Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1653/2025 03.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhəri X6 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ 24528775 nömrəli protokolu əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X2 şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri X6 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ 24528775 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)-852/2025 saylı qərardadından görünür ki, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin EQ seriyalı 24528775 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ 24528775 nömrəli protokol və onun əsasında qəbul edilmiş qərar qanunsuzdur. Belə ki, daxil olduğu avtobus zolağından öncə 5.9 nişanı olmadığı halda ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə cərimə cəzası tətbiq edilmişdir. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq isə bildirdi ki, özü şəxsi sürücüdür. Bakı-Quba yolu həmişə istifadə etdiyi yoldur, həmin yolun 8.7-ci km-də 5.9 nişanı olmamışdır. Bununla bağlı Bakı şəhəri X6 İdarəsinə müraciət etsə də, müraciətinə müsbət cavab verilməmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada təkrarən məlumatlandırılmış Bakı şəhəri X6 İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Bakı şəhəri X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron Qərardan görünür ki, “Hyundaı Elantra” minik markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 Azərbaycan Respublikası İXM-in 327.1-1-ci maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat cərimə edilməsi barədə qərar qəbul edilmişdir ondan ötrü ki, o, xx.xx.2024-cü il tarixdə Bakı-Quba yolunun 8.7-ci km-də sözügedən avtomobili idarə edərkən 5.9, 5.10.1– 5.10.3 nişanları ilə işarələnmiş hərəkət zolağında hərəkətdə olmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)- 6774/2024 saylı qərarından görünür ki, X1 şikayəti təmin edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı 24528775 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə görə inzibati xəta törətməkdə şəxsin təqsiri inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin təsvir edilmiş hallarından görünür ki, şikayət verən X2 xx.xx.2024-cü il tarixdə istifadə etdiyi Bakı-Quba yolunun 8.7-ci km-də 5.9 nişanının olmadığını, bununla da yol hərəkəti qaydasını pozmadığını və heç bir inzibati xəta törətmədiyini bildirərək, ona istinad olunan inzibati xətanı qəbul etmir. Qanuna əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə də borclu deyildir. Başqa sözlə, mübahisələndirilən xx.xx.2024-cü il tarixli, EQ/24528775 nömrəli inzibati tənbeh vermə haqqında protokol əsasında qəbul edilmiş qərarın əsaslılığını və qanuniliyini sübut etmək yükü həmin qərarı qəbul etmiş orqanın üzərinə düşür. Səlahiyyətli orqana isə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və həmin bildirişdə sübutlarının məhkəməyə təqdim olunması təkilif edilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, həmçinin sözügedən qərarın qəbul edilməsi üçün əsas olmuş sübutları (video müşahidə və sair) da məhkəməyə təqdim etməmişdir. Belə olduğu halda isə X1 xx.xx.2024-cü il tarixdə Bakı-Quba yolunun 8.7-ci km-də “Hyundaı Elantra” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 5.9, 5.10.1– 5.10.3 nişanları ilə işarələnmiş hərəkət zolağında hərəkət etdiyini sübut etmək mümkün deyil. Xüsusilə nəzərə alınmalıdır ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1-ci və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X1 Bakı şəhəri X6 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ 24528775 nömrəli protokolu əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarından verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, həmin qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri X6 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ 24528775 nömrəli protokolu əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-1653/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1653/2025
03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver