Məhkəmə qərarları › İş №3(001)-1656/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1656/2023

17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1656/2023 17.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin böyük məsləhətçisi X3 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi Nümayəndə tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsilə ona 1100 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Qərar ona poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Aşağıda qeyd edilənlərə görə inzibati xəta haqqında protokolun tərtib edilməsini və onun əsasında inzibati tənbeh vermə haqqında qərarın qəbul olunmasını əsassız və qanunsuz hesab edir. Qərarda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq müəyyən edilmişdir ki, X5 və X2 əmək müqaviləsinə xitam verilərkən onlara düşən ödənclərin ödənilməsində AR Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozulmuşdur, nəticədə X4 tərəfindən AR İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Lakin, bu həqiqətə uyğun deyil. Belə ki, X5 və X2 əmək müqaviləsinə xitam verildiyi tarixlərdə (2023-cü ilin noyabr ayında) Cəmiyyətin hesablaşma hesabında pul vəsaiti olmamışdır (müvafiq bank çıxarışı şikayətə əlavə edilir). Ona görə də, adı gedən işçilərin son haqq-hesabı ödənilməmişdir. Belə ki, X9 ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə, X6 ilə bağlanılmış əmək müqaviləsinə isə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Göründüyü kimi adı gedən işçilərin son haqq-hesabının vaxtında verilməməsində onun təqsiri yoxdur. Yəni, bu halın başverməsi onun hərəkət və ya hərəkətsizliyi ilə bağlı deyildir. Məhkəmənin 10 may 2022-ci il tarixli iclasında şikayət vermiş şəxs X4 şikayətin dəlillərinə uyğun çıxış edərək, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin böyük məsləhətçisi X7 şikayətin dəlillərinə münasibət bildirərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 İXM-in 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1100 (bir min yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 İXM-in 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. xx.xx.2022-ci il tarixli 13/k nömrəli əmrdən görünür ki, “Mühafizə şöbəsi” bölməsində “Mühafizə şöbəsinin rəisi” vəzifəsində işləyən X10 ilə bağlanmış 3L21KKF000200 nömrəli əmək müqaviləsinə AR ƏM-in 68.2-ci nömrəli maddəsinin “a”tərəflərdən birinin təşəbbüsü” bəndinə əsasə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. xx.xx.2022-ci il tarixli 15/k nömrəli əmrdən görünür ki, “Mühafizə şöbəsi” bölməsində “Mühafizə şöbəsinin rəisi” vəzifəsində işləyən X6 ilə bağlanmış 2NNDC59000200 nömrəli əmək müqaviləsinə AR ƏM-in 68.2-ci nömrəli maddəsinin “a”tərəflərdən birinin təşəbbüsü” bəndinə əsasə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Beləliklə, məhkəmə iclasında X1 şikayət ərizəsi iş materiallarına əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, xx.xx.2022-ci il tarixli 13/k nömrəli əmr ilə “Mühafizə şöbəsi” bölməsində “Mühafizə şöbəsinin rəisi” vəzifəsində işləyən X9 ilə bağlanmış 3L21KKF000200 nömrəli əmək müqaviləsinə AR ƏM-in 68.2-ci nömrəli maddəsinin “a”- tərəflərdən birinin təşəbbüsü” bəndinə əsasə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. xx.xx.2022-ci il tarixli 15/k nömrəli əmr ilə “Mühafizə şöbəsi” bölməsində “Mühafizə şöbəsinin rəisi” vəzifəsində işləyən X6 ilə bağlanmış 2NNDC59000200 nömrəli əmək müqaviləsinə AR ƏM-in 68.2-ci nömrəli maddəsinin “a”tərəflərdən birinin təşəbbüsü” bəndinə əsasə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Yuxarıda qeyd edilən qanunvericilik normasının tələbindən göründüyü kimi işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Buna baxmayaraq, qanunun bu tələbi işəgötürən X4 tərəfindən pozulmuşdur. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X1 şikayətdə göstərdiyi xüsusatlar barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, sözügedən qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X4 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə- vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayət təmin edilməməli, həmin protokol əsasında qəbul edilmiş inzibati cərimənin tətbiq edilməsi barədə qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar