Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1634/2022 01.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Rzayev Abbas Əhəd oğlu Azərbaycan Respublikasının Prokurorluğu Bərdə Rayon Prokurorluğu tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş iş materiallarını nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikasının Prokurorluğu Bərdə Rayon Prokurorluğu Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə 01 iyun 2022ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə əsasən məlum olur ki, inzibati iş materialları ərazi aidiyyatı üzrə düzgün göndərilməmişdir. Belə ki, iş materiallarına əsasən məlum olur ki, Şəxs MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, ünvan 1MC-nin Bakı şəhəri, Binəqədi rayonu ərazisində fəaliyyət göstərməsinə dair hər hansı rəsmi sənəd iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır.Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Hesab edirəm ki, inzibati iş materialları ərazi aidiyyatı üzrə düzgün verilmədiyindən İXMnin 110.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Prokurorluğu Bərdə Rayon Prokurorluğu tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1 və 130-137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Azərbaycan Respublikasının Prokurorluğu Bərdə Rayon Prokurorluğu tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İnzibati orqana izah edilsin ki, o, ərazi aidiyyatı üzrə müvafiq məhkəməyə müraciət edə bilər. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-1634/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1634/2022
01.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver