Məhkəmə qərarları › İş №3(001)-1667/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1667/2022

06.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1667/2022 06.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Rzayev Abbas Əhəd oğlu X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin 15.03.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından verdiyi şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin 15.03.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından şikayət ərizəsi ilə 03.06.2022-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayətçinin şikayət ərizəsini və iş materiallarını nəzərdən keçirib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, şikayətin forma və məzmununa əməl edilmədiyindən və tələb dəqiq göstərilmədiyindən şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. Belə ki, şikayət ərizəsinin məzmunundan aydın olur ki, şikayət verilən inzibati orqanın dəqiq adı və ünvanı və şikayət verilən qərarın dəqiq tarixi və nömrəsi şikayət ərizəsində göstərilməmişdir.Bundan başqa, şikayətçi tələbini dəqiq göstərməmiş, tələbində cərimənin silinməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur, halbuki inzibati xətalar haqqında məcəllədə yalnız məhkəmənin şikayətin təmin olunması və inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi səlahiyyəti nəzərdə tutulmuşdur.Beləliklə də, məlum olur ki, şikayətçi tələbini dəqiq göstərməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır.Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin» 129.1.3-cü maddəsinin şərh edilməsinə dair 04 noyabr 2020-ci il tarixli qərarına əsasən, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər.İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyatı barəsində qərar çıxarılmış şəxsin «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və ya onların elekton daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Hesab edirəm ki, X2 şikayətin forma və məzmununa dair inzibati xətalar haqqında qanunvericiliyin tələblərinə əməl etmədiyindən və tələbini dəqiq göstərmədiyindən X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin 15.03.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddələrinə əsasən, qərara a l d ı m: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin 15.03.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Şikayətçiyə izah edilsin ki, o, həmin qüsurları aradan qaldırdıqdan sonra ərazi aidiyyatı üzrə müvafiq məhkəməyə şikayət ərizəsi ilə yenidən müraciət edə bilər. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar