Məhkəmə qərarları › İş №3(001)-1679/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1679/2021

14.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1679/2021 14.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil oğlunun, protokolu tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 40-cə polis bölməsinin sahə inspektoru polis leytenantı X3 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 40-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdim: Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Binəqədi rayon Polis İdarəsi 40-cı Polis Bölməsi tərəfindən xx.xx.2021-ci il tarixli, MN 1080733, MN ******* MN, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Zərər çəkmiş şəxslərə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin məhkəməyə gəlməmişlər və işə baxılmanın təxirə salınması barədə vəsatətlə məhkəməyə müraciət etməmişlər. Məhkəmə, İXM-nin 112.1.4-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında və yazılı ərizəsində bildirmişdir ki, inzibati protokollar üzrə inzibati xətaları törətməmişdir, polis bölməsində verdiyi izahatları təkzib edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Şəxs əməli inzibati xəta haqqında protokollar və iş materiallarına əlavə edilmiş izahatlarla sübut olunmuş, qeyd edilən əməllərin məhz onun tərəfindən törədilməsi müəyyən edilməmişdir. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 məhkəməyə verdiyi izahatında qeyd etmişdir ki, Şəxs özünü şübhəli apardığından onu tutmuş və Polis Bölməsinə gətirmiş, hər 3 protokolda qeyd olunan oğurluq faktlarını sonuncu etiraf etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 227-ci maddəsindəki inzibati xətanı törətməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli, MN ******* MN nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə Xocasən qəsəbəsində yerləşən nömrəsiz evə daxil olaraq 1 ədəd qızdırıcı, 1 cüt qadın ayaqqabısı, 1 ədəd qadın gödəkçəsi oğurlamaqla 80 manat dəyərində ziyan vurmuşdur. Binəqədi RPİ-nin 40-cı PB-nin təhqiqatçısı Samir Hacıyev xx.xx.2021-ci il tarixli qərarına əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, X8 izahatlarında göstərmişdir ki, 2020-ci ilin fevral ayında təbii fəlakət nəticəsində dam hissəsi yararsız vəziyyətə düşdükdən sonra valideynlərini yanına gətirərək birlikdə yaşamışlar, hal-hazırda həmin evdə yaşayış olmadığı üçün evin ətrafı dəmirdən olan hasarla əhatə olunmuş, qapısı isə taxtadan ibarətdir. Həmin evə müxtəlif vaxtlarda gələrək nəzarət edərək çıxıb getmiş, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə evə baxan zaman 80 manat olmaqla müxtəlif əşyaların oğurlandığını aşkar etmişdir. xx.xx.2021-ci il tarixli rapotrdan görünür ki, Y.Ağayev Binəqədi rayonu, Xocasən qəsəbəsində xidmətdə olan zaman 1 nəfər şəxsin vətəndaşların evlərə diqqətlə baxdığını görüb ona yaxınlaşaraq oğurluq cinayətlərinin törətməsi ehtimalının yoxlanılması məqsədilə polis bölməsinə dəvət etmişdir. Polis bölməsində məlum olmuşdur ki, həmin şəxs xx.xx.1985-ci il təvəllüdlü Şəxsdur. xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə gecə radələrində Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən “Oba” marketin qarşısından əşya yığmaq üçün nəzərdə tutulan taxtanı oğurlamışdır. Binəqədi RPİ-nin 40-cı PB-nin təhqiqatçısı Məhərrəm Muxtarov xx.xx.2021-ci il tarixli qərarına əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, X2 qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən “Oba” marketdə administrator vəzifəsində işləyir, xx.xx.2021-ci il tarixdə, saat 10:20-də marketin qarşısında əşya yığmaq üçün nəzərdə tutulmuş taxtadan 2 ədəd altlıq oğurlandığını aşkar etmişdir. Bundan başqa, xx.xx.2021-ci il tarixli, MN ******* MN nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə, 20 Yanvar dairəsindən Xocasən qəsəbəsinə hərəkət edən 102 saylı marşrutu üzrə “İsuzu” markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtobusda sürücüyə məxsus 20 manat dəyərində “Nokia” markalı telefon oğurlamışdır. İş materiallarında olan Binəqədi RPİ-nin 40-cı PB-nin təhqiqatçısı İlkin Əsgərov xx.xx.2021-ci il tarixli qərarına əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, Nəcəfov Elxan Nəcəf oğlu izahatında bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 17 radələrində idarə etdiyi 102 saylı xətt marşrutu üzrə “İsuzi” markalı, 99-XV 382 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə 20 yanvar dairəsindən Binəqədi rayon, Xocasən qəsəbəsinə gəlmişdir. Sonuncu dayanacaqda Lomonosov adına Universitetin qarşısında maşından düşəndə “Nokia” markalı mobil telefonu qoyduğu yerdə olmadığını aşkar etmişdir. xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixli arayışlardan görünür ki, Xocasən qəsəbəsində yerləşən nömrəsiz evdə, 102 saylı xətt marşurutunda və “Oba” marketin qarşısındakı baş vermiş oğurliq faktları ilə bağlı hadisəni törətmiş naməlum şəxslərin müəyyən olunması məqsədilə hadisə baş verdiyi Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayan sakinlərlə kəşfiyyat xarakterli söhbətlər aparılmış, müsbət nəticə əldə edilməmişdir. xx.xx.2021-ci il tarixli şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında protokoldan görünür ki, Şəxs üstündə heç bir əşya və pul aşkar edilməmişdir. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan protokollarda Şəxs inzibati xətaları törətməsini qeyd etsə də, əməllərin onun tərəfindən törədilməsi onun izahatından başqa heç bir sübutla öz təsdiqini tapmamışdır. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxslərin izahatlarında da əməlin Şəxs tərəfindən törədilməsinə dair qeydə rast gəlinməmişdir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama əməli inzibati xəta kimi müəyyən edilmişdir. Lakin məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmədi. İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə, iş üzrə qeyd olunan halları və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İXM-in 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. İXM-in 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə, işin həcmini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil müdafiəçi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə, inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 2 (iki) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 2 (iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 12 (on iki) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Binəqədi rayon Polis İdarəsi 40-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs göstərdiyi 2 (iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 12 (on iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar