Məhkəmə qərarları › İş №3(001)-1634/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1634/2020

07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1634/2020 07.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlu sədrliyi X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Qəbələ rayon Nic qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, Qəbələ rayon Nic qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə İXMnin) 327.8-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nin baş inspektoru Fuad Məmmədov tərəfindən xx.xx.2020-ci il tarixli AP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir.Həmin protokola əsasən müəyyən edilir ki, Qəbələ rayon Nic qəsəbəsində qeydiyyatda olan Şəxs xx.xx.2020-ci il tarixdə təxminən saat 08:15 radələrində idarə etdiyi “Vaz 2109” markalı **-BG-*** dövlət nömrə nişanlı avtomaşınla Sumqayıt şossesində hərəkətdə olduğu zaman qarşıda hərəkətdə olan yük maşını əyləcdən istifadə etdiyi üçün idarə etməni sağa yönəltdiyi zaman qarşısındakı mopedə dəymiş, mopedin sürücüsü yerə yıxılmışdır. Mopedin sürücüsü X4 xəsarət almışdır. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etdiyini, səmimi peşmançılığını, zərərçəkmiş şəxsin şikayətçi olmadığını nəzərə alaraq ona inzibati qaydada yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs X4 bildirdi ki, Sumqayıt şossesində baş vermiş yol nəqliyyat hadisə ilə bağlı aldığı xəsarətlə əlaqədar sürücü Şəxs heç bir şikayəti yoxdur, gələcəkdə də olmayacaq.Hazırda Mopedi qaytarılmışdır.Bu barədə yazılı ərizəsini məhkəməyə təqdim edir. Binəqədi rayon prokurorluğu və Azərbaycan Respublikası DİN-nin Binəqədi Rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Binəqədi rayon prokurorluğunun nümayəndəsi və Azərbaycan Respublikası DİN-nin Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmişlər, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. İş materiallarına əlavə olunmuş Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı Rövşən Məmmədovun xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən məlum olur ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 08:15 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar araşdırma aparılaraq toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin müvafiq maddəsinə əsasən inzibati tədbir görülməsi qərara alınmışdır. Protokola və ona əlavə edilmiş materialları araşdırılaraq Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Şəxs izahat verərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 08:15 radələrində idarə etdiyi “Vaz 2109” markalı **-BG- *** dövlət nömrə nişanlı avtomaşınla Sumqayıt şossesində hərəkətdə olduğu zaman qarşıda hərəkətdə olan yük maşını əyləcdən istifadə etdiyi üçün idarə etməni sağa yönəltdiyi zaman qarşısındakı mopedə dəymiş, mopedin sürücüsü yerə yıxılmışdır. Mopedin sürücüsü X4 xəsarət almışdır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin İ bəndinə əsasən, yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindən biridir. Həmin Qanunun 51-ci maddəsinin İ bəndinə görə, ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaqdır. Göründüyü kimi, təqdim olunmuş materialları təhlil edərək belə nəticəyə gəlmək olar ki, Şəxs xx.xx.2020-ci il tarixdə təxminən saat 08:15 radələrində idarə etdiyi “Vaz 2109” markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomaşınla Sumqayıt şossesində hərəkətdə olduğu zaman qarşıda hərəkətdə olan yük maşını əyləcdən istifadə etdiyi üçün idarə etməni sağa yönəltdiyi zaman qarşısındakı mopedə dəymiş, mopedin sürücüsü yerə yıxılmışdır.Mopedin sürücüsü X1 qısa müddət pozulmasına səbəb olan yüngül zərər vurma ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, yüngülləşdirici hallar kimi təqsirini etiraf etməsini, səmimi peşmançılığını,zərər çəkmiş şəxsin şikayəti olmadığını, habelə onun məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar