Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1639/2021 08.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs, onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1, zərərçəkmiş şəxs (tələbkar) X6 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X4 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin icra vərəqəsinə əsasən Şəxs xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 4000 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 4030 manat X6 xeyrinə ödənilməsi qeyd edilmişdir. Şəxs xx.xx.2020-ci il tarixli 2(001)-1138/2020 saylı icra vərəqəsi üzrə borcunu hazırkı günə cəmi 30 manat məbləğini ödəmişdir, qalan hissədə isə icra etməmişdir. İcra vərəqəsinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq Şəxs icra qeydinin icrasından yayınmışdır. Ona görə də, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, X5 4000 manat borc almışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1138/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 4030 manat ödəniş etməlidir. Hal-hazırda maddi vəziyyəti zəifdir və ödəməyə imkanı yoxdur. Tələbkara 900 manat başqa borcdan şəxsən qaytarmış, indiki icra sənədi ilə olan borcdan 30-50 manat poçt vasitəsi ilə A.Mollayevin ünvanına göndərmişdir. Borcu ödəməkdən yayınmır və məhkəmə iclas zalında 300 manat vəsaiti ödəməyə hazırdır. Ona görə də, məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 bildirimişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ödənişlərdən qəsdən yayınmaq niyyətində deyil, məhkəmə iclasında 300 manat ödəniş etməyə niyyəti olduğu bunu sübut edir. Ona görə də, məhkəmədən Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahat verərək bildirmişdir ki, noyabr ayında özü şəxsən Şəxs Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə apararaq icranın tələb olunmasını istəmişdir. İcra Məmuru Şəxs iltizam olaraq borcun yarısını, yəni 2000 manatı dekabırın 2-nə qədər ödəyəcəyini söz versə də ödəməmişdir. O, icra məmuru ilə əlaqə saxlayaraq borcun ödənilmədiyini bildirmiş və icra məmuru bununla bağlı heç bir tədbir görməmişdir. İcra məmuru aradan keçən 12 ay müddətində icra üçün heç bir iş görməmişdir və ona 30 manat məbləğindən başqa heç bir vəsait ödənilməmişdir. Şəxs ona ödədiyi 900 manat başqa borcdur və bu işlə heç bir əlaqəsi yoxdur. Hal-hazırda ona təklif olunan 300 manat ödənişindən imtina etmiş və borcun tam ödənilməsini tələb etmişdir. Ona görə də, məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1138/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs oğlundan xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 4000 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 4030 manat X6 xeyrinə tutulması qeyd edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, borclu Şəxs barəsində iş üzrə icraata başlanmışdır. xx.xx.2021-ci il tarixli borclunun əmlakın üzərinə həbs qoyulması və axtarılması haqqında qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1138/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı olaraq icra sənədi üzrə borclu Şəxs mülkiyyətində olan “Hyundai İX-35” minik markalı **-SG-*** dövlət qeydiyyat nişanlı və “Chevrolet Aveo” minik markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuş və barəsində axtarış elan edilmişdir. xx.xx.2021-ci il tarixli borclunun məcburi gətirilməsi haqqında qərardan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs məcburi qaydada Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin inzibati binasına gətirilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs borcunu 10 (on) gün müddətində könüllü ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməməyə görə tətbiq ediləcək məcburi icra və məsuliyyət tədbirləri haqqında xəbərdarlıq olunmuşdur. xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1138/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsini icra etmədiyinə görə barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş icra işindən görünür ki, Şəxs foto-müxbir vəzifəsində çalışaraq 250 manat maaş alır. Məhkəmə iclasında təqdim olunmuş qəbzdən görünür ki, Şəxs A.Y.Mollayevə 30 manat ödəniş etmişdir. Məhkəmə icra məmurunun, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını və müdafiəçinin çıxışını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol düzgün olaraq tərtib edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsa haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmasına, icra məmuru tərəfindən xəbərdarlıq olunmasına baxmayaraq Şəxs 4030 manat məbləğdən yalnız 30 manat ödəniş etməsini, icra məmurunun çağırışlarına gəlməkdən boyun qaçırdığına görə barəsində məcburi gətirilmə haqqında qərar qəbul edilməsini, Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati cərimə növündə inzibati tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-1639/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1639/2021
08.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver