Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1623/2022 24.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5, X2 inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ Yol Patrul Xidməti baş inspektoru, polis mayoru X8 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ Yol Patrul Xidməti baş inspektoru, polis mayoru X8 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına və həmin protokolu, qərarı qəbul etmiş yol-patrul xidməti əməkdaşı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 596.1-ci maddəsi ilə məsuliyyət məsələsinin müzakirə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində 24 may 2022-ci il tarixdə, saat 16:00-da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Polis əməkdaşının “deməsinə” görə o yolun üfüqi nişanlanma xəttinin tələblərini pozaraq geri dönmüşdür. O, 24 may 2022-ci il tarixdə, saat 15:50-də yolda hərəkətdə olan zaman arxa tərəfdən onunla eyni istiqamətdə yol polisi avtomobilinin gəldiyini görüb avtomobilini yolun sağ tərəfinə çəkmiş, polisə yol vermişdir. Həmin avtomobili idarə edən polis əməkdaşı onun solundan keçərkən sürətini xeyli azaltdı, bir neçə saniyə avtomobilinə baxdı və oradan uzaqlaşdı. O bir qədər irəliləyərək yolun geri dönməyə icazə verən hissəsindən geriyə dönüb iş yerinin qarşısında avtomobilini dayandırmış, avtomobildən enmişdir. Təxminən 15-20 dəqiqə sonra həmin polis avtomobili ona yaxınlaşdı, içərisindən yol patrul xidməti əməkdaşı onu xidməti avtomobilinə dəvət edərək yolun üfüqi xəttinin tələblərini pozaraq geriyə döndüyünü bildirdi. O isə bunu etmədiyini, əgər varsa sübut xarakterli kamera görüntüsü və ya foto çəkiliş təqdim olunmasını tələb etmişdir. Çünki, o geriyə dönərkən həmin polis avtomobili ondan xeyli uzaqlaşmışdır və onu görməsi mümkün deyildi. Polis əməkdaşı ona heç bir sübut təqdim edə bilmədiyindən, “ona yol verdi ki dönəsən, niyə dönmədin?” sualını verdi, o isə ona “sizin yol verməyiniz onun qayda pozmağına əsas ola bilməz” cavabını vermişdir. Bu zaman onlar, yoxlamaq üçün sənədlərini tələb etdikdə, o etiraz etmədi, sənədləri təqdim etdi. Polis əməkdaşı xidməti avtomobilində sənədlərini qaytarmış, hər şeyin qaydasında olduğunu deyib ərazidən uzaqlaşmışdır. Qısa müddət sonra isə mobil telefonuna sms vasitəsi ilə haqqında şikayət verdiyi qərarın məlumatları gəlmişdir. Yəni, polis əməkdaşı sənədlərini yoxlamaq adı ilə ondan xəbərsiz barəsində protokol tərtib etmişdir. Beləliklə, yol-patrul xidməti əməkdaşı ona yaxınlaşaraq bir neçə dəqiqə əvvəl törətdiyini iddia etdiyi qanun pozuntusuna görə ondan sənədlərini tələb etmiş, o, onunla razılaşmayaraq, yolun geri dönməyə icazə verilən yerindən döndüyünü bildirmiş və əgər varsa, ondan sübut təqdim etməsini tələb etmiş və bildirmişdir ki, qayda pozuntusunu aşkar etdikləri, yəni gördükləri anda ona bu qayda pozuntusundan çəkindirməli və ya avtomobilini dayandıraraq müvafiq məsuliyyətə cəlb etməli idilər. Hazırda iddia etdikləri hadisədən bir neçə dəqiqə ötüb və onun avtomobili tam hərəkətsiz halda yoldan tam kənarda, məhlədə dayanıb, o avtomobildən kənarda olmuşdur. Əgər qayda pozuntusu texniki vasitə ilə qeydə alınmış olsaydı, protokolun və ya qərarın həmin gün bir neçə dəqiqə və ya saat sonra tərtib edilməsi başadüşülən olardı. Belə halda isə polis əməkdaşının hərəkəti qanunsuzdur. Polis əməkdaşı ona heç bir sübut təqdim edə bilməyib, qayda pozuntusu olmadan, stasionar postda olmadan ondan yoxlama məqsədi ilə sənədlər tələb olunmuşdur ki, bu da qanun pozuntusudur. O, polis əməkdaşının iddia etdiyi qanun pozuntusu ilə aşkar razı olmadığı halda, barəsində inzibati xəta haqqında protokol tərtib edilməli, həmin protokolda müvafiq qeydlər, onun izahatı və s. göstərilməli olduğu halda, ondan faktiki olaraq “gizli” birbaşa qərar qüvvəli protokol tərtib etməklə yol polisi əməkdaşı daha bir qanun pozuntusuna yol vermişdir ki, bu hal onun özünün də İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyətinə səbəb olan haldır. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında X4 şikayət ərizəsini müdafiə edib əlavə olaraq izahatında bildirmişdir ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən düzgün araşdırma aparılmamış və barəsində qərəzli qərar qəbul edilmişdir. Ona görə də, məhkəmədən qeyd olunanların nəzərə alınmasını və barəsində Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, həmin protokolu və qərarı qəbul etmiş yol-patrul xidməti əməkdaşı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 596.1-ci maddəsi ilə məsuliyyət məsələsinin müzakirə edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi Rayon DYPŞ Yol Patrul Xidməti baş inspektoru, polis mayoru X8 məhkəmə iclasında bildirmişdir ki, X4 barəsində İXP ******* saylı, xx.xx.2022-ci il tarixli protokol və onun əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. X2 şikayətində göstərdiyi dəlillər əsassızdır. X2 qayda pozuntusu etməsini avtomaşında quraşdırılmış kamerada qeydə alınmış videogörüntülər sübut edir. Belə ki, N.Məmmədov yolun icazə verilməyən hissəsində dönmək istəyərkən idarə etdikləri yol patrul xidməti avtomobilini saxlayaraq onu xəbərdarlıq etmişdir. Lakin onların xəbərdarlığına baxmayaraq N.X9 (HİBRİD) minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək geriyə dönmə qaydasını pozmuş, nəticədə N.Məmmədov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Ona görə də, N.Məmmədov barəsində 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq etmişdir. Məhkəmə şikayət vermiş şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş: xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 “TOYOTA PRİUS (HİBRİD)” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən 1.1,1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozmuşdur. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib, 60 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarına əlavə olunmuş vidoagörüntülərin əks olunduğu diskdə müəyyən olunur ki, X4 “TOYOTA PRİUS (HİBRİD)” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək geriyə dönmə qaydasını pozmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xətanın törədilməsi faktı videogörüntülərin əks olunduğu diskdə və protokol tərtib etmiş şəxsin izahatlarında öz təsdiqini tapır. X4 şikayətində göstərdiyi dəlillərini təsdiq edən sübutlar məhkəməyə təqdim edə bilmədi. Məhkəmə şikayət verən şəxs X3 istinad edilən inzibati xətaya münasibətdə hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ Yol Patrul Xidməti baş inspektoru, polis mayoru X8 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-1623/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1623/2022
24.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver