Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1649/2021 09.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Rzayev Abbas Əhəd oğlu, X11 iclas katibliyi, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs, Müdafiəçi, 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Protokolu tərtib etmiş orqan Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X12 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X15 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Binəqədi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,halhazırda subay, himayəsində 2 (iki) azyaşlı övladı olan, əvvəllər dəfələrlə məhkum olunmuş, orta təhsilli, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X15 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Binəqədi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Binəqədi rayon icra şöbəsinin icra məmuru X15 tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında xx xxxxx 2021-ci il tarixli, MN № ******* saylı protokola əsasən məlum olur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli, 2(001)- 2800/2011 saylı icra vərəqəsinə əsasən iddia qismən təmin edilmiş, xx xxx 2008-ci il təvəllüdlü X6 və xx xxxxxx 2005-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxx 2011-ci il tarixdən başlayaraq X3 X2 xeyrinə hər ay hər bir uşaq üçün 76 (yetmiş altı) manat olmaqla, ümumilikdə 152 (bir yüz əlli iki) manat sabit pul məbləğində tutulması müəyyən olunmuşdur. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – (borclu) Şəxs bildirdi ki, həbsxnadan yeni çıxdığına və yeni işə düzəldiyinə görə maddi imkanı məhkəmə qərarını icra etməyə imkan vermir.Buna görə də, məhkəmədən ona inzibati qaydada yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs həbsxanadan yeni çıxdığına və yeni işə düzəldiyinə görə maddi imkanı məhkəmə qərarını icra etməyə imkan vermir.Buna görə də, məhkəmədən inzibati qaydada ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən tələbkar X4 borclunun maddi imkanı olduğu halda 10 il ərzində aliment borcunu ödəmədiyini nəzərə alaraq borclu Şəxs ciddi şəkildə cəzalanmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Binəqədi rayon icra şöbəsinin icra məmuru X15 10 il ərzində borclunun aliment borcunu ödəmədiyini və bunun nəticəsində tələbkarın çoxsaylı şikayətlərini və protokolda göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə (borclunun) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, müdafiəçini, icra məmurunun və tələbkarın çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min maanatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, icra sənədi üzrə sonuncu dəfə ödənişdən 10 ildən artıq vaxt keçməsinə baxmayaraq bu müddət ərzində icra sənədi üzürsüz səbəbdən uzun müddət icra olunmamış, borclu X5 həbsdən çıxdıqdan sonra özünün gündəlik taksi fəaliyyətindən qazancının olmasına baxmayaraq icra sənədinin icra edilməməsində Şəxs təqsiri sübuta yetirilmişdir. Buna görə də, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs şəxsiyyətini, məhkəmə qərarının uzun müddət, yəni təxminən 10 ildən artıq müddətdə icra olunmadığını və nəticədə bunun aliment almalı olan uşağı uzun müddət maddi sıxıntıya məruz qoyduğunu, nəticədə bunun tələbkarın çoxsaylı əsaslı şikayətlərinə səbəb olduğunu, son dövrlər aliment borclarının öədənilməsindən borcluların müxtəlif bəhanələrlə əsassız yerə imtina etdiklərini, nəticədə alimentə dair icra sənədlərinin icrası ilə bağlı çoxsaylı problemlərin yarandığını nəzərə alaraq, bu sahədə dönüş yaradılması məqsədilə məhkəmə bu kateqoriyadan olan işlər üzrə cəza siyasətinin sərtləşdirilməsini məqsədəuyğun hesab edir.Buna görə də, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən borclu Şəxs inzibati qaydada həbs edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 20 (iyirmi) gün müddətində inzibati həbs təyin olunsun. Həbsetmənin əvvəli, onun inzibati qaydada tutulduğu- xx.xx.2021-ci il tarixdən hesablansın. Şəxs saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə Bilavasitə tabe olan İnzibati Qaydada həbs edilənlərin saxlama Mərkəzinə yerləşdirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-1649/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1649/2021
09.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver