Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1647/2023 24.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs, Borclunun etibarnamə üzrə nümayəndəsi və vəkili Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X1, Tələbkarın etibarnamə üzrə nümayəndəsi və vəkili Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Vəkil, Protokolu tərtib etmiş orqan Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Kamran Mirzəyevin iştirakı ilə xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı övladı olan, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Kamran Mirzəyevin tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Kamran Mirzəyev icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və icra işindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1009/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 anaları Zərərçəkmiş şəxs yanında saxlanılmalı, onların saxlanılmaları üçün hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat məbləğində aliment 25 avqust 2021-ci il tarixdən cavabdeh Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmə iclasında çıxış edən Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru Kamran Mirzəyev izahatında bildirdi ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1009/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 anaları Zərərçəkmiş şəxs yanında saxlanılmalı, onların saxlanılmaları üçün hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat məbləğində aliment 25 avqust 2021-ci il tarixdən cavabdeh Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Borclu icra sənədini icra etməkdən qərəzli boyun qaçırdığına görə xx.xx.2023-cü il tarixdə barəsində inzibati protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir.Binəqədi Rayon Məhkəməsinin 3(001)-1647/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, daha sonra Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1211/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Binəqədi Rayon Məhkəməsinin 3(001)-1647/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bu səbəbdən də, Şəxs barəsində tərtib olunmuş protokolu müdafiə edərək, ona inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında uşaqlardan birinin faktiki olaraq onun himayəsində olduğunu, həmçinin aliment borcunu ödəməkdən imtina etmədiyini və son vaxtlar vaxtlı-vaxtında aliment borcunu ödədiyini, qalıq borcun əvvəlki ödəmələrdən qaldığını və maddi vəziyyətinin həmin borcu bir dəfəyə ödəməyə imkan vermədiyini bildirdi.Bu səbəbdən barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən borculunun müdafiəçi X2 hüquqlarını müdafiə etdiyi şəxs Şəxs uşaqlardan birinin faktiki olaraq onun himayəsində olduğunu, həmçinin aliment borcunu ödəməkdən imtina etmədiyini və son vaxtlar vaxtlı-vaxtında aliment borcunu ödədiyini, qalıq borcun əvvəlki ödəmələrdən qaldığını və maddi vəziyyətinin həmin borcu bir dəfəyə ödəməyə imkan vermədiyini bildirdi.Bu səbəbdən hüquqlarını müdafiə etdiyi şəxsin barəsində tərtib olunmuş inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən tələbkarın nümayəndəsi və vəkili Vəkil borclunun aliment borcunu vaxtlı-vaxtında və tam ödəmədiyinə görə təxminən 6 000 manat aliment borcu yığıldığını və icra sənədinin hissə-hissə ödənilməsinə dair məhkəmənin qərarı olmadığına görə borclunun həmin borcu bir dəfəyə ödəməli olduğunu, əks təqdirdə borclunun ciddi şəkildə inzibati qaydada cəzalanmasını məhkəmədən xahiş etdi. Məhkəmə (borclunun) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, onun nümayəndəsi və vəkilinin, icra məmurunun və tələbkarın nümayəndə və vəkilinin çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, icra sənədi üzürsüz səbəbdən uzun müddət tam icra olunmamış, icra sənədinin tam icra edilməməsində Şəxs təqsiri sübuta yetirilmişdir.Belə ki, borcu aliment borcunu tam və vaxtı-vaxtında ödəmədiyinə görə xeyli miqdarda aliment borcu yaranmışdır. Buna görə də, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs şəxsiyyətini, məhkəmə qərarının uzun müddət tam icra olunmadığını nəzərə alaraq hesab edir ki, o, inzibati qaydada cəzalanmalıdır.Eyni zamanda, məhkəmə borclu Şəxs təqsirini etiraf etməsini, əməlindən peşman olmasını və himayəsində 1 (bir) azyaşlı uşağın olmasını və il ərzində ilk dəfə inzibati xəta törətməsini və aliment borcunu hissəhissə ödəməsini nəzərə alaraq hesab edir ki, o, inzibati qaydada cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və o 500 (beş yüz) manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-1647/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1647/2023
24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver