Məhkəmə qərarları › İş №3(001)-1685/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1685/2022

08.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1685/2022 08.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Rzayev Abbas Əhəd oğlu X1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın Bakı Ərazi Şöbəsinin MN 112906 saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: X2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın Bakı Ərazi Şöbəsinin MN 112906 saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət ərizəsi ilə 08 iyun 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayətçinin ərizəsini və iş materiallarını nəzərdən keçirib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. Belə ki, şikayətin və şikayətə əlavə edilmiş sənədlərin məzmunundan görünür ki, şikayətçi şikayət ərizəsinin forma və məzmununa əməl edilmədiyindən, həmçinin inzibati xəta haqqında qərardan şikayət vermə müddəti buraxıldığından, həmin müddətin bərpası barədə vəsatət verilmədiyindən şikayətə baxılması mümkün deyildir. Belə ki, şikayətçi şikayətin forma və məzmununa əməl etməmiş, müraciətində müraciət edən şəxsi şikayətçi əvəzinə iddiaçı adlandırmış, qarşı tərəfi isə hərəkətindən şikayət verilən inzibati orqan əvəzinə cavabdeh adlandırmışdır.Halbuki, tərəflərini iddiaçı və cavabdeh adlandırılması mülki işlərə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Hesab edirəm ki, X2 şikayətin forma və məzmununa əməl etmədiyindən, habelə inzibati qərardan şikayət verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə vermədiyindən, X1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın Bakı Ərazi Şöbəsinin MN 112906 saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3 və 130-137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın Bakı Ərazi Şöbəsinin MN 112906 saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Şikayətçiyə izah edilsin ki, o, qeyd olunan qusurları aradan qaldırdıqdan sonra müvafiq məhkəməyə şikayət ərizəsi ilə müraciət edə bilər. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar