir spirtli içki və ya digər vasitə qəbul etmədiyini, avtomobilini texniki pasport, sürücülük vəsiqəsi və etibarnamə ilə idarə etdiyini, hadisə zamanı döş qəfəsindən, sağ ayağından, burun nahiyəsindən və digər nahiyələrimdən xəsarətlər aldığını, avtomobilini təxminən 40 km/saat surətlə idarə etdiyini qeyd etmişdir. İş materiallarına əlavə olunmuş həmin qərardan görünür ki, məhkəmə-tibb ekspertizasının 01 fevral 2023-cü il tarixli 89 saylı ekspertiza rəyindən görünür ki, N.Y. Nağıyevin bədən səthində aşkar olunmuş xəsarətlər - sol təpə nahiyəsinin əzilmiş yarası və döş qəfəsinin sol yarısının ön səthinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün “X7” PHŞ-nə müraciət etdiyi xx.xx.2023-cü il saat 00:30-dan bir qədər əvvəl əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. N.Y. Nağıyevin bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə sərnişin olduğu minik avtomaşının digər minik avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdi. N.Y. Nağıyev tibbi yardım üçün “X7” PHŞ-nə müraciət edərkən ona qoyulmuş “Qapalı kəllə beyin travması” diaqnozu klinik nevroloji əlamətlər (beyin silkələnməsi, beyin əzilməsi və s.) təsvir olunmadığından qeyd olunan diqnozu sağlamlığa zərərvurma dərəcəsinin təyinində nəzərə almaq mümkün olmadı. İş materiallarına əlavə olunmuş həmin qərardan görünür ki, məhkəmə-tibb ekspertizasının 01 fevral 2023-cü il tarixli 90 saylı ekspertiza rəyindən görünür ki, R.C. Tağıyevin bədən səthində aşkar olunmuş xəsarətlər - sol diz oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağı nahiyyəsinin dərialtı hematoması, sol baldır nahiyyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün “X7” PHŞ-nə müraciət etdiyi xx.xx.2023-cü il saat 00:36-dan bir qədər əvvəl əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddir. R.C. Tağıyevin bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə idarə etdiyi minik avtomaşının digər avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdilər. Protokolu və ona əlavə edilmiş materialları araşdırılaraq hesab edirəm ki, Şəxs İXM-nin 327.2 və 327.8-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin İ bəndinə əsasən, yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindən biridir. Həmin Qanunun 51-ci maddəsinin İ bəndinə görə, ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaqdır. Azərbaycan Respublikası İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir.Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər.İXM-in 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Lakin, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi məhkəmənin səlahiyyətində deyildir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci madddəsinə görə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157 - 188, 190, 191.1, 195.1, 196, 197, 204 - 208, 221, 227, 227-1, 229, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 284.2, 286, 290.3, 296.2, 325.1, 326, 327.8, 332.4 - 332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2 - 339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 353.5, 361, 363, 368 - 379, 381 - 383, 387 - 388-1, 394-1, 398, 399, 401 - 404, 406 - 409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 441, 442, 443.1, 445-1, 448, 449, 450.1, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə), 464 - 466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479 - 481, 482.1, 496.2, 499.2, 502 - 504, 506 - 508, 510, 511, 513, 515 - 517, 517- 1, 520, 523, 525 - 535, 537.1, 538-1, 544.1, 547, 549, 551 - 554, 558 - 561, 562.1, 562.2, 563.2, 567 - 569, 571, 573, 574, 590 - 592, 592-1, 594 - 596, 598 (monitorinqdə iştirak edən digər şəxslərə münasibətdə), 599-602, 602-1.1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən məlumatların lisenziya verilmiş fəaliyyət növü üzrə müvafiq nəzarət orqanına verilməməsinə münasibətdə), 602- 1.4 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən tədbirlərin görülməməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Göründüyü kimi, təqdim olunmuş materialları təhlil edərək belə nəticəyə gəlmək olar ki, Şəxs xx.xx.2023-cü il tarixdə, təxminən saat 23.00 radələrində idarə etdiyi “Chevrolet Malibu” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla inzibati xəta törətmişdir. İş materiallarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hallar kimi təqsirini etiraf etməsini, onun səmimi peşmançılığını, il ərzində ilk dəfə inzibati xəta törətməsini nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsinin, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə onun məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 327.8-ci maddənin sanksiyasında nəzərdə tutulan, cərimə növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edirəm. Həmçinin, hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiallar həmin hissədə baxılması üçün səlahiyyəti üzrə Binəqədi rayon Polis İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib ona inzibati tənbeh olaraq 200 (iki yüz) manat məbləğində cərimə təyin edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiallar həmin hissədə baxılması üçün Binəqədi rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-1613/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1613/2023
10.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver