Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1682/2022 07.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızı, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-nin sahə rəisi, polis mayoru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri baxılmağa hazırlayarkən müəyyən etdim: Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-nin sahə rəisi, polis mayoru X1 tərəfindən 07 iyun 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materialları təhlil olunarkən müəyyən etdim ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-nin sahə rəisi, polis mayoru X1 tərəfindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol düzgün tərtib olunmamışdır. Ona görə də, həmin protokolu və onlara əlavə edilmiş iş materialları geri qaytarılmalıdır. Belə ki, sahə rəisi inzibati iş üzrə icraatı natamam şəkildə apararaq işi məhkəməyə təqdim etmişdir. Polis bölməsində aparılan inzibati icraat zamanı sahə polisi iş üzrə zərərçəkmiş şəxsi və ya zərər çəkmiş hüquqi şəxsin nümayəndəsini dəvət edərək izahatını almamış və zərərçəkmiş şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən şikayətçi olub-olmamasını, onunla barışıb-barışmamasını, həmçinin dəymiş zərərin aradan qaldırılıb-qaldırılmamasını müəyyən etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Bu səbəbdən qeyd edilən hallar mütləq aydınlaşdırılmalıdır. Göründüyü kimi yuxarıda qeyd edilən hallar araşdırılmadan şəxs barəsində inzibati icraat başlanmışdır. İşin mahiyyəti üzrə baxılması üçün kifayət qədər sübutlar toplanmamışdır. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı iş üzrə zəruri araşdırma aparılmadığından məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun geri qaytarılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunan hallara əsasən hesab edirəm ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş 07 iyun 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 106 və 109-cu maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş 07 iyun 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə geri qaytarılsın. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-1682/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1682/2022
07.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver