Məhkəmə qərarları › İş №3(001)-1671/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1671/2021

14.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1671/2021 14.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızı, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 447.0.4-cü maddəsi ilə qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və toplanmış iş materialını nəzərdən keçirərək, müəyyən etdim: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 447.0.4-cü maddəsi ilə qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və toplanmış material daxil olmuşdur. İş üzrə təqdim edilmiş materialı araşdıraraq hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 1ndüyü kimi, İXM-in 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hüquqi şəxsin faktiki fəaliyyət göstərdiyi Bakı şəhəri, Yasamal rayonu ərazisində baş vermişdir. İXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Belə olan halda, Azərbaycan Respublikasının Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən toplanmış inzibati xəta haqqında material Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə deyil, İXM-in 110-cu maddəsinin tələblərinə əsasən aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməli idi. İXM-in 106.0 və 106.0.1-ci maddələrinin tələbinə görə hakim inzibati xəta haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığı məsələsini həll etməlidir. Həmin Məcəllənin 109.1 və 109.1.7-ci maddələrinin tələbinə görə əgər işə baxılması hakimin səlahiyyətinə aid deyildirsə inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 447.0.4-cü maddəsi ilə qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və toplanmış material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 106, 109 və 110-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Azərbaycan Respublikasının Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 447.0.4-cü maddəsi ilə qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və toplanmış material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar