Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1671/2023 24.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş fiziki şəxs Şəxs iştirakları ilə, Fiziki şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən tərtib edilmiş MN seriyalı № ******* nömrəli 26 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən fiziki şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı № ******* nömrəli 26 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən, Şəxs 20 aprel 2023-cü ildə müvafiq icra hakimiyyəti orqanının - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin vəzifəli şəxslərini yoxlama yerinə - ünvan 1 ünvanda yerləşən “Baby House” uşaq baxçasına buraxmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış xx.xx.2023-cü il tarixli KY231912529 nömrəli Çıxarışa və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin rəisinin xx.xx.2023-cü il tarixli YPK/0258-23 nömrəli “Yoxlamanın aparılması haqqında” Qərarına əsasən Binəqədi rayonu, C.Xəndan küçəsi C2 ünvanda yerləşən fiziki şəxs X6 məxsus “Baby house” uşaq bağçasında 20-26 aprel (3 iş günü) 2023-cü il tarixlərdə plandankənar yoxlama həyata keçirilməsi nəzərdə tutulmuşdur. 20 aprel 2023-cü il tarixdə yoxlamanın həyata keçirilməsi məqsədilə qeyd olunan ünvana baxış keçirilmiş, lakin əməkdaşlar Şəxs tərəfindən müəssisəyə buraxılmamışlar. Bundan sonra Binəqədi rayon Polis İdarəsinə məktubla müraciət edilmiş, ərazi üzrə sahə rəisinin iştirakı ilə 26 aprel 2023-cü il tarixdə yoxlamanın həyata keçirilməsi məqsədilə yenidən qeyd olunan ünvana baxış keçirilmiş, lakin əməkdaşlar Şəxs tərəfindən təkrarən müəssisəyə buraxılmamışlar. Göstərilən səbəbdən “Baby house” uşaq bağçasında yoxlama aparmaq mümkün olmamışdır. Bununla əlaqədar olaraq fiziki şəxs X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsini əsas götürərək istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə görə İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN №1516404 nömrəli protokol tərtib edilmişdir. Qeyd olunanları nəzərə alıb, fiziki şəxs X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsilə inzibati tənbeh edilməsini xahiş etmişdir. X1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, “Baby house” uşaq bağçasında yoxlama aparılmasına zərurət vətəndaş X7 Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinə etdiyi müraciət əsasında yaranmışdır. Belə ki, həmin vətəndaş agentliyə müraciətində bildirmişdir ki, ünvan 2 ünvanda yerləşən fiziki şəxs X6 məxsus “Baby house” uşaq bağçasında uşaqlara təqdim olunan qidaların keyfiyyətinin aşağı olmasından şikayətçidir. Həmin müraciət əsasında ünvan 2 ünvanda yerləşən fiziki şəxs X6 məxsus “Baby house” uşaq bağçasında 20-26 aprel 2023-cü il tarixlərə plandankənar yoxlama həyata keçirilməsi qərara alınmış, lakin qeyd edildiyi kimi X8 yoxlayıcıları uşaq baxçasına buraxmamış, yoxlamanın aparılmasına maneçilik törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş fiziki şəxs Şəxs izahatında bildirmişdir ki, 2008-ci ilən ünvan 3 ünvanda yerləşən “Baby house” uşaq baxçasını işlədir. İşlədiyi müddətdə heç kimlə problemi olmamışdır. X12 ilə 2023-cü ilin fevral ayında görüşüb tanış olmuşdur. O, özü ilə bir neçə uşağı da baxçaya gətirmiş, onu işə qəbul etmişdir. Zərifədən peşəsi ilə bağlı diplomunu və şəxsiyyət vəsiqəsini tələb etmiş, lakin sonuncu bəhanələr gətirərək təqdim etməmişdir. Onun bəhanələrinə, habelə uşaqlarla xoş olmayan davranışına görə onu işdən qovmuşdur. Bundan hiddətlənən Z.Rüstəmova ondan müxtəlif orqanlara, o cümlədən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinə şikayət etmişdir. Həqiqətəndə 20 aprel 2023-cü ildə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin yoxlayıcıları ünvan 3 ünvanda yerləşən “Baby house” uşaq baxçasına yoxlama üçün gəlmiş, lakin baqşa bir yerə tələsdiyi üçün onları baxçaya buraxmamışdır. Bundan əlavə yoxlayıcılardan X2 aqressiv davranışıda onu qane etməmişdir. Bu amil də yoxlayıcıları uşaq baxçasına buraxmamasına təsir etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri öyrənib, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən fiziki şəxs Şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin Qida zəncirinə nəzarət şöbəsinin xidməti məktubundan görünür ki, vətəndaş X12 10 aprel 2023-cü ildə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin “1003-Çağrı Mərkəzi”nə müraciət edərək bildirmişdir ki, ünvan 4 ünvanda yerləşən fiziki şəxs X6 məxsus “Baby house” uşaq bağçasında uşaqlara təqdim olunan qidaların keyfiyyətinin aşağı olmasından şikayətçidir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin plandankənar yoxlamanın keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli YPK/0258-23 saylı Qərarından görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.3-cü maddəsinə əsasən ünvan 3 ünvanda yerləşən “Baby house” uşaq baxçasında insanların həyat və ya sağlamlığına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə fiziki şəxs tərəfindən yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətin daxil olması əsası ilə, 20-xx.xx.2023cü il tarixdə Bölmənin aparıcı məsləhətçisi X13 və məsləhətçi X3 tərəfindən plandankənar yoxlama aparılması qərara alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan (KY231912529 saylı) görünür ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən plandankənar yoxlamanın keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli YPK/0258-23 saylı Qərar əsasında ünvan 3 ünvanda yerləşən “Baby house” uşaq baxçasında aparılacaq yoxlama barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin rəisi Zaur Kərimov tərəfindən təsdiq edilmiş Yoxlama suallarının Siyahısından görünür ki, yoxlayıcı orqan tərəfindən ünvan 3 ünvanda yerləşən “Baby house” uşaq baxçasında aparılacaq yoxlama suallarının siyahısı aşağıdakı kimi müəyyən edilmişdir: -124. Qida zənciri subyektləri tərəfindən həyata keçirilən qida və (və ya) yem məhsullarının ilkin istehsalı, emalı, dövriyyəsi və utilizasiyası prosesləri qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinə uyğun həyata keçirilirmi? -138. Qida və yem məhsullarının satışı və istehlakı zamanı onların təhlükəsizliyinə dair tələblərə əməl edilirmi? Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin aparıcı məsləhətçisi X13 və məsləhətçi X3 tərəfindən tərtib edilmiş 20 aprel 2023-cü il tarixli Aktdan görünür ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin plandankənar yoxlamanın keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli YPK/0258-23 saylı Qərarına əsasən ünvan 3 ünvanda yerləşən “Baby house” uşaq baxçasında yoxlama aparılmasına fiziki şəxs Şəxs şərait yaratmamışdır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin aparıcı məsləhətçisi X13, məsləhətçi X3 və Binəqədi RPİ-in sahə rəisi, polis mayoru Nəsimi Məmmədov tərəfindən tərtib edilmiş 26 aprel 2023-cü il tarixli Aktdan görünür ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin plandankənar yoxlamanın keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli YPK/0258-23 saylı Qərarına əsasən ünvan 3 ünvanda yerləşən “Baby house” uşaq baxçasına baş çəkilmişdir. Binəqədi RPİ-in sahə rəisi, polis mayoru Nəsimi Məmmədov “Baby house” uşaq baxçasını işlədən fiziki şəxs Şəxs yoxlama aparılmasına şərait yaratmasını izah etmiş, lakin fiziki şəxs Şəxs yoxlama keçirilməsinə icazə verməyəcəyini bildirmişdir. MN seriyalı ******* nömrəli 26 aprel 2023-cü il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin məsləhətçisi X5 tərəfindən fiziki şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. MN seriyalı № ******* saylı İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, fiziki şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli 26 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün Binəqədi rayon məhkəməsinə göndərilmişdir. Beləliklə işin təsvir edilmiş hallarından görünür ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin plandankənar yoxlamanın keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli YPK/0258-23 saylı Qərarı əsasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.3-cü maddəsinə əsasən ünvan 3 ünvanda yerləşən “Baby house” uşaq baxçasında insanların həyat və ya sağlamlığına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə fiziki şəxs tərəfindən yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətin daxil olması əsası ilə 20-xx.xx.2023-cü il tarixlərdə plandankənar yoxlama aparılması qərara alınmış, həmin yoxlama barədə məlumat vahid məlumat reyestrinə daxil edilmiş, aparılacaq yoxlama suallarının siyahısı təsdiq edilmişdir. Bundan sonra 20 və 26 aprel 2023-cü il tarixlərdə sözügedən baxçada olmuş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin əməkdaşlarına plandankənar yoxlamanın keçirilməsinə fiziki şəxs Şəxs tərəfindən maneçilik törədilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.6-ci bəndinə görə plandankənar (növbədənkənar) yoxlama - yoxlamaların bu Qanunla müəyyənləşdirilmiş dövriliyi nəzərə alınmadan bu Qanunun 16-cı maddəsində göstərilən əsaslarla aparılan yoxlamadır. 3.1-ci bəndinə görə yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 14.1-ci bəndinə görə yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır. 16.1-ci maddəsinə görə bu Qanunun 16.8-ci maddəsinin müddəaları nəzərə alınmaqla plandankənar (növbədənkənar) yoxlama aşağıdakı hallarda aparılır: 16.1.1. sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların və ya onların nəticələrinin müəyyən edilmiş müddət ərzində aradan qaldırılmasına dair bu Qanunun 33.2.2-33.2.4-cü maddələrinə əsasən çıxarılmış qərarın yerinə yetirilməsi haqqında sahibkar tərəfindən yoxlayıcı orqana məlumat verilmədikdə və ya verilmiş məlumatın yanlış olduğu müəyyən edildikdə; 16.1.2. bu Qanunun 29.2-ci maddəsinə uyğun sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirlərin tətbiqi (təkrar tətbiqi) barədə qərarın icra vəziyyəti yoxlanıldıqda; 16.1.3. insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda; 16.1.4. sahibkar plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə yoxlayıcı orqana müraciət etdikdə. 16.4-cü bəndinə görə bu Qanunun 16.1.3-cü maddəsinə əsasən aparılan plandankənar (növbədənkənar) yoxlama zamanı yalnız həmin maddədə göstərilən şəxslərin rəsmi müraciətlərində göstərilən və ya kütləvi informasiya vasitələrində yayılan sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin pozulması faktları yoxlanılır. 16.7-ci bəndinə görə bu Qanunun 16.1.3-cü maddəsinə uyğun olaraq plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə qərar qəbul edilərkən aşağıdakı amillər kompleks şəklində təhlil edilərək nəzərə alınır: 16.7.1. müraciət edən şəxsin əqli sağlamlığı, əvvəlki müraciətlərin doğruluğu; 16.7.2. eyni sahibkar barədə müxtəlif şəxslər tərəfindən müraciətlərin daxil olması; 16.7.3. daxil olmuş müraciətlərdə göstərilən faktların insan həyatı və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratması və ya mühüm zərər vurması dərəcəsi; 16.7.4. yoxlanılması tələb edilən sahibkarın bu Qanunun 5.1-ci maddəsində göstərilən məcburi tələblərə əməl etmə vəziyyəti. Göründüyü kimi qanunverici insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində belə məlumatlar yayıldıqda plandankənar (növbədənkənar) yoxlama aparılmasını nəzərdə tutsa da, ünvan 3 ünvanda yerləşən “Baby house” uşaq baxçasını işlədən fiziki şəxs Şəxs yoxlama aparılmasına maneçilik törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 544.1-ci maddəsinə görə İstehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə- fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edildiyi onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, fiziki şəxsin şəxsiyyətini xarakterizə edən halları, habelə məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs İXM-in 544.1-ci maddəsinin sanksiyasının aşağı həddində inzibati tənbeh olaraq cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Fiziki şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə 350 (üç yüz əlli) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. HAKİM Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-1671/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1671/2023
24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver