Məhkəmə qərarları › İş №3(001)-1628/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1628/2021

22.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1628/2021 22.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 329.1 və 333.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs barəsində Bakı şəhər Baş Polis İdarəsi X2 İdarəsi tərəfindən İXM-in 329.1 və 333.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş material daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs təhlükəsizlik kəməri bağlamadan nəqliyyat vasitəsini idarə etmiş, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə, inzibati xəta haqqında işlər üzrə X1 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında iştirak edən Şəxs məhkəməyə verdiyi izahatda bildirmişdir ki, sözügedən inzibati xətanı törətməmiş və bunu təsdiq etmək üçün hadisədən sonra yenidən müayinə etmişdir. Həmin müayinənin nəticəsi barədə 2/3287 saylı protokol tərtib edilmiş və orada ayıq olduğu qeyd olunmuşdur. xx.xx.2021-ci il tarixli protokol tərtib edilərkən içkili olmamış, axşam spitli içki qəbul etdiyi üçün protokolda qeyd olunan izahati vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2021-ci il tarixdə, saat 08:45də tərtib edilmiş sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokol və ona əlavə edilmiş qəbzdən görünür ki, Şəxs oğlu sərxoşluq vəziyyətinin müayinəsi məqsədi ilə xüsusi texniki vasitədən istifadə edilmiş və onun bədənində 0,416 promil miqdarında alkoqol aşkar edilmişdir. Həmçinin həmin inzibati xəta haqqında protokoldan müəyyən edilmişdir ki, Şəxs qeyd olunan protokolun izahat hissəsinə müayinə məqsədi ilə həkimə ehtiyacının olmadığını və spirtli içki qəbul etdiyini etiraf etməsinə dair qeyd əlavə etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu xx.xx.2021-ci il tarixdə işıq cihazlarından istifadə qaydalarını pozmuş və nəqliyyat vasitəsini sərxoş halda idarə etmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 329.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Lakin, inzibati xəta haqqında protokol tərtib olunandan sonra, 2/3287 saylı protokola əsasən xx.xx.2021-ci il tarixdə, saat 11:25-də Şəxs yenidən müayinədən keçmiş və nəticədə alkoqol qəbulu olmadığı, ayığ olduğu qeyd edilmişdir. Həmçinin qeyd edilməlidir ki, sərxoşluq vəziyyətinin müayinəsi məqsədi ilə xüsusi texniki vasitədən istifadə ertmək haqqında protokol qanunvericiliyin tələblərini pozaraq tərtib edilmiş, yəni hal şahidlərin iştiraki olmadan tərtib edilmişdir. Halbuki İXM-nin 69.2-ci maddəsində imperativ norma kimi nəzərdə tutulmuşdur ki, şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Qeyd olunanlara əsasən həmin protokol sübut kimi qəbul edilə bilməz. Məhkəmə, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır, lakin İXM-in 329.1-cü maddəsi ilə araşdırmanın aparılması Bakı şəhər BPİ X2 İdarəsinə həvalə olunmalıdır. Belə ki, Şəxs törətməsi ehtimal edilən İXM-in 329.1-cü maddəsi ilə olan xətaya münasibət bildirmək həmin məcəllənini 43-cü maddəsinin tələblərini nəzərə alaraq məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin maddə üzrə məhkəmə araşdırmasının aparılması qanunvericiliyin tələblərinə ziddir. Bununla yanaşı, iki və ya daha çox inzibati xəta törətmiş şəxs barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbehin tətbiq edilməsinə dair qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə İXM-in 329.1-cü maddəsi ilə araşdırmanın aparılmasını Bakı şəhər BPİ X2 İdarəsinə həvalə olunması qənaətinə gəlmişdir. Beləliklə, Şəxs oğlunun İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə öz təsdiqini tapmamışdır, ona görə də məhkəmə belə qənaətə gəlir ki, həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş əməlində inzibati xəta tərkibi olmadığı üçün barəsində Bakı şəhər Baş Polis İdarəsi X2 İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun Şəxs oğlu tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair hissəsi üzrə araşdırmanın aparılması Bakı şəhər Baş Polis İdarəsi X2 İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar