Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1675/2022 06.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru Ələddin Hüseynovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-cı il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Ağdam rayonu, Ağdam şəhəri, Muradbəyli sahəsində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Su Melorasiya İdarəsinin yataqxanasında yaşayan, xxxxxxx FİN-ə malik olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Ələddin Hüseynov Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Ələddin Hüseynov məhkəmə prosesində verdiyi izahatında bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1297/2019 saylı, 07 fevral 2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs 09.01.2019-cu il tarixdən başlayaraq hər uşağa hər ay 160 manat olmaqla, ümumilikdə 480 manat sabit pul məbləğində alimentin alınıb 13.06.2004cü il təvəllüdlü X5, 30.07.2007-ci il təvəllüdlü X3, 13.12.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X4 verilməsi qət olunmuşdur. Eyni zamanda Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2(001)-1975/2021 saylı icra vərəqəsinə əsasən, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1297/2019 saylı, 07 fevral 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, 13.06.2004-cü il təvəllüdlü X5, 30.07.2007-ci il təvəllüdlü X3, 13.12.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs X2 xeyrinə hər ay hər uşaq üçün 150 manat, cəmi 450 manat sabit pul məbləğində aliment tutulması qət olunmuşdur. Şəxs icra sənədlərinin icrasından yayınaraq 13000 manat qalıq borcunu ödəməmişdir. Ona görə də, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1297/2019 saylı, 07 fevral 2019-cu il tarixli icra vərəqəsinə əsasən ondan 09.01.2019-cu il tarixdən başlayaraq hər uşağa hər ay 160 manat olmaqla, ümumilikdə 480 manat sabit pul məbləğində alimentin alınıb 13.06.2004-cü il təvəllüdlü X5, 30.07.2007-ci il təvəllüdlü X3, 13.12.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X4 verilməsi qət olunmuşdur. Eyni zamanda Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2(001)-1975/2021 saylı icra vərəqəsinə əsasən, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1297/2019 saylı, 07 fevral 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, 13.06.2004-cü il təvəllüdlü X5, 30.07.2007-ci il təvəllüdlü X3, 13.12.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan X2 xeyrinə hər ay hər uşaq üçün 150 manat, cəmi 450 manat sabit pul məbləğində aliment tutulması qət olunmuşdur. 06.06.2022-ci il tarixli 1000 manat ödəniş etmişdir. O İİ qrup əlildir. Əlilliyə görə hər ay ödənilən 180 manat kartını və məcburi köçkün olaraq ona və uşaqlarına təyin olunan müavinət alması üçün kartı uzun illərdir ki zərər çəkmiş şəxsə vermişdir. Həmin kartlarla X.Məmmədova hər ay 360 manat pul alır. Bunan başqa əlavə də pul vermiş, lakin bunları qəbzlə rəsmiləşdirməmişdir. O, qalan borcundan yayınmır, maddi imkanı aşağı olduğundan tam olaraq ödəyə bilmir. Bu qədər borcun yaranmasına səbəb pandemiya ilə əlaqədar işləməməsi olmuşdur. Deyilənlərin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək bu qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə əsas yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş: 06.06.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs cəmi 13000 manat aliment borcu X4 ödəməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1297/2019 saylı, 07 fevral 2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs 09.01.2019-cu il tarixdən başlayaraq hər uşağa hər ay 160 manat olmaqla, ümumilikdə 480 manat sabit pul məbləğində alimentin alınıb 13.06.2004cü il təvəllüdlü X5, 30.07.2007-ci il təvəllüdlü X3, 13.12.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X4 verilməsi qət olunmuşdur. 02.04.2019-cu il tarixli qərarının surətindən görünür ki, borclu Şəxs barəsində iş üzrə icraata başlanmışdır. 02.04.2019-cu il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs borcunu dərhal könüllü ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. 28.12.2019-cu il tarixli qərarının surətindən görünür ki, X6 barəsində axtarış elan edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2(001)- 1975/2021 saylı icra vərəqəsinə əsasən, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1297/2019 saylı, 07 fevral 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, 13.06.2004-cü il təvəllüdlü X5, 30.07.2007-ci il təvəllüdlü X3, 13.12.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs X2 xeyrinə hər ay hər uşaq üçün 150 manat, cəmi 450 manat sabit pul məbləğində aliment tutulması qət olunmuşdur. 09.08.2021-cu il tarixli qərarının surətindən görünür ki, borclu Şəxs barəsində iş üzrə icraata başlanmışdır. 09.08.2021-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs borcunu dərhal könüllü ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. 09.08.2021-cu il tarixli qərarının surətindən görünür ki, icraatda olan 37797/2019 saylı və 1915/2021 saylı icra işləri üzrə borclu eyni Şəxs olduğundan borclu barəsində olan bütün icra sənədləri ümumi icraatda birləşdirilmişdir. 20.08.2021-cu il tarixli qərarının surətindən görünür ki, borclu Şəxs məcburi qaydada Binəqədi rayon İcra şöbəsinə gətirilməsi müəyyən olunmuşdur. 06.06.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs X2 xeyrinə 1000 manat ödəniş etmişdir. 027062 saylı vəsiqədən görünür ki, Şəxs İİ qrup əlildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair 04 sentyabr 2018-ci il tarixli Qərarından görünür ki, İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə müvafiq inzibati tənbeh (cərimə və ya inzibati həbs) tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır.” Məhkəmə Şəxs ödəniş etməsini, borcunu ödəməkdən qəsdən yayınmamasını, maddi imkanı olmamasını, bu səbəbdən ödənişləri tam olaraq edə bilməməsini, müavinət kartlarının zərər şəkmiş şəxsə verməsini nəzərə alaraq hesab edir ki, hazırkı məqamda Şəxs əməli icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olan əməl olduğunu xüsusilə qeyd edərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (borclu) Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta tərkibi olmadığı üçün Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş 06.06.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-1675/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1675/2022
06.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver