Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1686/2025 01.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4183/2024 nömrəli 02 avqust 2024-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 14 mart 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X4 protokolu müdafiə edərək bildirdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4183/2024 nömrəli 02 avqust 2024-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və borcun könüllü icrası haqqında bildiriş borclu Şəxs rəsmi qaydada verilmişdir. Borclu Şəxs icra sənədini lazımınca icra etməmiş, onun 4230 manat aliment borcu yaranmışdır. Tələbkar borcun tam ödənilməsini tələb etdiyindən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4183/2024 nömrəli 02 avqust 2024-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment ondan tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası haqqında bildirişi almışdır. Uşaqları görmədiyi və salamatlıqlarından məlumatı olmadığı üçün aliment ödəməyi dayandırmışdır. Belə ki, tələbkar Zərərçəkmiş şəxs azyaşlı uşaqları götürərək onun icazəsi olmadan Fransa Respublikasına getmişdir. Uzun müddərdir ki, uşaqlarla birlikdə ordadır və Azərbaycan Respublikasına qayıtmır. Bu səbəbdən uşaqları görmür və salamatlıqlarından məlumatsızdır. Uşaqlarla ünsiyyətlə bağlı qanuni qüvvəsini almış qətnamə olsa da, Zərərçəkmiş şəxs qanunsuz hərəkətləri səbəbindən icra edilmir. Göstərdiyi bu hallara görə aliment ödəməyi dayandırmışdır. Buna baxmayaraq işə məhkəmədə baxılan dövrdə 2000 manat aliment ödənişi etmiş, qalan aliment borcunun ödənilməsi üçün tədbirlər görəcəkdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, borclu Şəxs işə məhkəmədə baxıldığı dövrdə icra sənədi üzrə 2000 manat ödəniş etmişdir. Bununla belə onun 2340 manat ödənilməmiş aliment borcu qalmışdır. Borc tam ödənilmədiyi üçün borclunun barəsində təsir tədbiri görülməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, Binəqədi rayon İcra şöbəsinin icra məmurunun, barəsində inzibati icraat aparılan şəxsin və tələbkarın nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4183/2024 nömrəli 02 avqust 2024-cü il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4183/2024 nömrəli 02 avqust 2024-cü il tarixli icra vərəqəsinin əsasında icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4183/2024 nömrəli 02 avqust 2024-cü il tarixli icra vərəqəsində göstərilən tələbin dərhal icrası borclu Şəxs tələb edilmişdir. xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, borclu Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4183/2024 nömrəli 02 avqust 2024-cü il tarixli icra vərəqəsinin icrası qaydasında işə məhkəmədə baxılarkən tələbkar Zərərçəkmiş şəxs 2000 manat ödəniş etmişdir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırkı işdə isə qeyd edilən hallar yoxdur. Belə ki, borclu məhkəmədə bildirmişdir ki, uşaqlarını görmədiyi və onların salamatlıqlarından məlumatı olmadığı üçün aliment ödəməyi dayandırmışdır. Tələbkar azyaşlı uşaqlarla birlikdə Fransa Respublikasına getmiş və bir daha geri qayıtmamışdır. Buna baxmayaraq işə məhkəmədə baxılan dövrdə məlumat əldə etdiyindən aliment borcundan 2000 manat ödəniş etmiş, qalan aliment borcunun ödənilməsi üçün tədbirlər görəcəkdir. Tələbkarın azyaşlı uşaqlarla birlikdə bir necə il öncə Fransa Respublikasına getdiyini, həmin vaxtdan geri qayıtmadıqlarını məhkəmədə tələbkarın nümayəndəsi də təsdiq etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən icra sənədi üzrə aliment borcunun yaranması borclunun qərəzli hərəkətlərindən irəli gəlməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarındakı hüquqi mövqeyinə görə məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi... Xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4183/2024 nömrəli 02 avqust 2024-cü il tarixli icra vərəqəsinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 14 mart 2025ci il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-1686/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1686/2025
01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver