Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1687/2021 29.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Baş X4i İdarəsinin 22 sentyabr 2020-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X1 şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası DİN Baş X4i İdarəsi tərəfindən qəbul edilmiş 22 sentyabr 2020ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin inzibati xəta haqqında qərarları ilə o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.3-cü maddəsi ilə 100 manat məbləğində cərimələnmişdir. Barəsində tərtib edilmiş hər hansı bir elektron protokollar və barəsində cərmələrin tətbiq edilməsinə dair hər hansı bir qərar ona rəsmi surətdə təqdim edilmədiyindən və onun yaşayış ünvanına göndərilmədiyindən həmin elektron protokolların və inzibati xətaya dair qərarların onlara rəsmi formada təqdim edilməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinə müraciət etmişlər. Həmin qərar barədə 06.04.2021-ci il tarixli 046-110888H-3221 saylı məktubla məlumatlandırılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, yəni ona həmin sözügedən elektron protokol və onun əsasında qəbul edilmiş qərar təqdim edilməmişdir. Yol polislərinin qanunsuz hərəkətləri nəticəsində, göstərdiyi qərarlar yoxlanılmamış və müvafiq çatışmazlıqlar aradan qaldırılmalmamış tərtib edilmişdir. Onların törətdikləri inzibati xəta hesab olunan qayda pozuntuları barədə öz postunda xidmət aparan heç bir YPX inpektoru tərəfindən xəbərdar edilməmişlər. Hesab edirlər ki, bu qayda pozuntularını öz marşurutunda xidmət aparmayan YPX inspektorları tərəfindən qeydə alınmışdır. Qərarlardan da görünür ki, eyni ünvanda müxtəlif kamera nömrələri ilə çəkilən fotoşəkillər, eləcə də müxtəlif ünvanlarda eyni kameralarla çəkilmiş fotoşəkillər göstərdiklərini təsdiq edir. Həmin kameraların metroloji yoxlamadan keçməsi və ya yoxlama şəhadətnamələrinin olması barədə məlumat da yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası DİN Baş X4i İdarəsi tərəfindən qəbul edilmiş 22 sentyabr 2020-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin baxılmasında iştirak etməsi üçün Azərbaycan Respublikası DİN Baş X4i İdarəsinə məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, habelə məhkəmə iclasının təxirə salınmasına dair vəsatət verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən X2 şikayətin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikası DİN Baş X4i İdarəsi tərəfindən qəbul edilmiş 22 sentyabr 2020ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 346.3-cü maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmağa görə yüz manat məbləğində cərimə edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş X4i İdarəsi tərəfindən qəbul edilmiş 22 sentyabr 2020-ci il tarixli EQ ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 346.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq inzibati xətanın törədilməsini inkar edər hər hansı bir sübut müəyyən etmədiyindən, Azərbaycan Respublikası DİN Baş X4i İdarəsinin 22 sentyabr 2020-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı haqlı olaraq qəbul edir. İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, X1 Azərbaycan Respublikası İXM-nin 346.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini və Azərbaycan Respublikası DİN Baş X4i İdarəsi tərəfindən qəbul edilmiş 22 sentyabr 2020-ci il tarixli EQ ******* saylı inzibati xəta haqqında qərarın ləğvi üçün hər hansı əsas olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X1 Azərbaycan Respublikası DİN Baş X4i İdarəsinin 22 sentyabr 2020-ci il tarixli EQ ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-1687/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1687/2021
29.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver