Məhkəmə qərarları › İş №3(001)-1645/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1645/2024

14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1645/2024 14.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X1 iclas katibliyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Xutor sıra 15 ərazisində idarə etdiyi “Hyundai” markalı avtomobili Şəxs qapısında saxlamasına görə avtomobilin ön şüşəsinə kley tökərək yararsız hala salmışdır. Bu əməli ilə o, İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən İXM-nin 232-1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, tunelin üzrəində avtomobilin saxlanılmasına icazə verilmir. Lakin bu şəxs bir həftə ərzində avtomobilini onun evinin altında səhər saxlayır və yalnız axşam oranı tərk edir. O,bildirmişdir ki,qanunu bilməmək məsuliyyətdən azad etmir. Xəbərdarlıq olaraq həmin şəxsin şüşə siləninin altına bir yazı notu qoymuşdur.Həmin kağızda burada avtomobilin saxlanılmamasını xahiş etmişdir. O isə həmin nota məhəl qoymayaraq avtomobili eyni yerdə saxlamağa davam etmiş və o,yenidən xəbərdarlıq etmək üçün evində olan aboy yapışqanı ilə onun avtomobilinin patpresinə (alın şüşəsinə) yenidən eyni məzmunlu not yapışdırmışdır. Bunu o səbəbdən etmişdir ki,həmin ərazi avtomobillərin daxil olmaması üçün hasarlanmış,həmin əraziyə daxil olmaq üçün özünə dair icazə almışdır. İcazə verilən zaman ona bildirilmişdir ki,onun avtomobilindən başqa ora avtomobil daxil olarsa həmin keçid bağlanılacaqdır. Qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirmişdir ki, Şəxs onun avtomobilinin alın şüşəsinə kley tökərək yararsız hala salmışdır. Baş vermiş hadisə zamanı isə ona məxsus avtomobilə ümumilikdə 80 manat maddi ziyan dəymişdir. Maddi ziyanın qaytarılmasına dair xəbərdarlıq etməsinə baxmayaraq, inzibati xəta törətmiş şəxs həmin ziyanı bu günədək ödəməmişdir. İnzibati xəta törətmiş şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən İdarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin əməlini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin səxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini,habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs İXM-nin 232-1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməli, barəsində aşağı həddə cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 21, 30, 31.2, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu və 232-1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinsin və ona vurulmuş ziyanın bir misli, yəni 80 (səksən) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar