Məhkəmə qərarları › İş №3(001)-1669/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1669/2020

20.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1669/2020 20.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədirliyi Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxx 2020-ci il tarixli, №01400-0871/20 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, X8 Gömrük İdarəsi, Gömrük Prosedurları və Ödənişləri Şöbəsinin xx.xx.2020-ci il tarixli, 34/012/004166 saylı raportunun icrası ilə əlaqədar olaraq bildirir ki, Şəxs MMC tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2017-cu il tarixədək 2 ədəd gömrük bəyannaməsi üzrə Şimal Ərazi Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 4230,00 ABŞ dolları (7200,49 manat) məbləğində vəsaitin MMC-nin müvəkkil bankda olan hesabına köçürülmədiyi qeyd edilmişdir. xx.xx.2020-ci il tarixdə, 1700-013/0xx-xx/001759 saylı məktubla Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə müraciət edilərək, Şəxs MMC-nin hal-hazırda fəaliyyət göstərib-göstərməməsi, fəaliyyət göstərdiyi təqdirdə hansı ünvanda fəaliyyət göstərməsi, Şəxs MMC-nin rəhbərinin şəxsiyyətinə dair məlumatların təqdim olunması xahiş olunmuşdur. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********647700 saylı cavab məktubunda “Şəxs" MMC-nin xx.xx.2004-cü il tarixdə ********** nömrəli VÖENlə hüquqi səxs qismində qeydiyyata alınmış, MMC-nin hüquqi ünvanı AZ1054, ünvan 1 fəaliyyəti aktiv vəziyyətdədir, hüquqi şəxsin rəhbəri X4r. Konsiqnasiya yolu ilə rəsmiləşdirərək ixrac edilən yüklərin müqabilində köçürülməli olan vəsaitlərin müvəkkil bank hesabına köçürülməsinin təmin edilməsi üçün xx.xx.2020-ci tarixdə 1700-013/0xxxx/001717 saylı məktubla MMC-nin nümayəndəsi dəvət olunmuş, xx.xx.2020-ci il tarixdə 1700-013/0xx-xx/002025 saylı məktubla MMC-nin rəhbəri X5 dəvət olunmuşdur. Lakin, xx.xx.2020-ci il tarixdə 1700-013/0xx-xx/001717 saylı məktub MMC-nin qeydiyyatda olduğu ünvan 2 ünvanına çatmış, xx.xx.2020-ci il tarixdə 1700-013/0xx-xx/002025 saylı məktub isə X2 qeydiyyatda olduğu ünvan 3 ünvanına çatdırılsa da, X7 oqlu çağırış üzrə gəlməmiş və 4230,00 ABŞ dolları məbləğinin müvəkkil bank hesabına köçürülməməsinin səbəbini də bildirməmişdir. Beləliklə də, Şəxs MMC tərəfindən Şimal Ərazi Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə ixrac gömrük prosedurunda rəsmiləşdirdiyi yüklərin müqabilində bəyanamələr üzrə köçürülməli olan 4230,00 ABŞ dolları (7200,49 manat) məbləğində vəsaitin Azərbaycan Respublikasındakı müvəkkil bankında olan hesabına köçürülməsi təmin edilməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt Gömrük Əməliyyatları İdarəsi, Gömrük Prosedurları və Ödənişləri Şöbəsinin raportu ilə təsdiq edilir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, İdarənin nümayəndəsi məhkəməyə məktub göndərərək məhkəmə baxışında iştirak edə bilməyəcəklərini, işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, lakin MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə İdarənin və MMC-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli №01400-0871/20 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin “inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” qərardadından görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarında olan gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi Abbas Allahverdiyev tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin rəisi Pərviz Rəhimova ünvanlanan xx.xx.2020-ci il tarixli raportdan görünür ki, Şəxs MMC (VÖEN: **********) 2017-ci ildə Şimal Ərazi Baş Gömrük İdarəsində rəsmiləşdirdiyi “meyvə” və “tərəvəz” məhsullarının Rusiya Federasiyasına 2 gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac etdiyi ümumilikdə 4,230.00 ABŞ dolları dəyərindəki (7,200.49 manat, kurs: 1 ABŞ dollar = 1,70 AZN) yükün müqabilində köçürülməli olan məbləğləri müvəkkil bank hesabına köçürülmədiyi müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis müavini X3 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli “inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” qərardaddan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2017-cu il tarixədək 2 ədəd gömrük bəyannaməsi üzrə Şimal Ərazi Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 4230,00 ABŞ dolları (7200,49 manat) məbləğində vəsaitin MMC-nin müvəkkil bankda olan hesabına köçürülmədiyi müəyyən edilmişdir. Nəticədə, Şəxs MMC tərəfindən AR İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xəta pozuntusunun tərkibi olduğundan, Şəxs MMC barəsində tətbiq olunmuş inzibati xəta haqqında protokolun və digər materialların baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC 2 gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac etdiyi yükün müqabilində köçürülməli olan məbləğləri müvəkkil bank hesabına köçürməmişdir. Bununla da MMC-nin Azərbaycan Respublikası İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alınır. Məhkəmə aparılmış araşdırma zamanı müəyyən etmişdir ki, MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində müəyyən olunmuş inzibati xəta törədilmişdir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131, 483-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, xx xxxx 2020-ci il tarixli, №01400-0871/20 saylı protokol üzrə 7200,49 manatın 30 faiz miqdarında yəni, 2160,15 (iki min yüz altmış manat on beş qəpik) manat inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar