Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1680/2022 20.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs: Şəxs – ünvan 1; VÖEN: ********** Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 xidməti tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün hüquqi şəxs Şəxs barəsində tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 31 may 2022-ci il tarixli, MN №1052460 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən «AZERBAİJAN GROUND SERVİCES” MMC-də xx.xx.2022-ci tarixdə saat 14:49da dövlət orqanlarının elektron informasiya sistemlərinin təhlili mərhələsində əldə olunmuş məlumatlara əsasən işçiləri istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikəri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmaması faktı müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində tərəflərə məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər və bunun səbəbləri barədə məlumat verməmişdilər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığına görə onun barəsində başlanmış inzibati xəta materialı üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 xidməti tərəfindən tərtib edilmiş 31 may 2022-ci il tarixli, MN №1052460 saylı inzibati xəta haqqında protokoldan görünür ki, «AZERBAİJAN GROUND SERVİCES” MMC-də xx.xx.2022-ci tarixdə saat 14:49-da dövlət orqanlarının elektron informasiya sistemlərinin təhlili mərhələsində əldə olunmuş məlumatlara əsasən işçiləri istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikəri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmaması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 xidməti tərəfindən Şəxs MMC-yə ünvanlanmış məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci madəsinin birinci hissəsinə əsasən, işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Bu məqsədlə X3 Alt Sistemi vasitəsi ilə icbari sığorta müqaviləsi bağlamayan işəgötürənlərə müvafiq xəbərdarlıq edilmişdir. Daxil olmuş müraciətlərin araşdırılması və "xxxx" təhlil altsisteminə yenidən baxış keçirən zaman MMC tərəfindən bir neçə işçi ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin başlanılmadığı və inzibati xəta əlamətlərinin olması müəyyən edilmişdir. Həmin məlumatlarda inzibati xətanın əlamətlərin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanı törətməsi faktının olub-olaması araşdırılması ilə əlaqədar olaraq X4 Xidmətinə dəvət olunmuşlar. Şəxs MMC-nin baş direktoru Camal Sadıxov tərəfindən məhkəməyə daxil olmuş ərizədən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən X4 Xidmətinin xx.xx.2022-ci il tarixli MN ******* nömrəli protokolu üzrə inzibati xəta haqqında işə baxılması ilə əlaqədar yazılı izahat X4 Xidmətinin əmək müfəttişi - Aysel Məmmədova tərəfindən AR İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəxs MMC-nin barəsində 31 may 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və qərar qəbul edilməsi məqsədilə məhkəməyə göndərilmişdir. İşin halları ilə əlaqədar bildiririk ki, sığortaçı - "xxxx" ASC ilə Şəxs MMC arasında xx.xx.2021-ci il tarixli, **********637 saylı “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarının icbari sığorta müqaviləsi” bağlanılmış, tərəflər arasında PH********** saylı sığorta müqaviləsinin illik qoşması, PH**********/1 və PH**********/2 saylı illik qoşmasının əlavələri təsdiq edilmiş və sığorta haqlarının ödənilməsi həyata keçirilmişdir. X4 Xidmətinin 18 may 2022-ci il tarixli, **********5 saylı məktubuna əsasən inzibati xəta əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar Şəxs rəhbərliyi 31 may 2022-ci il tarixdə saat 11:30-da X4 Xidmətinin Aparatına dəvət olunmuşdur. Müraciətdə “X3” altsistemi vasitəsi ilə icbari sığorta müqaviləsi bağlamayan və ya hüquqi qüvvəsi olmayan icbari sığorta müqavilələri üzrə işəgötürənlərə müvafiq xəbərdarlıq edildiyi, müvafiq dövlət orqanlarının elektron informasiya sistemləri ilə “X3” altsisteminin müqayisəli təhlilləri nəticəsində tərəflərindən bir neçə işçi ilə icbari sığorta müqaviləsinin bağlanılmadığı və inzibati xəta əlamətlərinin olmasının müəyyən edildiyi qeyd edilmiş və müraciətə ƏMBAS-dan çıxarış əlavə edilmişdir. Bildirirlər ki, “X3” altsistemi vasitəsi ilə icbari sığorta müqaviləsi bağlamayan və ya hüquqi qüvvəsi olmayan icbari sığorta müqavilələri üzrə işəgötürənlərə müvafiq xəbərdarlıq edilməmiş və MMC-nin bütün işçiləri ilə icbari sığorta müqaviləsinin bağlanması təmin edilmişdir. Eyni zamanda təqdim edilmiş ƏMBAS-dan çıxarışa əsasən hər-hansı işçi ilə icbari sığorta müqaviləsinin bağlanılmadığı sübuta yetirilmir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə (qeyri-iş günü) müəssisənin baş direktoru X2 anası öldüyündən, tərəflərindən xx.xx.2022-ci il tarixdə saat 11:12-də Elektron ünvan elektron ünvanına məktub göndərilərək araşdırmanın təxirə salınması xahiş edilmiş, lakin buna baxmayaraq, X5 tərəfindən AR İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi qənaətinə gəlinmiş, Şəxs MMC və MMC-nin Baş direktoru X5 barəsində 31 may 2022-ci il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Hazırki iş üzrə X4 Xidmətinin rəis müavini X1 10 iyun 2022-ci il tarixli, MN0209003 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarına əsasən X2 barəsində başlanılmış icraata xitam verilmişdir (MN ******* nömrəli inzibati xəta haqqında protokol). Əmək Məcəlləsinin 225-ci maddəsinin birinci hissəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir. “İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 34-1-ci maddəsinə əsasən bu Qanunda nəzərdə tutulan icbari sığorta növləri üzrə məlumat mübadiləsinin və icbari sığorta növlərinin həyata keçirilməsinə nəzarətin səmərəli təşkili məqsədilə icbari sığorta müqavilələrinin bağlanması üçün lazım olan, sığorta şəhadətnamələrində əks olunan, habelə sığortaçılar, sığortalılar, sığorta olunanlar, sığorta predmeti, sığorta hadisələri, zərərçəkən şəxslər və (və ya) zərər vurulan əmlak və onların sahibləri haqqında məlumatları ehtiva edən vahid elektron informasiya sistemi qurulur və istifadəsi təmin edilir, informasiya sistemi müvafiq məlumatların onun informasiya ehtiyatına internet vasitəsilə daxil edilməsini və ya qəbul olunmasını, orada aydın şəkildə, oxunan vəziyyətdə saxlanılması və emalını təmin etmək imkanlarına malik olmalıdır, informasiya sisteminin qurulması və istifadəsi ilə bağlı texnikiproqram kompleksinin formalaşdırılması və ona texniki xidmət maliyyə bazarlarına nəzarət orqanının nəzarəti altında Büro tərəfindən həyata keçirilir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” AR Qanununun 11.3-cü maddəsinə əsasən icbari sığorta müqaviləsi elektron sənəd formasında “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlanılır. İcbari sığorta müqaviləsinin məzmunu və forması maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir. Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbləri hər-hansı formada pozulmamış, qanunvericiliyə uyğun olaraq “isb.az” portalı vasitəsi ilə “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarının icbari sığorta müqaviləsi”, “İllik qoşması” və “əlavələri” bağlanılmış, Azərbaycan Respublikası İXM-in 469.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın törədilməsi halı öz təsdiqini tapmamış və hazırki protokol düzgün tərtib edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müddəalarını rəhbər tutaraq, “Azerbaijan Ground Services" MMC barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməkdə təqsirsiz hesab edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. "xxxx" ASC ilə Şəxs MMC arasında xx.xx.2021-ci il tarixli, **********637 saylı “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarının icbari sığorta müqaviləsi” bağlanılmış, tərəflər arasında PH********** saylı sığorta müqaviləsinin illik qoşması, PH**********/1 və PH**********/2 saylı illik qoşmasının əlavələri təsdiq edilmiş və sığorta haqlarının ödənilməsi həyata keçirilmişdir. İXM-in 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 11.3-cü maddəsinə əsasən icbari sığorta müqaviləsi elektron sənəd formasında “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 34–1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlanılır. İcbari sığorta müqaviləsinin məzmunu və forması maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, "xxxx" ASC ilə Şəxs MMC arasında xx.xx.2021-ci il tarixli, **********637 saylı “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarının icbari sığorta müqaviləsi” bağlanılmış, sığorta haqlarının ödənilməsi həyata keçirilmişdir. Məhkəmə iclasında toplanmış sübutlarla Azerbaijan Ground Services” MMC-in əməlində İXM-in 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmasına dair müddəalar öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə qeyd edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur.Bu səbəbdən onun barəsində başlanmış inzibati xəta materialı üzrə icraata xitam verilməlidir Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 4851, 53, 105, 114, 128-130-cu maddərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən Şəxs MMC-nin barəsində 31 may 2022-ci il tarixli, MN №1052460 nömrəli inzibati xəta haqqında protokola dair Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-1680/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1680/2022
20.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver