Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1633/2025 03.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin böyük məsləhətçisi X8, barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş “X14 İdarəetmə Birliyi” X23 “Respublika Təcili və X6 Mərkəzi” X21nin nümayəndələri X5 və X2 iştirakları ilə, X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin 03 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsasında toplanmış materiala məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin 03 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət baxılması üçün məhkəməyə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X13 Xidmətinin vəzifəli şəxsi İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərar qəbul edilmişdir. Müvafiq qərarda inzibati tənbeh verilməsinin əsası qismində X7 əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xitam verilməsinə baxmayaraq, son haqq-hesab ödənilməməsi göstərilmişdir. Aşağıda qeyd olunanlar müvafiq qərarın qanunsuz və əsassız olmasını, inzibati xəta tərkibinin əslində mövcud olmamasını sübut edir və bu da, barəsində aparılan inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini zəruri edir:
1. X15 onlardan deyil, son haqq-hesabın ödənilməməsi barədə Ağcabədi rayon Mərkəzi Xəstəxanasından işdən çıxan zaman xx.xx.2024-cü il tarixində Əmək Müfəttişliyinə şikayət etmişdir;
2. X15 xx.xx.2025-ci il tarixli ərizəsi ilə onlara müraciət etmiş və bildirmişdir ki, o, X4 rayon Mərkəzi Xəstəxanasının hərəkətlərindən şikayət etmişdir;
3. X15 öz ərizəsi ilə eyni zamanda bildirmişdir ki, ona son haqq- hesab ödənilmişdir və onun hər hansı narazılığı yoxdur, odur ki, onun şikayəti əsasında qəbul edilmiş protokolun ləğv edilməsini istəmişdir;
4. Hətta şikayət onlardan olsa idi belə, İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı 10 fevral 2025-ci ildə qəbul edilmişdir. Odur ki, 2025-ci ilin yanvar ayında hər hansı ödəniş edilməsi imkan xaricində olmuşdur. Barəsində inzibati tənbeh vermə haqqında qərar poçt vasitəsilə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş “X14 İdarəetmə Birliyi” X23 “Respublika Təcili və X6 Mərkəzi” X21nin nümayəndələri X5 və X9 hər biri ayrı-ayrılıqda şikayətin məzmununa uyğun çıxış edərək barəsində qəbul edilmiş 03 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin böyük məsləhətçisi X16 inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun çıxış edərək, qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanuni və əsalı olduğunu, verilmiş şikayətin dəlillərinin əsasız olduğunu, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki: 03 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X10 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə barəsində 1200(min iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. xx.xx.2024-cü il tarixli şikayət məktubundan görünür ki, vətəndaş X1 RXM-dan işdən çıxan zaman “Raşot pulu”nun düzgün aparılmaması barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyi Xidmətinə şikayət etmişdir. “Respublika Təcili və X6 Mərkəzi” PHŞ-nin 04 dekabr 2024-cü il tarixli əmrindən görünür ki, X1 Təcili və X6 Stansiyasına “Təcili və X6 üzrə həkim” vəzifəsi üzrə 1 il müddətinə işə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, vətəndaş X15 “Respublika Təcili və X6 Mərkəzi” PHŞ-nin direktoruna Ağcabədi RMX tərəfindən son haqq-hesabın ödənilməsi və Respublika Təcili və X6 Mərkəzində işlədiyi dövrdə heç bir narazılığının olmaması barədə məlum vermişdir. “İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2025-ci il tarixli Fərmanından görünür ki, “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X21n tabeliyindəki tibb müəssisələri də daxil olmaqla, bir sıra müəssisələrin icbari tibbi sığorta fondunun 2025-ci il büdcəsnin xərcləri təsdiq edilmişdir. Fərmanın 2025-ci ilin yanvarın 1-dən tətbiq olunduğu qeyd olunmuşdur. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan verilmiş olan şikayəti iş materiallarına əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdıraraq verilmiş şikayətin təmin edilməsi, şikayətçi barəsində qəbul edilmiş 03 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarından görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 03 mart 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş X7 şikayəti əsasında “Respublika Təcili və X6 Mərkəzi” PHŞ-nin vəzifəli şəxsi qismində X10 1200(min iki yüz) manat məbləğində cərimə edilmişdir. Lakin, vətəndaş X15 tərəfindən xx.xx.2024-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyi Xidmətinə ünvanlanmış şikayət ərizəsindən görünür ki, o, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından işdən çıxan zaman son haqq-hesabın düzgün aparılmaması barədə şikayət etmişdir. Bundan başqa, vətəndaş X15 “Respublika Təcili və X6 Mərkəzi” PHŞ-yə xx.xx.2024-cü il tarixli əmrlə işə qəbul edilmişdir. Rasim Çodarov “Respublika Təcili və X6 Mərkəzi” PHŞ-nin direktoruna ünvanladığı məktubunda da, “Respublika Təcili və X6 Mərkəzi” PHŞ-də işlədiyi dövrdə heç bir narazılığının olmadığını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyi Xidmətinə ünvanladığı şikayətin Ağcabədi Rayon Mərkəzi Xəstəxanası ilə bağlı olduğunu və şikayətin etməsinə əsas olan halın aradan qaldırılaraq, son haqq-hesabın ona ödənildiyini bildirmişdir. Göründüyü kimi, vətəndaş X11 münasibətdə onun yeni iş yeri “Respublika Təcili və X6 Mərkəzi” X21 tərəfindən İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2025-ci il tarixli Fərmanından göründüyü kimi, Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X21n tabeliyindəki tibb müəssisələri də daxil olmaqla, bir sıra müəssisələrin icbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin xərcləri təsdiq edilmiş və fərman 2025-ci ilin yanvarın 1dən tətbiq olunmuşdur. Odur ki, 2025-ci ilin yanvar ayında “Respublika Təcili və X6 Mərkəzi” X21 tərəfindən hər hansı ödəniş edilməsi imkan xaricində olmuşdur. Beləliklə, inzibati orqan tərəfindən sözügedən inzibati xətanın vəzifəli şəxs törədilməsi və həmin şəxsin əməlində inzibati xətanın tərkibinin olması müəyyən edilmədən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmçinin, qanunvericiliyin tələbindən aşkardır ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, hətta onun təqsirli olması barəsində olan şübhələr də onun xeyrinə həll olunmalıdır. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməli, X3 barəsində qəbul edilmiş 03 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 38, 43, 53-cü maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: Şikayət təmin edilsin. X3 barəsində qəbul edilmiş 03 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aynurə Sadıqova