Məhkəmə qərarları › İş №3(001)-1668/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1668/2022

11.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1668/2022 11.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi “Femida” Vəkil Bürosunun vəkili X1, zərərçəkmiş şəxsin nümayndəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2, zərərçəkmiş şəxs X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 03.06.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X7 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.11.2019-cu il tarixli, 2(001)-6863/2019 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs 17 fevral 2015-ci il tarixli müqavilə üzrə 100.000 (yüz min) manat borc və 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı X8 ödənilməsi qət edilmişdir. Lakin Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.11.2019-cu il tarixli, 2(001)-6863/2019 nömrəli icra sənədi üzrə olan borc hazırkı vaxtadək ödənilməmişdir. Həmçinin borclu trəfindən icra işinin uzadılması üzrə süründürməçiliyə yol verilmişdir. Şəxs əvvəlcə başqa işlə bağlı məhkəməyə iddia vermiş və icra işi dayandırılmalı olmuşdur. Sonra hazırkı icra işi ilə eyni məhkəməyə eyni predmetli müraciət verilmiş, lakin məhkəmə müraciətin eyni predmetli olması əsası ilə müraciətinə baxılmamışdır. Hazırda isə tələbin könüllü icrası barədə bildirişi yeni aldıqları və bununla bağlı on gün müddətlərinin olmasını bildirirlər. Halbuki icra işi bağlı Şəxs mobil telefon nömrəsinə 11 noyabr 2021-ci il tarixdə şöbəyə gəlib barəsində olan icra işi ilə tanış olması barədə ildiriş ünvanlanmışdır. Buna baxmayaraq isə sonuncu şöbəyə gəlməmiş və onun məcburi qaydada gətirilməsi haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi, Şəxs hərəkətləri barəsində olan icra sənədini icra etməməklə yanaşı həm də icra işinin uzadılmasına yönəlmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.11.2019-cu il tarixli, 2(001)- 6863/2019 nömrəli icra sənədi üzrə tələbin könüllü icrası barədə bildirişi 03 iyun 2022-ci il tarixdə almış və onun hələ 10 günlük müddəti olduğunu bildirib məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi “Femida” Vəkil Bürosunun vəkili X3 icra işi üzrə tələbin könüllü icrası barədə bildirişi protokol tərtib edildiyi gün, yəni 03 iyun 2022-ci l tarixdə aldıqlarını, b səbəbdən hələ 10 günlük müddətlərinin olduğunu qeyd edib məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 məhkəmədən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.11.2019-cu il tarixli, 2(001)-6863/2019 nömrəli icra sənədi üzrə olan borcun ödənilməsinin təmin edilməsini əks təqdirdə Şəxs inzibati qaydada həbs edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayndəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6 bildirmişdir ki, borclu Şəxs tərəfindən icra sənədi qərəzli olaraq icra edilmir. İcra sənədinin icrası əvəzinə borclu tərəfindən bəhanələr gətirilir. Bununla yanaşı, icra sənədi 2019-cu il tarixdə verilməsinə baxmayaraq həmin müddətdən bugünədək zərərçəkmiş şəxsə heç bir məbləğdə ödəniş olunmamışdır. Ona görə də, məhkəmədən Şəxs icra sənədini heç bir üzrlü səbəbdən qəsdən icra etməməsini nəzərə alıb. onun inzibati qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.11.2019-cu il tarixli, 2(001)- 6863/2019 nömrəli icra sənədindən görünür ki, cavabdeh Şəxs 17 fevral 2015-ci il tarixli müqavilə üzrə 100.000 (yüz min) manat borc və 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı X8 ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında 21.01.2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.11.2019-cu il tarixli, 2(001)-6863/2019 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında 21.01.2020-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.11.2019-cu il tarixli, 2(001)-6863/2019 nömrəli icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs məlumat verilmişdir. Borclunun axtarılması barədə 14.08.2020-ci il tarixli qərardan görünür ki, Şəxs faktiki yaşadığı yer müəyyən edilmədiyindən barəsində həmin tarixdə axtarış elan edilmişdir. 12.10.2020-ci il tarixdə Binəqədi rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş ərizədən görünür ki, Şəxs nümayəndəsi və vəkili X3 tərəfindən Binəqədi rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət olunaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.11.2019-cu il tarixli, 2(001)-6863/2019 nömrəli qətnaməsindən şikaət vermə müddətinin bərpası ilə əlaqədar məhkəməyə vəsatət verildiyini və həmin qətnamə üzrə verilmiş icra sənədinin icraatının dayandırılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16.03.2021-ci il tarixli, 2(103)-696/2021 nömrəli qətnmaəsindən görünür ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.11.2019cu il tarixli, 2(001)-6863/2019 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27.10.2021-ci il tarixli, 2(102)- 4333/2021 nömrəli qərarından görünür ki, Şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.11.2019-cu il tarixli, 2(001)-6863/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. “SMS bildiriş”in göndərilməsi barədə Çıxarışdan görünür ki, 11.11.2021-ci il tarixdə saat 11:45:59-da Şəxs istifadəsində olan ********* telefon nömrəsinə və sms göndərilərək, borcluya barəsində olan icra işi ilə əlaqədar icra şöbəsinə yaxınlaşması xahiş olunmuşdur. Borclunun axtarılması barədə 15.11.2021-ci il tarixli qərardan görünür ki, Şəxs faktiki yaşadığı yer müəyyən edilmədiyindən barəsində həmin tarixdə axtarış elan edilmişdir. 03.06.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs müqavilə üzrə 100.000 (yüz min) manat borcu X8 ödəməmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Çünki Şəxs həmin inzibati xətanı törətməkdə təqsiri proses iştirakçılarının izahatı və yuxarıda qeyd edilən iş materialları ilə tam sübuta yetirilir. Həmçinin iş üzrə inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izaharında icra işi üzrə tələbin könüllü icrası barədə bildirişi yeni aldığından on gün müddətlərinin olmasını ilə bağlı izahatı məhkəmə səmimi qəbul etmir. Bununla yanaşı iş üzrə müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.11.2019-cu il tarixli, 2(001)-6863/2019 nömrəli qətnaməsindən narazı qaldığından Şəxs apellyasiya və kassasiya şikayətləri vermiş, lakin sonuncunun həmin şikayətləri təmin edilməmişdir. Məhkəmə hesab edir ki, sözügedən borc məbləğindən bugünədək heç bir ödəniş edilməməsi onun borcu ödəmək niyyətinin olmadığını göstərir. Həmçinin icra işi ilə bağlı Şəxs 11 noyabr 2021-ci il tarixdə məlumat verilmişdir. Bu isə onun sözügedən icra işindən ən geci 11 noyabr 2021-ci il tarixdə məlumatının olduğunu göstərir. Bununla da Şəxs məhkəmə iclasında tələbin könüllü icrası üçün vaxtının olması ilə bağlı fikirlərini təkzib edir. Odur ki, məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilənlərə əsasən Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində göstərilən inzibati xəta hadisəsinin törədilməsi sübuta yetirimişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və onu müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, iş üzrə inzibati xəta törədilməsinə görə şəxsin cərimə ilə tənbeh edilməsi zərəçəkmiş şəxsin haqlı narazılığına səbəb ola bilər. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngüləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 11 iyun 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar