Məhkəmə qərarları › İş №3(001)-1659/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1659/2022

01.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1659/2022 01.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Rusiya Federasiyasının Saratov vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş 01.06.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin sahə rəisi, polis mayoru X4 bildirmişdir ki, 31 may 2022-ci il tarixdə X13 Alayının Patrul bölyünün polis əməkdaşları tərəfindən Binəqədi rayonu ərazisində yerləşən Zirvə adlı şadlıq sarayının qarşısında bir neçə nəfərin toplaşdığını və mübahisə yarandığını görmüşlər. Polis əməkdaşları mübahisəni və səs-küyü sakitləşdirmək məqsədi ilə müdaxilə etmiş, lakin adları sonradan məlum olan Şəxs və X8 onların qanuni tələblərinə tabe olmayaraq mübahisəni davam etdirmiş, həmçinin polislərdən yayınmağa çalışmışlar. Lakin polis əməkdaşları tərəfindən Şəxs və digər şəxs tutularaq barələrində tədbir görülməsi üçün 5-ci PB-nə gətirilmişlər. Bölmədə Şəxs şəxsiyyəti müəyyən edilmiş və izahatı alınmışdır. Bundan sonra isə Şəxs barəsində inzibati icraat başlanaraq İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 31 may 2022-ci il tarixdə Binəqədi rayonu ərazisində yerləşən Zirvə adlı şadlıq sarayının qarşısında içkili olduğundan tanımadığı şəxslə mübahisə etmiş və bu zaman polis əməkdaşları ona yaxınlaşıb sakitləşdirməyə çalışmışlar. Lakin o, içkili olduğundan polisə məhəl verməyərək mübahisə etmişdir. Lakin o, heç bir polis əməkdaşına müqavimət göstərməmiş və zor tətbiq etməmişdir. Polislər onun əlini bağlayıb bölməyə aparmışlar və bölmədə barəsində protokol tərtib edilmişdir. Törətdiyi əməldən peşman olduğunu qeyd edib məhkəmədən ona yüngül tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X13 Alayının Patrul bölyünün polis serjantı X7 izahatında bildirmişdir ki, 31 may 2022-ci il tarixdə ekipaj yoldaşları Bahadur Hacıyev və Eynur Arifli ilə Binəqədi rayonu ərazisində xidmətdə olarkən Zirvə adlı şadlıq sarayının qabağında insanların toplaşdığını və mübahisə baş verdiyini müşahidə etmişlər. Mübahisəni sakitləşdirmək məqsədi ilə müdaxilə edən zaman adı sonradan məlum olan X8 əvvəlcə ona müqavimət göstərmiş və qolunu əzmişdir. Hazırda qolunu tərpədə bilmir və qolunda göyərtilər vardır. Sonradan görmüşdür ki, Şəxs ekipaj yoldaşı Bahadur Hacıyevin çiynindən tutub şevronunu qoparmış, digər şəxs Şəxs isə Bahadurun burnuna xəsarət yetirdiyindən onun burnundan qan açılmışdır. Daha sonra həmin şəxslərin əlləri bağlanaraq məcburi olaraq patrul avtomobilinə əyləşdirilmiş, lakin avtomobildə əlləri bağlı olmasına baxmayaraq avtombilin içərisində oturacaqlara təpik zərbələri atmışlar. Bunda baxmayaraq çətinliklə də olsa həmin şəxsləri Binəqədi RPİ-nin 5-ci PB-nə təhvil vermişlər. Onlar bölmədə belə sakitləşməyərək səs-küy salmış və gecə saatlarına kimi bölmənin rejimini pozmuşlar. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X13 Alayının Patrul bölyünün polis serjantı X5 izahatında bildirmişdir ki, 31 may 2022-ci il tarixdə ekipaj yoldaşları Elnay İsmayılov və Eynur Arifli ilə Binəqədi rayonu ərazisində xidmətdə olarkən Zirvə adlı şadlıq sarayının qabağında insanların toplaşdığını və mübahisə baş verdiyini müşahidə etmişlər. Mübahisəni sakitləşdirmək məqsədi ilə müdaxilə edən zaman adı sonradan məlum olan X8 onun çiynindən tutub şevrosunu qoparmış, digər şəxs Şəxs isə onun burnuna xəsarət yetirdiyindən burnundan qan açılmış və dodağı şişmişdir. Bundan başqa, X8 ekipaj yoldaşı Elnay İsmayılovun qoluna xəsarət yetirmiş və sonuncunun qolu əzilmişdir. Daha sonra həmin şəxslərin əlləri bağlanaraq məcburi olaraq patrul avtomobilinə əyləşdirilmiş, lakin avtomobildə əlləri bağlı olmasına baxmayaraq avtombilin içərisində oturacaqlara təpik zərbələri atmışlar. Bunda baxmayaraq çətinliklə də olsa həmin şəxsləri Binəqədi RPİ-nin 5-ci PB-nə təhvil vermişlər. Onlar bölmədə belə sakitləşməyərək səs-küy salmış və gecə saatlarına kimi bölmənin rejimini pozmuşlar. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X13 Alayının Patrul bölyünün polis serjantı X10 izahatında bildirmişdir ki, 31 may 2022-ci il tarixdə ekipaj yoldaşları Bahadur Hacıyev və Elnay İsmayılov ilə Binəqədi rayonu ərazisində xidmətdə olarkən Zirvə adlı şadlıq sarayının qabağında insanların toplaşdığını və mübahisə baş verdiyini müşahidə etmişlər. Mübahisəni sakitləşdirmək məqsədi ilə müdaxilə edən zaman adı sonradan məlum olan X8 ekipaj yoldaşı Elnay İsmayılova müqavimət göstərərək onun qoluna xəsarət yetirmiş, sonra isə digər ekipaj yoldaşı Bahadur Hacıyevin çiynindən tutub onun şevrosunu qoparmışdır. Bundan sonra isə Bahadur Hacıyevin burnunun qanamasını görmüş və soruşduqda onun burnunu Şəxs vurduğunu demişdir. Daha sonra tərəflərindən həmin şəxslərin əlləri bağlanaraq məcburi olaraq patrul avtomobilinə əyləşdirilmiş, lakin avtomobildə əllləri bağlı olmasına baxmayaraq avtombilin içərisində oturacaqlara təpik zərbələri atmışlar. Buna baxmayaraq çətinliklə də olsa həmin şəxsləri Binəqədi RPİ-nin 5ci PB-nə təhvil vermişlər. Onlar bölmədə belə sakitləşməyərək səs-küy salmış və gecə saatlarına kimi bölmənin rejimini pozmuşlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 31.05.2022-ci il tarixli raportdan görünür ki, Şəxs və X6 X13 Alayının Patrul bölyünün polis əməkdaşı polis serjantları X7 və X3 müqavimət göstərərək onları vurması halına görə qeyd olunan vətəndaşlar barəsində Binəqədi RPİ-nin 5-ci PB tərəfindən tədbir görülməsinə göstəriş verilməsi xahiş olunmuşdur. 31.05.2022-ci il tarixli, AZA 016708 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 31 may 2022-ci il tarixdə inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir. 01.06.2022-ci il tarixli 2/12501 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sərxoşluq hallarının müəyinəsi zamanı sonuncunun orta dərəcəli alkoqol sərxoşluğunun olması müəyyən edilmişdir. 01.06.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 30 may 2022-ci il tarixdə Binəqədi rayonu ərazisində yerləşən Zirvə şadlıq sarayının qarşısında zamanı polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq tabesizlik göstərərək İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, proses iştirakçıları dinləyib, həmçinin inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərkən müəyyən edilmişdir ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır. Çünki Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkibi deyil, iş üzrə sonuncunun əməlində cinayət tərkibi vardır və Binəqədi RPİ-nin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində icraat başlanan zaman düzgün araşdırma aparılmadan yekun qənaətə gəlinmişdir. Belə ki, Şəxs əməllərində cinayət tərkibinin olması həm məhkəmə iclasına dəvət edilmiş şahidlərin izahatlarıda, həm də dindirilmiş həmin şahidlərin Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə ünvanaldıqları raportda açıq şəkildə öz əksini tapır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsinə əsasən şəxs barəsində hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etməyə gösrə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə iclasında dindirilmiş şahidlərin Şəxs tərəfindən onlara müqavimət göstərildiyini, hətta sonuncunun polis əməkdaşı X2 burnuna xəsarət yetirməsi Şəxs əməlində birbaşa Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsinin tərkib əlamətlərinin olmasına dəlalət edir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Göründüyü kimi, qeyd olunan qanunvericiliyin tələblərinə görə inzibati xəta inzibati xətalar haqqında qanunvericiliklə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl hesab olunsa da, inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Yuxarıda isə qeyd olunanlara görə şəxsin əməlində cinayət əməlinin tərkib əlamətlərinin olması müəyyən edilmişdir. İXM-in 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. İXM-in 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, qeyd olunanları və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsi tərəfindən İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş 01.06.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və inzibati xəta haqqında işdə cinayət əlamətinin olması aşkar edildiyindən toplanmış material prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokuroruna göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 85, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsi tərəfindən İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş 01.06.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və inzibati xəta haqqında işdə cinayət əlamətinin olması aşkar edildiyindən toplanmış material prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokuroruna göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar