Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1651/2023 28.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi RPİ-nin 43-cü PB-nin polis sahə inspektoru, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 27 aprel 2023-cü il tarixdə ünvan 2 ünvanında tabesizlik göstərərək polisin qanuni tələbinə tabe olmamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 43-cü PB-nin polis sahə inspektoru, polis kapitanı X3 tərəfindən MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi RPİ-nin 43-cü PB-nin polis sahə inspektoru, polis kapitanı X3 bildirdi ki, Şəxs 27 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Ramazanov küçəsi istiqamətində hərəkətdə olan ** NC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün digər avtomobilin sürücüsünün önünü kəsdiyini, avtomobildən düşərək digər avtomobilin sürücüsünün qabaq sağ qapısına yaxınlaşaraq, qapını açmağa cəhd göstərdiyini müşahidə etmişdir. Bundan sonra həmin vətəndaşı dəfələrlə nizam-intizama dəvət etsə də, o buna məhəl qoymamış, cəmiyyət içərisində səs tonunu qaldıraraq qeyri-etik davranşlarını davam etdirmişdir. Buna görə əraziyə PPX əməkdaşları dəvət edilmiş və o, bölməyə gətirilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, 27 aprel 2023-cü il tarixdə ünvan 2 istiqamətində hərəkətdə olarkən idarə etdiyi avtomobili saxlayaraq, piyadaya yol verdiyi üçün digər sürücü tərəfindən tənqidə məruz qalmışdır. Bu zaman həmin sürücüyə piyadaya yol verdiyi üçün sürməyi dayandırdığını bildirmişdir. Bundan sonra sürücü ilə aralarında mübahisə yaranmış və əraziyə polis əməkdaşları gəlmişlər. Həmin polis əməkdaşına qarşı nalayiq ifadələr işlətsə də, sonradan əməlindən səmimi pşeman olduğu üçün üzr istəmişdir. İlk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, evli olmasını, himayəsində iki uşağının olmasını və törətdiyi əməldən səmimi peşmançılığının nəzərə alınıb yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş səndələr: xx.xx.2023-cü tarixli, AZA 019161 nömrəli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs həmin gün saat 20:20-də inzibati qaydada tutulmuşdur. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama protokolundan görünür ki, Şəxs üzərində qanunsuz əşya aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qeyd olunanlar belə bir haqlı nəticəyə gəlməyə əsas verir ki, 27 aprel 2023-cü il tarixdə Şəxs ünvan 2 ünvanında yüksək səslə Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşlarına xidmət aparmağa mane olmaqla xırda xuliqanlıq törətmişdir. Onun polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması isə məhkəmədə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsindən həmin Məcəllənin 510-cu maddəsinə tövsif edilməli və onun həmin əməlin törədilməsində təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Belə ki, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə, təqsirkar şəxsin əməli İXM-in 510-cu maddəsinə müvafiq olaraq, xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. “Azemis” Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X1 Rəşid İdris oğlunun uşaqlarıdır. Məhkəmə Şəxs evli olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, törətdiyi əməldən səmimi peşmançılığını, məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsindən həmin Məcəllənin 510-cu maddəsinə tövsif edilsin və o, İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 05 (beş) gün müddətinə inzibati həbs edilsin. Şəxs məhkəmə iclas zalından həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 27 aprel 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Mərkəzinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Aynurə Sadıqova Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-1651/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1651/2023
28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver