Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1662/2023 01.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə ünvan 1ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, ünvan 1i ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, G.Ramazanov küçəsində nömrəsiz fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru, X5 bildirmişdir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(013)-931/2022 saylı və xx.xx.2022-ci il tarixli, 2(013)-2267/2022 saylı icra sənədləri üzrə Şəxs icra məmurunun qanuni tələblərinin yerinə yetirməmişdir. Belə ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-931/2022 saylı icra sənədi üzrə Şəxs 56,60 manat dövlət rüsumunun və hər ay 280 (iki yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq X1 verilməsi qərara alınmışdır. Həmçinin Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-2267/2022 saylı icra sənədi üzrə isə Şəxs 1220 (min iki yüz iyirmi) manat pulun, həmçinin 97 (doxsan yeddi) manat rüsumların tutularaq X1 ödənilməli olduğu göstərilmişdir. Lakin qeyd olunan icra sənədləri üzrə Şəxs tərəfindən 3083 manat vəsait X1 ödənilməmişdir. Göstərilənlərə əsasən Şəxs qanunvericiliyin tələblərinə uyğun olaraq məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən ona verilmiş suallara cavab olaraq Şəxs aliment ödəməli olduğu ilk aylar aliment ödənişini həyata keçirmədiyini, daha sonra 200 (iki yüz) manat olaraq aylıq ödəniş etdiyini, icra orqanın müdaxiləsindən sonra aylıq ödənişi qətnamədə göstərildiyi kimi 280 (iki yüz səksən) manat məbləğində icra etdiyini bildirmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-2267/2022 saylı icra sənədi üzrə isə X1 məxsus qızıl-zinət əşyalarının dəyəri olaraq ödənməli olan 1220 (min iki yüz iyirmi) manat pulu isə ümumiyyətlə ödəməmişdir. Əlavə olaraq bildirmişdir ki, Şəxs işsiz kimi qeydiyyatdadır, onun adına hər hansı daşınmaz və ya daşınar əmlak, və ya hər hansı gəlirinin olması müəyyən edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, məhkəmə qətnaməsini icra etməkdən yayınmır, qətnamənin icra edilməsinin zəruriliyini dərk edir. Hal-hazırda heç bir yerdə çalışmadığını, məşğulluq idarəsində işsiz kimi qeydiyyata alındığını, tələbkarın onu övladları ilə görüşməyinə mane olduğunu, onu uşaqlarını görmək üçün gəldiyi halda ona problem yaradacaqları ilə hədələdiyini, lakin bütün bunlara baxmayaraq mütəmadi olaraq aliment ödənişini həyata keçirdiyini bildirmişdir. Göstərilənlərə əsasən məhkəmədən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən ona verilmiş suallara cavab olaraq hazırda ticarət mərkəzlərindən birinin önündə avtomobillərin parklanmasına köməklik göstərərək həmin avtomobil sahiblərinin verdiyi pul hesabına dolandığını, alimentin ödənilməsi üçün atası və anasının aldıqları pensiya hesabına ona kömək etdiklərini, atasının yeni rəhmətə getdiyini, aliment borcunu güclə ödədiyi üçün qızıl zinət əşyalarına görə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu ödəyə bilmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ağdam Rayon Məhkəməsinin 2(013)-931/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Şəxs hər ay 280 (iki yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq X1 verilməsi qərara alınmışdır. Ağdam Rayon Məhkəməsinin 2(013)-2267/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Şəxs qızıl-zinət əşyalarının dəyəri olaraq 1220 (min iki yüz iyirmi) manat pulun X1 ödənilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, , Şəxs hər ay 280 (iki yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq X1 ödənilməsinə dair icra sənədinə əsasən icraata başlanılmışdır. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Şəxs qızılzinət əşyalarının dəyəri olaraq 1220 (min iki yüz iyirmi) manat pulun X1 ödənilməsinə dair icra sənədinə əsasən icraata başlanılmışdır. xx.xx.2023-cü il tarixli “Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi barədə” qərardan görünür ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-931/2022 saylı və 2(013)-2267/2022 saylı icra sənədləri bir icraatda birləşdirilmişdir. xx.xx.2023-cü il tarixli, 3-17-7/2-İ-17457/2 nömrəli AR ƏƏSMN Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs AR ƏƏSMN-nin “Əmək və Məşğulluq” altsistemindən əldə edilmiş məlumata əsasən işsiz kimi qeydiyyatdadır. AA seriyalı, 441403 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, Şəxs 1993-cü ildə Ağdam rayonunda yerləşən daimi yaşayış yerini tərk etmişdir. AZ seriyalı, 330314 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Şəxs atası X2 xx.xx.2023-cü il tarixdə ölmüşdür. "xxxx" MMC-nin ********* nömrəli, ********* nömrəli, ********* nömrəli, ********* nömrəli, ********* nömrəli, ********* nömrəli, ********* nömrəli qəbzlərindən, “MilliÖN” ödəmə terminalından ********** əməliyyat nömrəli qəbzdən və “mpay” ödəmə terminalının 20326 nömrəli qəbzindən görünür ki, ümumilikdə 1910 (min doqquz yüz on) manat X1 ödənilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə əsassız olaraq inzibati protokol tərtib edilmişdir, onun əməlində qeyd edilən maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında isə Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)- 931/2022 saylı və xx.xx.2022-ci il tarixli, 2(013)-2267/2022 saylı icra sənədləri üzrə Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilə bilməmişdir. Belə ki, Şəxs məhkəmədə verdiyi izahatında yaranmış borcunu ödəməkdən boyun qaçırmadığını, heç bir yerdə işləməməsi səbəbi ilə qalıq borclarını ödəyə bilmədiyini, lakin mütəmadi olaraq aliment ödənişi etdiyini bildirmişdir. Şəxs aliment ödənişini mütəmadi ödəməsi icra məmurunun izahatı, habelə iş materiallar ilə də öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, icra məmuru tərəfindən müəyyən icra hərəkətləri aparılmış, lakin aparılmış həmin icra hərəkətləri natamam aparılaraq toplanmış sübutlara düzgün qiymət verilmədən, Şəxs borcunu üzrüsüz səbəbdən ödəməməsini təsdiq edən sübutlar əldə edilmədən inzibati məsuliyyətə cəlb olunması üçün müvafiq protokol tərtib edilmişdir. İcra məmuru qanunvericilikdə nəzərdə tutulmuş qaydada icra sənədinin icrasını qərəzli olaraq icra etməkdən yayınmayan şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. Belə ki, İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 528.1-ci maddəsinin dispozisiyasında məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bütün bunlarla yanaşı qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə qeyd edir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Habelə, İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırkı iş üzrə Şəxs təqsiri müəyyən olunmur və yuxarıda qeyd olunan bütün hallar Şəxs təqsirsiz olmasına dəlalət edir. Ona görə də, məhkəmə Şəxs sözügedən inzibati xəta hadisəsi ilə əlaqədar əməlində təqsirin olmaması səbəbi ilə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, yuxarıda sadalanan halları nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-1662/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1662/2023
01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver