Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-167/2024 05.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Abşeron rayon Polis İdarəsinin Dövlət X11 yol patrul xidməti inspektoru X3, şikayət vermiş şəxs X7 iştirakları ilə, X7 Abşeron rayon Polis İdarəsinin Dövlət X15 tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X9 məhkəməyə müraciət edərək, inzibati cərimə edilməsinə dair Abşeron rayon Polis İdarəsinin Dövlət X15 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 00:20 radələrində ** YP *** Dövlət qeydiyyat nömrə nişanlı X16nə məxsus nəqliyyat vasitəsi idarə etmiş olduğu ** UO *** dövlət qeydiyyat nişanlı, LAND ROVER DİSCOVERY 4 MİNİK markalı nəqliyyat vasitəsinə saxla əmri vermişdir. Bu zaman o, dərhal idarə etmiş olduğu avtomobili saxlamışdır. Həmin vaxt arxadan gələn özünü Fariz kimi təqdim edən leytenant rütbəsində olan polis əməkdaşı avtomobildən düşməsini tələb etdiyindən o da avtomobildən düşmüşdür. Qeyd etdiyi hal Saray qəsəbəsindən yeni istifadəyə verilmiş Qafqaz Universitetinə gedən istiqamətdə olmuşdur. Həmin vaxt iki serjant rütbəsində olan polis əməkdaşı da orda olmuşdur. Fariz adlı şəxslə aralarında mübahisə yaranmışdır. O, idarə etdiyi avtomobili cərimə meydançasına apararaq ən ağır inzibati tənbeh verəcəyi ilə onu hədələmişdir. O, etiraz edəndə dedi ki, gələrsən sabah idarəyə aydınlaşdırarlar. Həmin vaxt onun barəsində hər hansı bir qərar qəbul edilməsi barədə məlumat verilməmişdir. Nədə təqsirli olması əsası müəyyən edilməmişdir. Barəsində qəbul edilmiş Abşeron rayon X16 İdarəsi tərəfindən qəbul edilən inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarı aşağıda qeyd etdiyi əsaslara görə qanunsuz və əsassız hesab edir. Çünki onu saxladan zaman polis leytenatı Fariz, polis serjantı Emin və polis serjantı Həsən adlı şəxslər qeyd etdiyi yerdə olmuşdur. Ona təqdim edilən həmin qərarı qəbul etmiş şəxsin Polis mayoru X8 olması göstərilmişdir. Başqa sözlə desək həmin vaxt Nəsib Əsədov orada olmamışdır. O, avtomoli idarə etdiyi zaman hər hansı bir işıq cihazından qanunsuz istifadə etməmiş, nə də ki, o, içkili olmamışdır. Bununla bağlı ona nə video görüntü, nə də ki, içkili olması ilə bağlı həkimə müayinə üçün aparılmamışdır. Bu qərardan yalnız həmin gün saat 17:23 də məlumatı olmuşdur. Bu da yalnız ASANPAY-dan telefon nömrəsinə gələn SMS bildiriş vasitəsilə məlumatlanmışdır. Qərarı da xx.xx.2023-cü il tarixdə əldə etmişdir. Bütün bunların hər biri qanunsuzdur. Həmin qərardan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət vermişdir. Vermiş olduğu şikayət təmin olunmuş işin faktiki halları yenidən araşdırılması üçün Abşeron rayon DYP göndərilmişdir. İş yenidən araşdırılan zaman ona hər hansı bir məlumat verilməmişdir. Sadəcə olaraq telefonuna SMS bildiriş gəlmişdir ki, artıq qərar qüvvəsini almışdır. 400 manat cərimə olunması ilə bağlı iş araşdırılmamışdır. Hesab edir ki, qərar ləğv edilməlidir. Barəsində tətbiq olunan hər iki İnzibati Xətalar Məcəlləsinin maddələrinə əsasən o, səlahiyyətli orqana çağırılmamalı idi amma çağırılmışdır. Göründüyü kimi, İXM-nin maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında şikayət vermiş şəxs X9 şikayəti müdafiə edib, onun məzmununa uyğun çıxış edərək, məhkəmədən Abşeron rayon Polis İdarəsinin Dövlət X15 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Abşeron rayon Polis İdarəsinin Dövlət X11 yol patrul xidməti inspektoru X5 bildirmişdir ki, X9 tərəfindən verilmiş şikayət əsassızdır. Çünki X1 zaman sərxoş vəziyyətdə olmuş və tərəflərindən istifadə edilən xüsusi texniki vasitənin talonu ilə sonuncuda sərxoşluq əlamətinin olması öz təsdiqini tapmışdır. Məhkəmənin qərarı ilə qəbul edilmiş ilkin qərar ləğv edilərək yenidən aparılmış araşdırma ilə bağlı X9 DYPŞ-nə çağırılsa da buna etiraz edərək polisə çağırılmalı olmadığını bildirmişdir. Bundan sonra aparılmış araşdırma zamanı X7 əməlində 329.3 və 333.1-ci maddələrinin tərkib əlamətləri olduğundan barəsində 10 yanvar 2024-cü il tarixdə tənbeh vermə haqqında qərar qəbul edilərək 400 manat məbləğində cərimə edilmişdir. Ona görə də, verilmiş şikayətin əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və toplanmış sübutları əhatəli şəkildə araşdıraraq hesab edir ki, X9 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materillarından və məhkəmədə toplanmış sübutlardan müəyyən edilmişdir ki, X9 xx.xx.2023-cü il tarixdə dövlət yol polis əməkdaşları tərəfindən saxlanılan zaman alkoqol sərxoşluğu vəziyyətində olmuş və xüsusi texniki vasitə ilə aparılmış müayinə zamanı onda 2.020 promil alkoqol sərxoşluğu aşkar edilmişdir. X2 şikayətində içkili olmadığını bildirmişdir. Qeyd olunan xüsusat xüsusi texniki vasitənin qəbzi ilə öz təsdiqini tapır və sonuncunun şikayətdə qeyd etdiyi həmin halın özünümüdafiə xarakteri daşımasını göstərir. Bununla yanaşı, X9 müraciətində onu saxladan polis əməkdaşlarının polis leytenatı Fariz, polis serjantı Emin və polis serjantı Həsən adlı şəxslər olduğunu, tənbeh vermə qərarı qəbul etmiş polis mayoru X6 hadisə yerində olmadığını və bu səbəbdən qərarı qanunsuz və əsassız hesab etdiyini göstərmişdir. Həmin xüsusata dair qeyd edilməlidir ki, Abşeron rayon Polis İdarəsinin Dövlət X15 tərəfindən xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmənin xx.xx.2023-cü il tarixli 3(001)-4564/2023 nömrəli qərarı ilə ləğv edilərək işin yenidən araşdırılması qərara alındığından X9 barəsində yenidən aparılmış araşdırmanın nəticəsi olaraq Abşeron rayon Polis İdarəsinin Dövlət X11 polis mayoru X8 tərəfindən xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bundan başqa, X7 müraciətində iş üzrə yenidən araşdırma aparılan zaman ona hər hansı bir məlumatın verilməməsi, sadəcə telefonuna SMS bildirişin gəlməsi, bu zaman qərarı qanuni qüvvəyə minməsi və onun cərimələnməsi, eləcə də ondan sonrakı sətirdə isə barəsində tətbiq olunan hər iki İnzibati Xətalar Məcəlləsinin maddələrinə əsasən onun səlahiyyətli orqana çağırılmamalı olduğu halda çağırılmasını qeyd etməsi şikayət vermiş şəxsin müraciətində ziddiyyətli halların olmasına dəlalət edir. bu isə onu göstərir ki, X7 qeyd olunan xüsusatlar üzrə göstərdiyi müraciətindıə göstərdiyi hallar az inandırıcıdır və inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıyır. Göründüyü kimi, X9 tərəfindən qeyd olunan inzibati xətaya yol verilməməsi ilə bağlı müraciətində göstərdiyi dəlillər əsasızdır və məhkəmədə öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, X9 tərəfindən verilmiş şikayət üzrə xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X7 Abşeron rayon Polis İdarəsinin Dövlət X15 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X7 Abşeron rayon Polis İdarəsinin Dövlət X15 tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-167/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-167/2024
05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver