Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1690/2023 01.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş 07 aprel 2023-cü il tarixli MN № ******* №-li Protokolun icraata qəbulu məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: 01 may 2023-cü ildə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin icraatına Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli, xx/xx-26836-29 №-li məktubu ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş 07 aprel 2023-cü il tarixli MN № ******* №-li Protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolu nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən Protokol onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, 07 aprel 2023-cü il tarixli MN № ******* №-li inzibati xəta haqqında Protokolda (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin soyadı, adı, atasının adı qrafasında) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin soyadı, adı və atasının adı göstərilməmiş, "xxxx" MMC-in rəhbəri qeyd edilmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat inzibati xəta haqqında protokolda göstərilməlidir. Bundan başqa, əgər inzibati xəta haqqında protokol "xxxx" MMC-in vəzifəli şəxsi barəsində tərtib olunmuşsa, protokolda vəzifəli şəxsin “rəhbər” kimi qeyd edilməsi də düzgün deyil, həmin şəxsin cəmiyyətdə tutduğu vəzifə konkret olaraq protokolda göstərilməlidir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən bu tələbə də riayət edilməmiş, protokol "xxxx" MMC-in “rəhbər”i barəsində tərtib edilmişdir. Bütün bu nöqsanlar məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadında göstərilərək inzibati xəta haqqında protokol nöqsanların aradan qaldırılması üçün geri qaytarılsa da, nöqsanlar aradan qaldırılmadan protokol olduğu kimi təkrarən məhkəməyə göndərilmişdir. Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, 07 aprel 2023-cü il tarixli MN № ******* №-li Protokol Azərbaycan Respublikası İnzibati Xətalar tələblərinə uyğun tərtib edilərək məhkəməyə təqdim olunmamışdır. Buna görə də, inzibati xəta haqqında tərtib edilmiş protokol onu göndərmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 106.0-cı və 106.0.3-cü maddələrinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir:..inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi.. 109.1-ci və 109.1.6-cı maddələrinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir:.. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması;.. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X1 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ M: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən göndərilmiş 07 aprel 2023-cü il tarixli MN № ******* №-li Protokol geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. HAKİM Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-1690/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1690/2023
01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver