Məhkəmə qərarları › İş №3(001)-1628/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1628/2025

11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1628/2025 11.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, İnzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərar qəbul etmiş Binəqədi rayon prokurorunun böyük köməkçisi İİ dərəcəli hüquqşünas X6, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, "xxxx" QSC-nin səlahiyyətli nümayəndəsi X7, zərərçəkmiş şəxs X8 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 198.3-cü maddəsi ilə Bakı şəhəri Binəqədi Rayon Prokurorluğu tərəfindən başlanmış inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Prokurorluğu tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətində layihə rəhbəri vəzifəsində çalışmış Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qəbul edilmiş qərar əsasında toplanmış material daxil olmuşdur. Proses iştirakçılarının ifadələri:

2. Məhkəmə iclasında Binəqədi rayon prokurorunun böyük köməkçisi İİ dərəcəli hüquqşünas, X12 bildirmişdir ki, Şəxs "xxxx" QSC-də layihə rəhbəri vəzifəsində işləyərkən əmək müqaviləsinin 4.13-cü bəndinə görə, özünün və iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməli olduğu halda, 17 oktyabr 2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən X5 daxilində məktəb binasının tikintisi zamanı qaldırıcı kranla tikinti materiallarının yüklənib-boşaldılması işlərinin aparıldığı daimi təhlükə faktoru olan sahəyə kənar şəxslərin daxil olmasının qarşısının alınması üçün həmin sahənin ətrafının mühafizə çəpəri ilə hasarlanmasını təmin etmədiyinə və kranla qaldırılmış yükün əl ilə dartılmasına (nizamlanmasına) yol verdiyinə görə X3 və sol əlinin yükqaldırıcı kranın trosu (kəməri) ilə trosa bağlanmış dəmir səbət arasında qalaraq az ağır xəsarət almışdır. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O, eyni zamanda bildirmişdir ki, qeyd olunanlar X8, Şəxs, X9, X4, X10 izahatları, məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 26 saylı rəyi və məhkəmə texniki təhlükəsizlik ekspertizasının 24 fevral 2025-ci il tarixli, 10/816 nömrəli rəyi ilə təstiq edilir. Sonda Binəqədi rayon prokurorunun böyük köməkçisi İİ dərəcəli hüquqşünas, X12 qeyd edilənləri nəzərə alaraq "xxxx" QSC-nin törətdiyi inzibati xətaya görə Şəxs cərimələnməsini xahiş etmişdir.

3. Məhkəmə iclas zalında iştirak edən X13 ifadəsində bildirmişdir ki, o, bənna yanında fəhlə kimi işləyir, günə 35 manat olmaqla aylıq 600-700 manat pul qazanmışdır, onun işi kranla əlaqədar olmamışdır. Sonuncu qeyd etmişdir ki, o, əmək müqaviləsi ilə işləyib, hər gün təhlükəsizlik qaydaları ilə bağlı sənədləri imzalayıb, başına kaska taxıb, əlinə əlcək geyib işləyib, əmək haqqını həmişə ona vaxtında ödəyiblər, buna görə də heç vaxt işlədiyi yerdən narazı olmamışdır. O, bildirmişdir ki, Şəxs iki fəhləsi olmuşdur. Lakin onlar başqa yerdə olduqlarına görə kranla qaldırılmış yükü əl ilə qaldırmaq zərurəti yarandığından Şəxs onu köməyə çağırmışdır. Bu zaman sonuncu krana qoşulmuş dəmir səbəti qumun yerə tökülməsini təmin etmək üçün iki tərəfdən qarmaqdan çıxarmış, digər iki tərəfin dəmir zənciri isə qarmaqdan çıxarıb mərkəzi hissədə yerləşən qarmağa keçirən zaman Şəxs krana əli ilə qaldır göstərişi vermiş, həmin vaxt o, zənciri səbətin orta halqasına keçirmək üzrə olduğundan kran dəmir səbəti qaldırarkən hər iki əli zəncirlə halqanın arasında ilişib qalmışdır. Zərərçəkmiş bildirmişdir ki, bu hadisədən sonra onun sağ əli şişmiş, daha sonra ürəyi gedərək yerə yıxılmışdır. Bundan sonra Şəxs ona “səni həkimə aparacam demiş”, bundan sonra zərəçəkmiş Suraxanının Əmircan qəsəbəsinə getmiş, orada yaşlı qadın (sınıqçı) sonuncunun çıxmış barmaqlarını düzətmişdir. Sonuncu evə gedəndən sonra əlində şiddətli ağrılar başlamış, daha sonra o, həkimə getmiş həkim onun əlinə gips qoymuşdur. İş yerində baş vermiş hadisədən sonra zərərçəkmişi rentgenə aparmamışlar. O, hazırda keçmiş iş yerindən gündəlik 8 manat 20 qəpik olmaqla aylıq 200-250 manat məbləğində ödəniş aldığını bildirmişdir. Zərərçəkmiş hazırda fəhlə bazarında işlədiyini, əlinin vəziyyəti ilə əlaqədar olaraq ona iş verilmədiyini, arvadının aylıq olaraq 250 manat əmək haqqı aldığını bildirərək, əlinin vəziyyəti ilə bağlı əlilliyinin yarandığını, eyni zamanda Əmək Müfəttişliyininə də müraciət etdiyini qeyd etmişdir. Sonuncu onu da bildrimişdir ki, Şəxs əlinin müalicə xərclərini ödəmisini istəsə də, o bununla razılaşmamışdır. Çıxışının sonunda zərərçəkmiş baş vermiş hadisə ilə əlaqədar olaraq ona 1500 manat zərərin dəydiyini və bu məbləğin Şəxs tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə zalında iştirak edən Şəxs bildirmişdir ki, kranı açmaq və bağlamaq işi ilə X17 məşğul olmuşdur. O, qeyd edir ki, həmin vaxt kranla qaldırılmış yükün əl ilə dartılması işini Fətəliyev Natiqə özü tapşırmışdır. Hadisə baş verdikdən sonra onu sınıqçıya aparmış, bu zaman müəyyən edilmişdir ki, onun baramaqları çıxmışdır. Lakin, sonradan Fətəliyev Natiq ona qolunun sındığını və hal-hazırda gipsdə olduğunu bildirmiş, əlini isə gipsdən 21 gündən sonra açmalı olduğu halda 41 gün sonra açmışdır. Bu həkimin günahıdır. Çünki gipsdə qalmaqdan onun əzələləri zədələnmişdir. Şəxs zərərçəkmişin ondan 2500 manat pul istədiyini, bunun qarşılığında şikayətini geri götürəcəyini bildirmişdir. O, razı olmadıqda isə, zərərçəkən ondan hər yerə şikayət etmişdir. Halhazırda Fətəliyev Natiqi işdən çıxarmadıqlarını və xəstəliyə görə ona ödəniş edildiyini bildirən, Şəxs zərərçəkmişin əlinin son vəziyyəti ilə əlaqədar məsuliyyətin ona yox, həkimə aid olduğunu bildirmiş və məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən "xxxx" QSC-nin səlahiyyətli nümayəndəsi X14 bildirmişdir ki, 2024-cü ilin noyabr-dekabr aylarında Suraxanıda yerləşən 42 saylı Poliklinika ilə əlaqə saxlayaraq, Fətəliyev Natiqin əlinin nə üçün bu qədər uzun müddət gipsdə qaldığını soruşmuş, cavab olaraq əlinin gec sağaldığını, lazım olarsa gips açıldıqdan sonra yenidən gipsə salınacağını ona bildirmişlər. Məhkəmənin krana nəzarət edən səlahiyyətli şəxsin kim olduğu sualına cavab olaraq bildirmişdir ki, bu fövqəladədə xüsusi təlim keçən şəxslər olmalıdır. Belə işçilər olsa da sonradan onlar işləməkdən imtina etmişlər. Ona görə də hal-hazırda belə məsul, xüsusi təlim keçmiş işçilərinin olmadığını bildirərək məhkəmədən Şəxs barəsində yüngül tənbeh verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş:

6. Bakı şəhəri Binəqədi Rayon Prokurorluğu tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, vəzifəli şəxs Şəxs barəsində İXM-in 198.3-cü maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmışdır.

7. xx.xx.2019-cu il tarixli Layihə rəhbərinin vəzifə təlimatından görünür ki, Şəxs işçinin vəzifə öhdəlikləri və texniki bacarıqları ilə əlaqəli vəzifə təlimatı ilə tanış olub onu öz imzası ilə təstiqləmişdir.

8. xx.xx.2019-cu il tarixli Əmək müqaviləsindən görünür ki, "xxxx" QSC-nin direktoru X15 ilə X13 arasında əmək müqaviləsi bağlanmışdır.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11” PHŞ-nın xx.xx.2025-ci il tarixli, № 26 ekspert rəyindən görünür ki Azərbaycan vətəndaşı N.N.Fətəliyevin bədən səthində aşkar olunmuş xəsarətlər- sol saidin sıxılmış sindromundan sonrakı vəziyyəti, sol dirsək sümüyünün və sol əlin İV daraq sümüklərinin sınıqları, sol median və radial sinirlərin aksonal neyropatiyası, sol dirsək oynağının bükücü kontrakturası (100-dərəcə) , sol saidin hərəkətlərinin pozulması, sol mil- bilək və İ, İİ, İİİ, İV, V barmaqlarında bükücü və açıcı hərkətlərin mötədil məhdudlaşması və ağır hərəkətlilik ilə müşaiyət olunmuş sol əlin əzələ və bağlarının gərilməsi və cırılması bərk küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixində yükqaldırıcı kranın trosu (kəməri) ilə trosa bağlanmış dəmir qabın (içərisinə qum doldurulmuş vəziyyətdə olan) arasında qalması nəticəsində əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla (25%) əhəmiyyətli dərəcədə dayanıqlı (daimi) itirilməsinə səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər.

10. xx.xx.2025-ci il tarixli, 10/816 nömrəli ekspert rəyindəki tədqiqatın nəticəsindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar İİİ-4-80 “Tikinti təhlükəsizlik texnikası” Tikinti Norma qaydalarının 2.1, 2.5 bəndlərinin və “yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları”-nın 9.5.18, 9.5.19 bəndlərinin tələbləri pozulmuşdur. Normativ aktların tələblərinin pozulması ilə X8 xəsarət arasında səbəbli əlaqənin olub-olmamasının müəyyən edilməsi hüquqi xarakterli olmaqla ekspertin səlahiyyət dairəsinə aid deyil. Məktəb binasının tikintisi zamanı qaldırıcı kranla tikinti materialları yüklənib-daşınması işlərinin aparıldığı daimi təhlükə faktoru olan sahəyə kənar şəxslərin daxil olmasının qarşısının alınması üçün həmin sahənin ətrafının mühafizə çəpəri ilə hasarlanması edilmədiyindən və həmin sahəyə daxil olan fəhlə X1 yüklənmiş yükü əli ilə dartmasına (nizamlanmasına) yol verdiyinə görə İİİ-4-80 “Tikintidə Təhlükəsizlik Texnikası” Tikinti norma və qaydalarının 2.1, 2.5 bəndlərinin və “yükqaldırıcıların quruluşu və təhlükəsizlik istismarı qaydaları”-nın 9.5.18, 9.5.19 bəndlərinin tələbləri işlərinə rəhbərlik etmiş sahə rəisi Şəxs tərəfindən pozulmuşdur.

11. 42 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş № ******* əmək fəaliyyətinin olmaması ilə əlaqədar sənəddən görünür ki, X13 xx.xx.2024-cü il tarixindən səhhətilə əlaqədar olaraq işdən azad edilməlidir.

12. xx.xx.2024-cü il tarixli rentgenin nəticəsindən görünür ki, X8 İİ daraq sümüyünün əsasında yerdəyişməyən, bitişmə mərhələsində sınıq qeyd edir. Digər sümüklərin tamlığı qorunub. Gips sarğısı müayinəni məhdudlaşdırıb. Məhkəmənin əsaslandırması və mövqeyi

13. Məhkəmə, proses iştirakçılarını dinləyib iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki Şəxs tərəfindən İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol, ona əlavə edilmiş digər sübutlarla, eləcə də məhkəmə iclasında tərəflərin verdikləri ifadələr və məhkəmə tərəfindən toplanmış sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin Məcəllənin 198.3-cü maddəsi ilə tövsif edilmişdir.

14. Belə ki, məhkəmə iclas zalında proses iştirakçılarının verdikləri ifadədən müəyyən edilmişdir ki, X13 əmək fəaliyyəti zamanı texniki-təhlükəsizlik qaydaları ilə tanış olub, bu qaydalara riayət etsə də hadisə baş verən gün Şəxs tərəfindən kranla yüklənmiş yükü əli ilə dartması üçün tapşırıq almış və nəticədə də Fətəliyev Natiqin sağlamlığına az ağır zərər vurulmuşdur. Bununla da Şəxs tərəfindən baş vermiş hadisə ilə əlaqədar İİİ-4- 80 “Tikinti təhlükəsizlik texnikası” Tikinti Norma qaydalarının 2.1, 2.5 bəndlərinin və “yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları”-nın 9.5.18, 9.5.19 bəndlərinin tələbləri pozulmuşdur. Belə ki, qaldırıcı kranla tikinti materialları yüklənibdaşınması işlərinin aparıldığı daimi təhlükə faktoru olan sahəyə kənar şəxslərin daxil olmasının qarşısının alınması üçün həmin sahənin ətrafı mühafizə çəpəri ilə hasarlanmalı idi. Qeyd edilən təhlükəsizlik tədbirləri görülmədiyindən isə həmin sahəyə daxil olan fəhlə X2 İlqarın tapşırığı ilə kranla yüklənmiş yükü əli ilə dartmış, bununla da “Tikintidə Təhlükəsizlik Texnikası” Tikinti norma və qaydalarının 2.1, 2.5 bəndlərinin və “yükqaldırıcıların quruluşu və təhlükəsizlik istismarı qaydaları”-nın 9.5.18, 9.5.19 bəndlərinin tələbləri pozulmuşdur. xx.xx.2025-ci il tarixli, 10/816 nömrəli ekspert rəyində də göstərilmişdir ki, təhlükəsizlik qaydaları bu işlərə rəhbərlik etmiş sahə rəisi Şəxs tərəfindən pozulmuşdur.

15. Məhkəmə iclasında toplanmış sübutlardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Prokurorluğu işin düzgün həlli üçün, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, xüsusilə şikayət verən şəxsin, Şəxs və tikintidə çalışan digər şəxslərin ifadələrini almış, toplanmış digər sübutları araşdırmış, aparılan araşdırma nəticəsində Şəxs təqsirinin yaranıb-yaranmaması dəqiqləşdirmişdir. Şəxs təqsirliliyini sübuta yetirən kifayət qədər dəlillər toplamaqla Bakı şəhəri Binəqədi Rayon Prokurorluğu tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmuşdur.

16. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

17. İXM-in 198.3-cü maddəsinə əsasən Bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

18. Qanunvericiliyin tələblərinə müvafiq olaraq qeyd edilməlidir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.

19. Qeyd olunanlara əsasən məhkəmə, Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu məhz Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir.

20. Qeyd edilməlidir ki, Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir.

21. Məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir.

22. Həmçinin məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur.

23. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

24. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik törətmiş) şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.

25. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır.

26. İXM-in 18.1-ci maddəsinə əsasən vəzifəli şəxslər, o cümlədən xarici vəzifəli şəxslər və xarici vəzifəli şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.

27. İXM-in 18.5-ci maddəsinə əsasən vəzifəli şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir.

28. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

29. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir.

30. İXM-in 31.3-cü maddəsinə əsasən, vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində vəzifəli şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, vəzifəli şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.

31. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.

32. İXM-in 99.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması əsaslarından biri də inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərarın qəbul edilməsidir.

33. İXM-in 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarınd gösətirlir ki, inzibati xəta haqqında iş üzrə icraatın yekununda məhkəmə tərəfindən şəxsin hüquq və azadlıqlarını məhdudlaşdıra biləcək qərar qəbul oluna bilər. Həmin qərarda hakim tərəfindən şəxsin hansı inzibati xəta törətməsi müəyyən edilməli, müvafiq inzibati tənbeh tədbiri (inzibati cəza) seçilərək, bunun hüquqi nəticələri öz əksini tapmalıdır.

34. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, vəzifəli şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXMin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir.

35. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-50, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar