Məhkəmə qərarları › İş №3(001)-1693/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1693/2021

15.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1693/2021 15.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlu, Şikayət vermiş şəxs Eldaniz İusubovun Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş EQ 5177660, EQ 4559299, EQ 4589489, EQ 4504765, EQ 5521464, EQ 4591328, EQ 4647038, EQ 4842748, EQ 4559399, EQ 4511548, EQ 4526232, EQ 4670205, EQ 4574125, EQ 4559632, EQ 4521927, EQ 4832828, EQ 4521834, EQ 4579604, EQ 4559489, EQ 5540559, EQ 4637227, EQ 4612065, EQ 4574638, EQ 4539913, EQ 4809478, EQ 4636099, EQ 4591264, EQ 4779665, EQ 4671113, EQ 4646974, EQ 4558493, EQ 4526043, EQ 4511488, EQ 4525975, EQ 4668989, EQ 4832365, EQ 5604046, EQ 5555863, EQ 4573647, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət üzrə toplanmış materialın baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına Eldaniz İusubovun Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş EQ 5177660, EQ 4559299, EQ 4589489, EQ 4504765, EQ 5521464, EQ 4591328, EQ 4647038, EQ 4842748, EQ 4559399, EQ 4511548, EQ 4526232, EQ 4670205, EQ 4574125, EQ 4559632, EQ 4521927, EQ 4832828, EQ 4521834, EQ 4579604, EQ 4559489, EQ 5540559, EQ 4637227, EQ 4612065, EQ 4574638, EQ 4539913, EQ 4809478, EQ 4636099, EQ 4591264, EQ 4779665, EQ 4671113, EQ 4646974, EQ 4558493, EQ 4526043, EQ 4511488, EQ 4525975, EQ 4668989, EQ 4832365, EQ 5604046, EQ 5555863, EQ 4573647, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət daxil olmuşdur. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, Eldaniz İusubovun tərəfindən inzibati xəta haqqında qərarlardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.8-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs bu Məcəllənin 125.2.3cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan 10 gün müddətində vəsatət vermədikdə, həmin protokol inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edilir və həmin vaxtdan 10 gün müddətində həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı və ya inzibati xəta haqqında protokol bu Məcəllənin 122.6 və 122.8-ci maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edildiyi vaxtdan 10 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Beləliklə inzibati xəta materialını araşdırıb, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş EQ 5177660, EQ 4559299, EQ 4589489, EQ 4504765, EQ 5521464, EQ 4591328, EQ 4647038, EQ 4842748, EQ 4559399, EQ 4511548, EQ 4526232, EQ 4670205, EQ 4574125, EQ 4559632, EQ 4521927, EQ 4832828, EQ 4521834, EQ 4579604, EQ 4559489, EQ 5540559, EQ 4637227, EQ 4612065, EQ 4574638, EQ 4539913, EQ 4809478, EQ 4636099, EQ 4591264, EQ 4779665, EQ 4671113, EQ 4646974, EQ 4558493, EQ 4526043, EQ 4511488, EQ 4525975, EQ 4668989, EQ 4832365, EQ 5604046, EQ 5555863, EQ 4573647, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan şikayət verilməsi prosedurunun, hər bir qərara münasibətdə inzibati icraatın müstəqil həyata keçirilməsinin, həmçinin bir neçə qərardan bir icraat qaydasında şikayət verilməsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmadığını qeyd edərək hesab edirəm ki, inzibati tənbeh vermə haqqında qərarlardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Əlavə olaraq şikayət vermiş şəxsə səlahiyyətli orqanın (vəzifəli şəxsin) müvafiq protokollar əsasında qəbul edilmiş qərarlarından ayrı-ayrılıqda (hər bir qərara münasibətdə) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə uyğun olaraq - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Eldaniz İusubovun Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş EQ 5177660, EQ 4559299, EQ 4589489, EQ 4504765, EQ 5521464, EQ 4591328, EQ 4647038, EQ 4842748, EQ 4559399, EQ 4511548, EQ 4526232, EQ 4670205, EQ 4574125, EQ 4559632, EQ 4521927, EQ 4832828, EQ 4521834, EQ 4579604, EQ 4559489, EQ 5540559, EQ 4637227, EQ 4612065, EQ 4574638, EQ 4539913, EQ 4809478, EQ 4636099, EQ 4591264, EQ 4779665, EQ 4671113, EQ 4646974, EQ 4558493, EQ 4526043, EQ 4511488, EQ 4525975, EQ 4668989, EQ 4832365, EQ 5604046, EQ 5555863, EQ 4573647, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayət vermiş şəxsə geri qaytarılsın. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar